Azərbaycan respublikasinin mülki məCƏLLƏsi [1]



Yüklə 2,79 Mb.
səhifə106/138
tarix05.01.2022
ölçüsü2,79 Mb.
#111605
1   ...   102   103   104   105   106   107   108   109   ...   138
§7. Əmtəə kağızları

Maddə 1078. Əmtəə kağızları anlayışı və onların növləri

1078.1. Anbar sahibinin və ya fraxt verənin verdiyi əmtəə kağızlarında (yəni sahibinin qiymətli kağızda göstərilən əmtəəyə dair sərəncam vermək və bu əmtəəni almaq hüququnu təsbit edən qiymətli kağızlarda (anbar şəhadətnaməsi, konosament və s.) aşağıdakı məlumatlar göstərilməlidir: ccclxxxiv[388]

1078.1.1. sənədin tərtib edildiyi yer və tarix, sənədi vermiş şəxsin imzası;

1078.1.2. sənədi vermiş şəxsin adı və yaşayış yeri və ya olduğu yer;

1078.1.3. malları anbarda saxlayan şəxsin və ya göndərənin adı və yaşayış yeri və ya olduğu yer;

1078.1.4. saxlanılan və ya saxlanmağa verilən malların keyfiyyəti, miqdarı və əlamətləri göstərilməklə adı;

1078.1.5. tutulmalı olan və ya qabaqcadan ödənilmiş rüsumlar və haqlar;

1078.1.6. maraqlı şəxslərin mallar ilə rəftar barəsində qəbul etdikləri xüsusi sazişlər;

1078.1.7. əmtəə sənədləri nüsxələrinin sayı;

1078.1.8. həmin sənəd üzrə ixtiyarlı şəxsin adının göstərilməsi və ya əmr barədə qeyd-şərt və ya təqdim edənin göstərilməsi.

1078.2. Bir neçə əmtəə sənədindən biri girovun müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşsa, bu cür sənəd girov şəhadətnaməsi (varrant) adlandırılmalı və qalan məlumatlarına görə əmtəə sənədi şəklində olmalıdır. O biri nüsxələrdə girov şəhadətnaməsinin verildiyi qeyd edilməli, tələbin məbləği və ödəniş müddəti göstərilməklə hər bir girov qoyma əks etdirilməlidir.

1078.3. Saxlanılan və ya yola salınmış mallar üçün şəhadətnamələr əmtəə sənədlərinin forması haqqında qanuni göstərişlər pozulmaqla verildikdə bunlar əmtəə sənədləri deyil, alınma haqqında qəbzlər və ya digər təsdiqləyici sənədlər sayılır.

1078.4. Səlahiyyətli orqanlardan qanun üzrə verilməli icazəni almadan anbar sahiblərinin verdikləri şəhadətnamələr forma barədə qanuni göstərişlərə uyğun gəlirsə, əmtəə sənədləri sayılır.

1078.5. Konosament mala dair sərəncam sənədindən ibarət ticarət kağızı olub, onun sahibinin konosamentdə göstərilən yükə dair sərəncam vermək və daşıma başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir. Konosament adsız, orderli və ya adlı ola bilər.

1078.6. Qoşa anbar şəhadətnaməsi mal anbarı tərəfindən malın saxlanmağa qəbul olunmasını təsdiqləyən orderli qiymətli kağızdır. Qoşa anbar şəhadətnaməsi iki hissədən - anbar şəhadətnaməsindən və girov şəhadətnaməsindən (varrantdan) ibarətdir; ayrı-ayrılıqda bunlar qiymətli kağızlardır.

1078.7. Adi anbar şəhadətnaməsi mal anbarı tərəfindən malın saxlanmağa qəbul olunduğunu təsdiqləyən adsız qiymətli kağızdır.




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin