Oyunların və mərclərİn keçİrİlməsİ
Maddə 1083. Oyunlar və mərclər anlayışı
1083.1. Oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər.
1083.2. Aşağıdakılar oyun və mərc kimi qiymətləndirilir:
1083.2.1. oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi;
1083.2.2. oyun və ya mərc xarakteri daşıyan əmtəə əqdləri və ya qiymətli kağızlarla əməliyyatlar.
Maddə 1084. Oyun və mərc üzrə tələblərin istisna edilməsi
Oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir.
Maddə 1085. Könüllü ödənişlər
1085.1. Oyun və mərc prosesində könüllü verilmiş ödənişlər geri tələb edilə bilməz.
1085.2. Oyunda və ya mərcdə uduzulan məbləği ödəmək məqsədi ilə oyunçunun və ya mərc gələnin imzaladığı, mövcud borcun etirafına dair müqavilə və ya qiymətli kağız, onun verilməsinə baxmayaraq, reallaşdırıla bilməz.
Maddə 1086. Lotereyalar üzrə tələb cdxxxiii[437]
Lotereyanın qanunvericiliklə nəzərdə tutulmuş hallarda dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibinin lotereya təşkilatçısına qarşı uduşların verilməsi (ödənilməsi) tələbini istisna etmir.
Səkkİzİncİ bölmə
Dostları ilə paylaş: |