Vərəsələr Tərəfİndən kredİTorların Təmİn edİlməsİ
Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti
1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.cdlxxv[479]
1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
1306.3. (Çıxarılıb) cdlxxvi[480]
Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü
Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
Maddə 1308. Borcun ödənilməsinin vərəsəyə həvalə edilməsi
Vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər.
Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi
Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
Maddə 1310. (Çıxarılıb) cdlxxvii[481]
Maddə 1311. (Çıxarılıb) cdlxxviii[482]
Maddə 1312. İcra müddətinin təxirə salınması
Əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər.
Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü
Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər.
Maddə 1314. Dövlətin kreditorlar qarşısında məsuliyyəti
Vərəsələri olmayan əmlak dövlətə keçdikdə, miras qoyanın borcları üzrə o, vərəsə kimi məsuliyyət daşıyır.
Maddə 1315. Mirasın kreditor tərəfindən alınmasının nəticələri
Əgər miras qoyan öz əmlakını kreditora vəsiyyət etmişdirsə, bu, kreditorun tələb hüququnun əvəzləşdirilməsi sayıla bilməz.
Maddə 1316. (Çıxarılıb) cdlxxix[483]
73-ci fəsil
Dostları ilə paylaş: |