Azərbaycan respublikasinin naziRLƏr kabineti


C. Məsləhət Xidmətlərinin Satın alınmasının Xüsusi Metodları



Yüklə 0,74 Mb.
səhifə2/7
tarix22.10.2017
ölçüsü0,74 Mb.
#11417
1   2   3   4   5   6   7

C. Məsləhət Xidmətlərinin Satın alınmasının Xüsusi Metodları

 

1. Keyfiyyət və qiymət əsaslı seçim. Aşağıdakı 2-ci bənddə göstərilən hallar istisna olmaqla məsləhət xidmətləri Keyfiyyət və Qiymət əsaslı Seçim metodu ilə bağlanan müqavilələr çərçivəsində satın alınır.

 

2. Məsləhət Xidmətlərinin Satın alınması üçün Digər Metodlar. Aşağıdakı cədvəldə məsləhət xidmətləri üçün Keyfiyyət və Qiymət əsaslı Seçim metodundan başqa istifadə edilə bilən digər satınalma metodları göstərilmişdir. Satınalma Planında bu metodlardan istifadə edilməsinə icazə verilən hallar göstərilməlidir:

 

 



Satınalma Metodu

(a) Ən aşağı Qiymət əsasında Seçim

(b) Məsləhətçilərin İxtisasına Əsasən Seçim

(c) Bir Mənbədən Seçim

(d) Bank üçün məqbul sayılan Kommersiya Təcrübələri

(e) Məsləhətçilər haqqında Təlimatın Fərdi Məsləhətçilərin seçilməsi üçün 5.2 və 5.4-cü bəndlərində göstərilmiş prosedurlar

 

D. Satınalma qərarlarına Bank tərəfindən baxılması

Satınalma Planında Bankın öncədən yoxlamasına məruz qalacaq bütün müqavilələr müəyyənləşdirilir. Bütün digər müqavilələr Bank tərəfindən sonradan yoxlanılır.

 

Bölmə IV. Kredit vəsaitlərinin çıxarılması

A. Ümumi

 

1. Borcalan aşağıdakı 2-ci paraqrafdakı cədvəldə göstərilmiş Məqbul Xərcləri maliyyələşdirmək üçün Kredit vəsaitlərini Ümumi Şərtlərin II Maddəsi, bu Bölmə və Bankın Borcalana bildirişlə müəyyənləşdirəcəyi əlavə təlimatlar (Bank tərəfindən vaxtaşırı dəyişdirilən və bu təlimatlara əsasən bu Sazişə tətbiq edilən Dünya Bankının 2006-cı ilin may ayında qəbul olunmuş " Layihələr üçün Dünya Bankının Vəsaitinin İstifadəsi haqqında Təlimat" daxil olmaqla) əsasında çıxara bilər.



 

2. Aşağıdakı cədvəldə Kredit vəsaitləri hesabına maliyyələşdiriləcək Məqbul Xərclər kateqoriyaları (“Kateqoriya”), hər Kateqoriya üçün ayrılmış Kredit vəsaitlərinin məbləğləri, və hər kateqoriyada Məqbul Xərclər üzrə maliyyələşdiriləcək xərclərin faiz nisbəti verilmişdir:

 


Kateqoriya

Ayrılmış kreditin məbləği (ABŞ dolları ilə)

Maliyyələşdiriləcək xərclərin faiz nisbəti

İşlər, Mallar, Audit də daxil olmaqla Məsləhət xidmətləri, Təlim və Əməliyyat xərcləri

3,192,000

83%

(2) komisyon haqq

 


8,000

Ümumi Şərtlərin 2.07 (a) Bölməsinə uyğun ödəniləcək məbləğ

(3) Minimal və Maksimal Faiz dərəcələri üçün Sığorta Haqqı

0

Bu Sazişin 2.07 (c) Bölməsi çərçivəsində alınacaq məbləğ

ÜMUMİ MƏBLƏĞ

3,200,000

 

 

B. Vəsaitin çıxarılma şərtləri; vəsaitin çıxarılma dövrləri

1. Bu Bölmənin A Hissəsinin tələblərindən asılı olmayaraq, bu sazişin imzalanma tarixinədək edilmiş ödənişlər üçün vəsaitin çıxarılmasına icazə verilmir.

2. Bağlanma tarixi 30 iyun 2016-cı ildir.

 

 



CƏDVƏL 3

 

Qaytarılma cədvəli

 

1.                  Aşağıdakı cədvəldə Kreditin Əsas Ödəniş Tarixləri və hər bir Əsas Ödəniş Tarixləri üzrə Kreditin əsas məbləğinə görə ödəniləcək faizlər (Növbəti Ödəniləcək Hissə) ifadə edilmişdir. Əgər Kredit vəsaitləri birinci Əsas Ödəniş Tarixində tamamilə çıxarılmışdırsa, hər bir Əsas Ödəniş Tarixində Borcalan tərəfindən geri qaytarılacaq Kreditin əsas məbləği Bank tərəfindən: (a) birinci Əsas Ödəniş Tarixinə istifadə edilmiş Kredit Qalığını; (b) hər bir Əsas Ödəniş Tarixi üçün Növbəti Ödəniləcək Hissəyə hasil etməklə təyin ediləcəkdir, bu Cədvəlin 4-cü paraqrafında qeyd edilmiş məbləğləri tutmaq məqsədilə, ehtiyac yarandıqda, bu qaytarılan məbləğdə düzəlişlər ediləcəkdir ki, bu zaman Valyuta Konvertasiyası tətbiq ediləcəkdir.



 

Əsas Ödəniş Tarixi

Növbəti Ödəniləcək Hissə

(Faizlə göstərilmişdir)



15 İyun, 2015

2.10%

15 Dekabr, 2015

2.19%

15 İyun, 2016

2.29%

15 Dekabr, 2016

2.40%

15 İyun, 2017

2.50%

15 Dekabr, 2017

2.62%

15 İyun, 2018

2.73%

15 Dekabr, 2018

2.86%

15 İyun, 2019

2.99%

15 Dekabr, 2019

3.12%

15 İyun, 2020

3.26%

15 Dekabr, 2020

3.41%

15 İyun, 2021

3.56%

15 Dekabr, 2021

3.72%

15 İyun, 2022

3.89%

15 Dekabr, 2022

4.06%

15 İyun, 2023

4.25%

15 Dekabr, 2023

4.44%

15 İyun, 2024

4.64%

15 Dekabr, 2024

4.85%

15 İyun, 2025

5.06%

15 Dekabr, 2025

5.29%

15 İyun, 2026

5.53%

15 Dekabr, 2026

5.78%

15 İyun, 2027

6.04%

15 Dekabr, 2027

6.42%

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin