Azərbaycan respublikasinin naziRLƏr kabineti Qərar



Yüklə 11.13 Kb.
tarix23.06.2018
ölçüsü11.13 Kb.



AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Qərar

132

12/08/2002 il

Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydasının təsdiq edilməsi haqqında

Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydasının təsdiq edilməsi haqqında (əlavə və dəyişikliklər - №33 - 28/02/2003)

“Narkoloji xidmət və nəzarət haqqında'' Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə'' Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR

1. “Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12.08 tarixli 132 nomrəli qərarı ilə təsdiq edilmişdir

Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi

Q A Y D A S I

1.Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirləri (müəssisələrdə işləyən tibbi həyətin və xəstələrin əlaqədə olan diğər şəxslərin narkoloji xəstələr tərəfindən törədilə biləcək təhlükəli hərəkətlərdən mühafizəsi) həmin müəssisələrinin rəhbərliyi tərəfindən həyata keçirilir.

2. Narkoloji tibb müəssisələrində tətbiq edilən təhlükəsizlik tədbirləri həmin müəssisələrdə işləyən şəxslərin, müalicə olunan digər xəstələrin, bu xəstələrə baş çəkən şəxslərin ləyaqətinə xələl gətirməməli və onların hüquqlarını məhdudlaşdırmamalıdır.

3. Xəstə tibb müəssisəsinə daxil olduqda, palatada yerləşdirilməli və 3 gün müddətində ciddi nəzarət altında olmalıdır. Onun səhhəti həkim tərəfindən qiymətləndirilməli, daxili rejim və təhlükəsizlik qaydaları ilə xəstə tanış edilməlı və bu qaydalara riayət edilməsi barədə ondan yazılı iltizam alınmalıdır.

4 Alkoqol və ya intoksikasion psixozlu xəstələrdə düşüncə pozuntuları olduğu halda, onun sağlamlığını qorumaq məqsədi ilə yataqda fiksə edilə bilər.

5. Narkoloji tibb müəssisələrində xəstələrin şöbədənkənar hərəkətləri məhdudlaşdırıla bilər.

6. Müalicə olunan xəstələr onların psixoloji vəziyyəti, spirtli içkilərə, narkotik və psixotrop maddələrə meyllərin olması nəzərə alınaraq tibb işçilərinin daimi nəzarətində olmalı, onların yanına gələn şəxslərin kimliyi aydınlaşdırılmalı, sayı məhdudlaşdırılmalı və gətirilən ərzaq və s.əşyalar yoxlanılmalıdır.

7. Müalicə olunan xəstənin yanına gəlmə vaxtı və müddəti daxili qaydalar əsasında məhdudlaşdırılır və bu xəstəyə kəsici, iti əşyaların, şüşə qabların, psixoaktiv maddələrin gətirilməsi qadağan edilir.

8. Narkoloji tibb müəssisələrində daxili rejimə və təhlükəsizlik tədbirlərinə əməl olunmasına bölmə rəhbəri, növbətçi həkim və növbətçi tibb personalı cavabdehlik və məsuliyyət daşıyırlar.

9. Tibb personalı tərəfindən daxili rejim və təhlükəsizlik tədbirlərinə riayət edilmədikdə, qanunvericilikdə müəyyən olunmuş qaydada tədbirlər görülə bilər.



10. Psixi pozuntuları olmayan, müalicəyə könüllü müraciət edən narkoloji xəstələr tərəfindən daxili rejimə və təhlükəsizlik tədbirlərinə əməl edilmədikdə, onlar narkoloji tibb müəssisəsinin rəhbərliyinin qərarı ilə xəstəxanadan xaric edilə bilərlər.

Qeyd: Yetkinlik yaşına çatmamış narkoloji xəstələr, habelə özlərinin və ətrafdakı şəxslərin səhhəti və həyatı üçün təhlükə yaradan narkoloji xəstələr digər xəstələrdən ayrı yerləşdirilirlər.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə