Azərbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ


ŞƏXSİN PSİXİATRİYA STASİONARINA QEYRI-KÖNÜLLÜ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ İŞLƏR ÜZRƏ İCRAAT



Yüklə 1,62 Mb.
səhifə23/31
tarix17.06.2018
ölçüsü1,62 Mb.
#53954
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

ŞƏXSİN PSİXİATRİYA STASİONARINA QEYRI-KÖNÜLLÜ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ İŞLƏR ÜZRƏ İCRAAT


Maddə 335. Ərizənin verilməsi

335.1. Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. [186]

335.2. Ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir.

335.3. Psixiatriya müəssisəsinin rəhbərliyi tərəfindən ərizə verildikdə, ərizəyə həkim-psixiatr komissiyasının əsaslandırılmış rəyi də əlavə edilməlidir.

Maddə 336. Ərizənin verilmə müddəti

336.1. Şəxs psixiatriya stasionarında yerləşdirildikdə onun qeyri-könüllü yerləşdirilməsi barədə ərizə şəxsin psixiatriya stasionarına yerləşdirildiyi andan 48 saat ərzində verilməlidir. [187]

336.2. Hakim ərizəni qəbul etdikdə, eyni zamanda şəxsin psixiatriya stasionarında saxlanılmasını işə məhkəmədə baxılmalı olduğu müddətə kimi uzadır.

Maddə 337. Ərizəyə baxılması

337.1. Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizəyə hakim iş başlanılan vaxtdan 5 gün ərzində baxmalıdır. İşə baxıldıqda onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə bilər. [188]

337.2. Ərizəyə baxılmasında təşəbbüsü ilə iş başlanmış psixiatriya müəssisəsi nümayəndəsinin və həmin müəssisədə yerləşdirilməsi haqqında məsələ həll olunan şəxsin nümayəndəsinin iştirakı məcburidir.

337.3. Məhkəmə iclası psixiatriya müəssisəsinin binasında keçirilə bilər.

Maddə 338. Ərizə üzrə məhkəmənin qətnaməsi

338.1. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir.

338.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır. [189]

Maddə 338-1. Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi müddətinin uzadılması[190]

Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi müddətinin uzadılması həkim-psixiatriya komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin müalicənin başlandığı gündən hər altı aydan bir qaldırılan vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən həyata keçirilir. [191]

Fəsil 37

VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI QEYDİYYATININ DÜZGÜN OLMAMASININ MÜƏYYƏN EDİLMƏSİ


Maddə 339. Ərizənin verilməsi

339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır.

339.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

Maddə 340. Ərizənin məzmunu

Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir.[192]

Maddə 341. Ərizə üzrə məhkəmənin qətnaməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır.

Fəsil 38 [193]


NOTARİAT HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏMİN HƏRƏKƏTLƏRİN APARILMASINDAN İMTİNAYA DAİR ŞİKAYƏTLƏR


Maddə 342. Şikayətin verilməsi

342.1. Maraqlı şəxs aparılmış notariat hərəkətlərini və ya notariat hərəkətlərini aparmaqdan imtinanı düzgün hesab etmədikdə, notariusun və ya notariat əməliyyatını yerinə yetirən orqanın yerləşdiyi yerin məhkəməsinə bu barədə şikayət vermək hüququna malikdir.

342.2. Vəsiyyətnamə və etibarnamələrin qanunvericilikdə sadalanan vəzifəli şəxslər tərəfindən düzgün təsdiq edilməməsinə və ya onları təsdiq etməkdən imtina olunmasına dair şikayətlər müvafiq surətdə xəstəxananın, digər stasionar müalicə-profilaktika müəssisəsinin, sanatoriyanın, qocalar əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar evinin, xüsusi təhsil müəssisəsinin, ekspedisiyanın, qospitalın, hərbi təlim müəssisəsinin, hərbi hissənin, birləşmənin, idarənin, təşkilatın, azadlıqdan məhrumetmə yerinin olduğu yer üzrə məhkəməyə verilir. [194]



342.3. Azərbaycan Respublikasının Bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnaməni düzgün təsdiq etməməsindən və ya onu təsdiq etməkdən imtina etməsindən şikayətlər gəminin qeydiyyatda olduğu limanın yerləşdiyi yer üzrə məhkəməyə verilir.

342.4. Məhkəməyə şikayət, notariat hərəkəti və ya bu cür hərəkəti yerinə yetirməkdən imtina edilməsi ərizəçiyə məlum olan gündən hesablanmaqla, 10 gün müddətində verilir.

342.5. Aparılmış notariat hərəkəti əsasında hüquq barədə maraqlı şəxslər arasında yaranmış mübahisəyə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılır.

Maddə 343. Şikayətə baxılması

Şikayətə ərizəçinin və ya hərəkətindən şikayət verilən notariusun və ya orqanın nümayəndəsinin iştirakı ilə məhkəmə tərəfindən baxılır, lakin onların gəlməməsi işin həll edilməsinə mane olmur.

Maddə 344. Şikayət üzrə məhkəmənin qətnaməsi

Ərizəçinin şikayətini təmin edən məhkəmə qətnaməsi aparılmış notariat əməliyyatını ləğv edir və ya bu cür əməliyyatın yerinə yetirilməsini tapşırır.

Fəsil 39


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin