Mİrasın qorunması
Maddə 1317. Mirasın qorunması anlayışı cdlxxx[484]
1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.
1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.
Maddə 1318. Vərəsələrin axtarılması cdlxxxi[485]
Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
Maddə 1319. Əmlak idarəçisinin təyin edilməsi cdlxxxii[486]
Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər.
Maddə 1320. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər cdlxxxiii[487]
Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.
74-cü fəsil
Dostları ilə paylaş: |