Azərbaycan respublikasinin mülki məCƏLLƏsi [1]


§ 3. Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri



Yüklə 2,79 Mb.
səhifə18/138
tarix05.01.2022
ölçüsü2,79 Mb.
#111605
1   ...   14   15   16   17   18   19   20   21   ...   138
§ 3. Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri

Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi

238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.

238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir.

Maddə 239. Torpaq sahəsinə buraxılma

239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

Maddə 240. Torpaq sahəsində tikinti

240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.cl[154]

240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.



Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları

241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.

241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir.

Maddə 242. Torpaq sahəsinə sahiblik və ondan istifadə

242.1. (Çıxarılıb) cli[155]

242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.

Maddə 243. Daşınmaz əmlak mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ

243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə, müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. clii[156]



Maddə 244. Torpaq sahəsindən istifadə hüququna xitam verilməsinin nəticələri

Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir.



Maddə 245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi

Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. cliii[157]



Maddə 246. Torpaq sahəsinin dövlət və ya ictimai ehtiyaclar üçün alınması

246.1. Bu məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət və ya ictimai ehtiyaclar üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.

246.2. Torpaq sahəsinin dövlət və ya ictimai ehtiyaclar üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

246.3. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. cliv[158]



Maddə 247. Dövlət və ya ictimai ehtiyaclar üçün satın alınan torpaq sahəsinin satınalma qiyməti

247.1. Dövlət və ya ictimai ehtiyaclar üçün alınan torpaq sahəsinin satınalma qiyməti, satınalmanın müddətləri və digər şərtləri sahənin mülkiyyətçisi ilə razılaşmada müəyyənləşdirilir. Razılaşmaya dövlətin alınan sahə üçün satınalma qiymətini ödəmək öhdəliyi daxil edilir. clv[159]

247.2. Satınalma qiyməti müəyyənləşdirilərkən həmin qiymətə torpaq sahəsinin və orada olan daşınmaz əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən bütün zərər, o cümlədən, əldən çıxmış fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər daxil edilir.

247.3. Mülkiyyətçi ilə razılaşmaya əsasən ona dövlət və ya ictimai ehtiyaclar üçün alınan sahənin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə başqa torpaq sahəsi verilə bilər.clvi[160]



Maddə 248. Torpaq sahəsinin dövlət və ya ictimai ehtiyaclar üçün alınması haqqında qərardan iddianın verilməsi clvii[161]

248.1. Əgər mülkiyyətçi torpaq sahəsinin ondan dövlət və ya ictimai ehtiyaclar üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə razı deyildirsə və ya onunla satınalma qiyməti və ya digər satınalma şərtləri barəsində razılaşma əldə edilməmişsə, o, həmin qərar barəsində məhkəməyə iddia verə bilər. clviii[162]

248.2. Torpaq sahəsinin dövlət və ya ictimai ehtiyaclar üçün alınması haqqında qərardan iddia bu Məcəllənin 246.3-cü maddəsində göstərilmiş bildirişin sahənin mülkiyyətçisinə göndərildiyi gündən bir il ərzində verilə bilər. clix[163]

Maddə 249. Dövlət və ya ictimai ehtiyaclar üçün alınmalı torpaq sahəsi mülkiyyətçisinin hüquqları

249.1. Dövlət və ya ictimai ehtiyaclar üçün alınmalı torpaq sahəsinin mülkiyyətçisi sahənin alınması haqqında qərarın qəbul edildiyi andan sahənin satın alınması haqqında razılaşmanın əldə olunduğu və ya məhkəmə qərarının qəbul edildiyi vaxtadək sahəyə sahibliyi, ondan istifadəni və ona dair sərəncamçılığı həyata keçirə bilər və sahədən onun təyinatına uyğun istifadəni təmin edən lazımi xərcləri çəkə bilər.

249.2. Torpaq sahəsinin satınalma qiymətinin müəyyənləşdirildiyi dövrdə sahədə yeni binaların və qurğuların tikintisi, köhnələrinin genişləndirilməsi və yenidən qurulması ilə bağlı məsrəflərin və zərərin mülkiyyətçiyə aid edilməsi riski onun üzərinə düşür. clx[164]

11-ci fəsil


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin