AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Qərar
"Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası"nın təsdiq edilməsi barədə
"Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası"nın təsdiq edilməsi barədə
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1-ci bəndinin 1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 49 nömrəli qərarı ilə təsdiq edilmişdir
Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası
1. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında bütün dəyişikliklər operativ şəkildə xüsusi jurnallarda qeyd olunur (bu Qaydaya əlavədə verilmiş formalar).
2. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı fəaliyyət növünə lisenziya (xüsusi razılıq) almış şəxslər tərəfindən həyata keçirilir.
3. Nömrələnmiş, tikilmiş, surğuclanmış jurnallar narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı fəaliyyət növünə lisenziya (xüsusi razılıq) almış şəxsin yerləşdiyi ərazidəki səhiyyə idarəsinin (şöbəsinin) və ya Səhiyyə Nazirliyinin müvafiq idarələrinin rəhbəri tərəfindən möhürlənir və imza ilə təsdiq edilir.
4. Jurnallar narkotik vasitələr və psixotrop maddələr üçün ayrılmış bağlı şkaflarda (seyflərdə) saxlanılır.
5. Narkotik vasitələrin sayı və vəziyyəti haqqında jurnal 5 (beş) il, psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnal isə 1 (bir) il müddətində məsul şəxs tərəfindən saxlanılır.
6. Göstərilən müddətdən sonra həmin jurnallar rayon (şəhər) səhiyyə idarəsinin (şöbəsinin) nəzdində yaradılmış komissiya tərəfindən müvafiq akt tərtib edilərək məhv edilir.
Dostları ilə paylaş: |