Azərbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ



Yüklə 1,62 Mb.
səhifə18/31
tarix17.06.2018
ölçüsü1,62 Mb.
#53954
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

 

İKİNCİ YARIMBÖLMƏ

ÜMUMİ HÜQUQİ MÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ İCRAAT (XÜSUSİ İDDİA İCRAATI) [140]


Fəsil 24

ÜMUMİ MÜDDƏALAR


Maddə 285. Məhkəmə tərəfindən baxılan ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər

285.0. Bu fəsildə göstərilən qaydada məhkəmə xüsusi iddia icraatı qaydasında aşağıdakı işlərə baxır:

285.0.1. seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi barədə ərizələr üzrə;  [141]



285.0.2. müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq pozuntuları barədə qərarlarına dair ərizələr üzrə;

285.0.3. müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;

285.0.4. hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;

285.0.5. normativ xarakterli aktların qanuniliyinin mübahisə edilməsi barədə ərizələr üzrə.[142]



Maddə 286. Ərizənin verilməsi

286.1. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.

286.2. Məhkəməyə ərizənin təqdim edilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün maraqlı şəxslərin yuxarı orqanlarına ilkin müraciəti məcburi şərt deyildir.[143]



286.3. Ərizənin verilmə müddətinin buraxılması, tənbehin edilmə müddətinin, habelə qərarın icra müddətinin ötməsi ərizənin məhkəmə baxışına qəbul edilməsindən imtina üçün əsas deyildir.

286.4. Müddətlər, işin düzgün həlli üçün onların əhəmiyyəti, ərizənin məzmunundan asılı olmayaraq, məhkəmə tərəfindən yoxlanılır.

286.5. İddia ərizəsinin məzmunu və ona əlavə edilən sənədlər bu Məcəllənin 149 və 150-ci maddələri ilə nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Ərizədə əmlak tələbləri, şikayət olunan aktın, hərəkətin (hərəkətsizliyin) əsası göstərilə bilər.

Maddə 287. Sübutetmə vəzifəsi

Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür.

Maddə 288. İşlərə baxılması və həll edilməsi qaydası

Məhkəmə tərəfindən ümumi hüquq münasibətlərindən əmələ gələn işlər bu Məcəllənin 24-cü və 25-ci fəsilləri və digər qanunlarla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, ümumi iddia icraatı qaydasında baxılır və həll edilir.

Maddə 289. Şikayət etmə qaydası

Bu Məcəllənin 24-cü və 25-ci fəsillərinə müvafiq olaraq qəbul edilmiş məhkəmə aktlarından (qətnamələrindən, qərardadlarından) bu məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilir.[144]



Fəsil 25

 

SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA ƏRİZƏLƏRƏ DAİR İCRAAT [145]


Maddə 290. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrin verilməsi [146]

Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair ərizələr apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. [147]

Maddə 291. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrə baxılması [148]

291.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətinə (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dәrhal) baxılır.

291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

291.3. Ərizəyə baxılması üzrə məhkəmənin çıxardığı qətnamə dərhal icra edilməlidir. [149]



Maddə 292. Məhkəmənin qərarından şikayət verilməsi 

Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə 3 gün müddətində bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir. [150]

 

 

Fəsil 26 [151]



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin