§ 18. Qiymətli kağızlar bazarında xidməti məlumat
Maddə 1078-46. Qiymətli kağızlar bazarında xidməti məlumatın anlayışı cdxxxi[435]
1078-46.1. Xidməti məlumat ümumi qaydada əldə edilə bilməyən, qiymətli kağızlar bazarının iştirakçısı olan təşkilatlarda, yaxud müvafiq dövlət orqanlarında tutduğu vəzifə ilə əlaqədar olaraq əldə edilən və ya emitentlə bağlanmış müqaviləyə əsasən, qiymətli kağızlar bazarının subyektləri, qiymətli kağızlar, onlarla əməliyyatlar, qiymətlər və digər xüsusatlar üzrə açıqlanmamalı olan və istifadə edildikdə məlumat sahibinə qiymətli kağızlarla əməliyyatların aparılmasında digər iştirakçılardan daha üstün mövqe təmin edən məlumatdır.
1078-46.2. İnsayder bu Məcəllənin 1078-46.1-ci maddəsinə əsasən xidməti məlumata malik olan şəxsdir.
Maddə 1078-47. İnsayderlər cdxxxii[436]
1078-47.1. İnsayderlərə aşağıdakılar aiddir:
1078-47.1.1. emitentin direktorlar (müşahidə) şurasının (bu orqanlar olduqda) və icra orqanlarının üzvləri;
1078-47.1.2. emitentin fəaliyyətinə nəzarət edən şəxslər;
1078-47.1.3. xidməti məlumatı tutduğu vəzifəyə, müqaviləyə yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxslər;
1078-47.1.4. emitentin nizamnamə kapitalının on faizindən artıq hissəsinə malik olan şəxslər;
1078-47.1.5. son altı ay ərzində bu Məcəllənin 1078-47.1.1-1078-47.1.4-cü maddələrinin təsiri altına düşən şəxslər.
1078-47.2. İnsayderlər öz fəaliyyətində aşağıdakılara yol verməməlidirlər:
1078-47.2.1. qiymətli kağızların dövriyyəsinə təsir göstərə bilən xidməti məlumatın istifadəsi ilə əməliyyatlara;
1078-47.2.2. digər şəxslərə xidməti məlumatı təqdim etməklə onları bununla bağlı əqdlərin bağlanmasına təhrik etmək.
1078-47.3. İnsayder özünə məxsus olan qiymətli kağızlarla apardığı əməliyyat barədə məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada açıqlamalıdır.
1078-47.4. Xidməti məlumatın istifadəsi ilə əqdlərin bağlanması faktı və ya belə əqdin bağlanması cəhdi aşkar edildikdə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları əqdin bağlanmasını və icrasını dayandırmalı və bu barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
1078-47.5. Xidməti məlumatın saxlanılması və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
55-ci fəsil
Dostları ilə paylaş: |