Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılması nəzərdə tutulmuş vəsaitin bu sərəncamın 1 nömrəli əlavəsində göstərilən obyektlər vəsaitin azaldılması hesabına, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə bu sərəncamın 2 nömrəli əlavəsində göstərilən obyektlər vəsait ayrılması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 374s
Bakı şəhəri, 15 noyabr 2011-ci il
“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılması nəzərdə tutulmuş vəsaitin bu sərəncamın 1 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 91500000 (doxsan bir milyon beş yüz min) manat azaldılması hesabına, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə bu sərəncamın 2 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 91500000 (doxsan bir milyon beş yüz min) manat vəsait ayrılsın.
2. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 2 nömrəli əlavəsində göstərilən obyektlər üzrə görüləcək işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 noyabr tarixli 374s nömrəli sərəncamına
1 nömrəli əlavə
Vəsaiti azaldılan obyektlərin
SİYAHISI
Obyektlərin adı
|
Azaldılan vəsaitin məbləği
(min manat)
|
1
|
2
|
CƏMİ
|
91500
|
Magistral Yol II layihəsində Azərbaycan tərəfinin payı (əlavə maliyyələşdirmə sazişləri ilə birlikdə; Dünya Bankı)
|
32032,52
|
“Bakı - Şamaxı - Yevlax yolunun Muğanlı - Yevlax hissəsinin yenidən qurulması” layihəsində Azərbaycan tərəfinin payı (BNP Paribas Bankı)
|
17000
|
“Yevlax - Gəncə” avtomobil yolunun Gəncə dairəvi hissəsinin reabilitasiyası” layihəsində Azərbaycan tərəfinin payı (Asiya İnkişaf Bankı)
|
4381,2
|
“Yevlax - Gəncə” avtomobil yolunun reabilitasiyası” layihəsində Azərbaycan tərəfinin payı (49,8 km; İslam İnkişaf Bankı, Səudiyyə Fondu və OPEC Fondu)
|
200
|
“Bakı - Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi" layihəsində Azərbaycan tərəfinin payı (Dünya Bankı)
|
4353,08
|
Ucar - Zərdab - Ağcabədi avtomobil yolunun yenidən qurulmasının texniki iqtisadi əsaslandırılmasının hazırlanması
|
33,2
|
“Qələbə” meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi, məsləhət xidmətləri və tikintisi
|
27000
|
Bakı - Şamaxı yolunun 10-cu kilometrliyində (Xırdalan dairəsi) yol qovşağının tikintisi
|
1500
|
Tbilisi prospekti ilə H. Zərdabi küçəsinin kəsişməsində (“20 Yanvar” metro stansiyası dairəsi) yol qovşağının layihələndirilməsi və tikintisi
|
5000
|
Aparatın rəhbəri Ağa-Bala Hacıyev
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 15 noyabr tarixli 374s nömrəli
sərəncamına
2 nömrəli əlavə
Vəsait ayrılan obyektlərin SİYAHISI
Obyektlərin adı
|
Ayrılan vəsaitin məbləği
(min manat)
|
1
|
2
|
CƏMİ
|
91500
|
M-2 (336 km) - Gəncə avtomobil yolunun əsaslı təmiri (11 km)
|
10000
|
Ağstafa - Poylu - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunun yenidən qurulması
|
4000
|
Bakı şəhəri, Neftçilər prospektində və digər küçələrdə yeraltı keçidlərin layihələndirilməsi və tikintisi:
- Babək prospektində - 3 ədəd
-8-ci km bazarı qarşısında - 1 ədəd
- Funikulyorun qarşısında -1 ədəd
- Böyük Şor dairəsində -1 ədəd
- Bakı - Quba yolunda (Ceyranbatan qəsəbəsi, H.Z.Tağıyev qəsəbəsi, Siyəzən şəhəri) - 3 ədəd
|
14500
|
Bakı şəhəri, Z.Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması
|
35000
|
"Sahil" metro stansiyasından Dənizkənarı bulvara çıxışı təmin etməklə, yeraltı piyada keçidinin tikintisi
|
2,000
|
“Azneft” meydanında yeraltı piyada keçidinin tikintisi
|
1000
|
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh yolu (24-cü km) - Qala - Pirallahı avtomobil yolunun layihələndirilməsi və tikintisi
|
3000
|
Ələt-Hacıqabul avtomobil yolunun təmiri
|
4000
|
Oğuz - Qəbələ avtomobil yolunun əsash təmiri (31 km)
|
4000
|
Şəki - Qax - Zaqatala yolunun Şəki - Qax sahəsində körpülərin tikintisi
|
4000
|
Şəki - Qax - Zaqatala yolunun Şəki - Qax sahəsinin (33 km) əsaslı təmiri
|
4000
|
Qaraməryəm - İsmayıllı - Şəki avtomobil yolunun 151-ci kilometrliyində Qurcanaçay üzərində körpünün tikintisi
|
4000
|
Ələt - Astara avtomobil yolunun bərpası (55 - 58-ci km və 65 - 90-cı km)
|
2000
|
Aparatın rəhbəri Ağa-Bala Hacıyev
Dostları ilə paylaş: |