Azərbaycan respublikasinin mülki məCƏLLƏsi [1]


§ 16. Qiyməli kağızlar bazarının tənzimlənməsi



Yüklə 2,79 Mb.
səhifə114/138
tarix05.01.2022
ölçüsü2,79 Mb.
#111605
1   ...   110   111   112   113   114   115   116   117   ...   138
§ 16. Qiyməli kağızlar bazarının tənzimlənməsi

Maddə 1078-40. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi cdxxv[429]

1078-40.1. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi aşağıdakılardan ibarətdir:

1078-40.1.1. qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ hüquqi aktların qəbul edilməsi və onlara riayət olunmasına nəzarətin həyata keçirilməsindən;

1078-40.1.2. qiymətli kağızlar bazarının iştirakçılarına tələblərin və onların fəaliyyəti qaydalarının müəyyən edilməsindən;

1078-40.1.3. qiymətli kağızlar buraxılışlarının dövlət qeydiyyatının aparılmasındən;

1078-40.1.4. qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən;

1078-40.1.5. qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar sahiblərinin hüquqlarının müdafiəsindən;

1078-40.1.6. qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsindən;

1078-40.1.7. qiymətli kağızlar bazarında qanunvericiliyi pozan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə müvafiq tədbirlərin görülməsindən;

1078-40.1.8. qiymətli kağızlar bazarının iştirakçılarının peşə səviyyəsinin artırılması üzrə müvafiq tədbirlərin görülməsindən;

1078-40.1.9. qiymətli kağızlar bazarının inkişafı istiqamətlərinin müəyyən edilməsindən;

1078-40.1.10. qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılmasındən;

1078-40.1.11. qiymətli kağızlarla əqdlərin bağlanmasına dair tələblərin müəyyən edilməsindən;

1078-40.1.12. hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi qaydalarının müəyyənləşdirilməsindən;

1078-40.1.13. qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarının tənzimlənməsinin həyata keçirilməsindən;

1078-40.1.14. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının dünya maliyyə bazarına inteqrasiyası üzrə tədbirlərin hazırlanmasında və müvafiq icra hakimiyyəti orqanına təsdiq edilmək üçün təqdim edilməsindən, müvafiq tədbirlərin həyata keçirilməsindən;

1078-40.1.15. qiymətli kağızların öhdəliklərlə yuklənməsi və qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının qeydiyyatının və uçotunun aparılmasından;

1078-40.1.16. qiymətli kağızlarla bağlı müvafiq dövlət reyestrlərinin (qiymətli kağızların buraxılışının dövlət reyestri, veksel və çeklərin dövlət reyestri, qiymətli kağızlarla girovun rəsmi reyestri, qiymətli kağızlarla rəsmiləşdirilən əmlakın ipotekasının dövlət reyestri və s.) aparılmasından;

1078-40.1.17. qiymətli kağızlar bazarında sığortalanmalı olan risklərin sığorta standartlarının müəyyən edilməsindən;

1078-40.1.18. qiymətli kağızlar bazarında məlumatların açıqlanması üzrə qaydaların müəyyən edilməsi və sisteminin təşkilindən;

1078-40.1.19. qiymətli kağızların (sertifikatların) blanklarının çap edilməsi və onların ölkəyə gətirilməsi və aparılması üzrə fəaliyyətin tənzimlənməsindən;

1078-40.1.20. qiymətli kağızlar bazarının iştirakçılarına qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlərin verilməsindən;

1078-40.1.21. qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafı məqsədi ilə istifadə edilən fondların qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılması və onların fəaliyyətinin tənzimlənməsindən;

1078-40.1.22. qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyalara yol verilməməsi üzrə tədbirlərin görülməsindən.

1078-40.2. Qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 1078-41. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatları cdxxvi[430]

1078-41.1. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnamələrinə müvafiq olaraq yaradılır və fəaliyyət göstərir.

1078-41.2. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının fəaliyyəti aşağıdakı əsas məqsədləri daşıyır:

1078-41.2.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli peşəkar fəaliyyəti üçün şəraitin yaradılması;

1078-41.2.2. qiymətli kağızlar bazarında investorların və digər iştirakçıların maraqlarının qorunması;

1078-41.2.3. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatının üzvləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi qaydalarının müəyyən edilməsi;

1078-41.2.4. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının üzvlərinin fəaliyyətinin etik normalarının müəyyən edilməsi və bu normalara riayət olunmasının təmin edilməsi;

1078-41.2.5. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatların fəaliyyətləri haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə açıqlamalıdırlar.




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin