§2. Anbarlarda saxlama
Maddə 827. Anbar sahibi
Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.
Maddə 828. Əmtəə kağızları
828.1. Bu Məcəllənin 1078-ci maddəsinə uyğun olaraq, anbar sahibi saxlamaya qəbul edilmiş mallar üçün əmtəə sənədləri yazıb verə bilər. cccxxviii[332]
828.2. Əmtəə kağızları anbarda saxlanılan, bu sənədlərdə göstərilən malların verilməsinə hüquq verən qiymətli kağızlardır.
828.3. Əmtəə kağızları order şəklində, yaxud yük verənin və ya mal sahibinin adına yazıla bilər.
828.4. Əgər hər hansı mala əmtəə kağızı yazılmışdırsa, anbar sahibi həmin malı yalnız bu sənəddə göstərilmiş ixtiyarlı şəxsə verə bilər və verməlidir.
Maddə 829. Anbar sahibinin vəzifələri
829.1. Anbar sahibi malların saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır.
829.2. Anbar sahibi malın məruz qaldığı və saxlama xidmətlərindən əlavə tədbirlər görülməsinə yol verən dəyişikliklər barəsində tapşırana dərhal bildiriş göndərməlidir.
829.3. Anbar sahibi anbarın adi iş vaxtında tapşıranın malı gözdən keçirməsinə və nümunələr götürməsinə yol verməlidir. Bundan başqa, anbar sahibi tapşıranın malın salamatlığı üçün tədbirlər görməsinə bunun zəruri olduğu hər bir vaxt yol verməlidir.
829.4. Anbar sahibinin əvəz edilən əşyaları eyni növlü və keyfiyyətli başqa əşyalarla qarışdırmasına yalnız tapşıranın ona qabaqcadan birbaşa icazə verdiyi hallarda yol verilir. Qarışıq saxlama halında anbar sahibi hər hansı tapşıranın xahişi ilə həmin tapşıranın saxlamaya verdiyi miqdara uyğun miqdarda mal verməlidir.
829.5. Anbar sahibi malı saxlayıcı kimi qaytarmalıdır. Gözlənilməz hallar nəticəsində adi saxlayıcının şərtləşdirilmiş müddət bitənədək əşyanı qaytarmaq hüququna malik ola bildiyi halda da anbar sahibi şərtləşdirilmiş saxlama müddəti ilə bağlı qalır.
Maddə 830. Anbar sahibinin muzd almaq və xərclərinin əvəzinin ödənilməsi hüququ, habelə girov hüququ
830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir.
830.2. Anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir.
830.3. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. cccxxix[333]
Dostları ilə paylaş: |