QOŞMA
Bölmə I. Anlayışlar
21. "Antikorrupsiya Təlimatı" dedikdə 2011-ci ilin yanvar ayında dəyişikliklər edilmiş 15 oktyabr 2006-cı il tarixli "BYİB Kreditləri və BİA Kreditləri və Qrantları hesabına maliyyələşdirilən Layihələrdə saxtakarlıq və korrupsiyanın qarşısının alınması və onlarla mübarizə haqqında Təlimat" nəzərdə tutulur.
22. “Kateqoriya” dedikdə bu Sazişin 2-ci Cədvəlinin IV Bölməsindəki cədvəldə əks olunmuş kateqoriya nəzərdə tutulur.
23. "Məsləhətçilər haqqında Təlimat" dedikdə 2004-cü ilin may ayında dərc olunmuş və 2006-cı ilin oktyabr ayında və 2010-cu ilin may ayında yenidən nəzərdən keçirilmış "Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işə qəbulu haqqında Təlimat" nəzərdə tutulur.
24. "ƏMTQ" dedikdə Assosiasiya üçün məqbul sayılan və Resipient tərəfindən hazırlanmış və 16 dekabr 2010-cu il tarixində Assosiasiyaya təqdim edilmiş Layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi, başqa sözlə, ətraf mühitə hər hansı zərərli təsirin azaldılması və belə qiymətləndirməyə əsaslanan müsbət təsirlərin artırılması üzrə tövsiyələr, ətraf mühitə nəzarət və monitorinq, Layihənin yerinə yetirilməsi üzrə təlimatlar və Assosiasiya ilə əvvəlcədən razılaşma yolu ilə vaxtaşırı dəyişikliklər edilə bilən Ətraf Mühitinin Təsirinin Qiymətləndirilməsi nəzərdə tutulur.
25. “Müvafiq Sosial Ödənişlər” dedikdə, Resipientin ölkəsinin vətəndaşları olan fərdi məsləhətçilər və köməkçi heyətlə bağlanacaq əmək müqavilələri üzrə Resipient tərəfindən İşəgötürənin işçilərin sosial ödəmələri üçün müəyyən miqdarda vəsait ayırması nəzərdə tutulur.
26. “Münasib SİB-lər” dedikdə LİT-də qeyd olunan münasiblik meyarları və prosedurlarına uyğun seçilmiş sudan istifadəedənlər birlikləri nəzərdə tutulur.
27. "ƏMİMP" dedikdə ətraf mühitə hər hansı mənfi təsirin azaldılması, ətraf mühitə mənfi və ya arzuolunmaz təsirlərin aradan qaldırılması və ya onları məqbul səviyyəyə qədər azaldılması istiqamətində Layihə dövründə həyata keçiriləcək monitorinq və institusional tədbirləri, və həmçinin, belə tədbirlərin həyata keçirilməsi üçün zəruri fəaliyyətləri müəyyənləşdirən, Resipient tərəfindən ƏMTQ-yə müvafiq hazırlanmış və 16 dekabr 2010-cu il tarixdə Assosiasiyaya təqdim edilmiş Assosiasiya üçün məqbul Ətraf Mühitin İdarəedilməsi və Monitorinq Planı nəzərdə tutulur.
28. "Ümumi Şərtlər" dedikdə 31 iyul 2010-cu il tarixli “Beynəlxalq İnkişaf Assosiasiyasının Kreditlər və Qrantlar üçün Ümumi Şərtləri" nəzərdə tutulur.
29. “Kredit Sazişi” dedikdə Layihə üzrə Resipientlə Bank arasında bağlanan, bu sazişlə eyni tarixdə olan və vaxtaşırı düzəlişlər edilə bilən kredit sazişi nəzərdə tutulur. “Kredit Sazişi”nə onu tamamlayan bütün qoşmalar, cədvəllər və sazişlər daxildir.
30. "Əməliyyat Xərcləri" dedikdə dövlət qulluqçuları istisna olmaqla, köməkçi heyətin maaşları və münasib sosial ödənişləri, ofis ləvazimatı, nəqliyyatın istismarı və saxlanılması, rabitə, bank xərcləri, yerli səfər xərcləri daxil olmaqla, layihənin icrası, idarə edilməsi və monitorinqi ilə birbaşa bağlı olan əsaslandırılmış və zəruri fəaliyyətlər əsasında LİQ, RDM, MDQ və RDQ tərəfindən çəkilən əməliyyat xərcləri nəzərdə tutulur.
31. “LİT” və ya "Layihənin İcra Təlimatı" dedikdə Resipient və Layihənin İcraçı Qurumu tərəfindən qəbul olunmuş və Assosiasiyanın məqbul hesab etdiyi təlimat nəzərdə tutulur, başqa sözlə, bu təlimat Layihənin icrası üçün institusional, xərcləmələr, satınalmalar və maliyyə idarəetməsi mexanizmlərini, həmçinin Müvafiq SİB-lərin seçilməsi üçün münasiblik meyarlarını və prosedurları özündə əks etdirir. Assosiasiyanın razılığı ilə bu təlimatda və onun bütün əlavələrində vaxtaşırı dəyişikliklər edilə bilər.
32. "LHKQ" dedikdə Layihə İcraçı Qurumunun 2 iyul 1998-ci il tarixli daxili əmri (51E nömrəli) ilə yaradılmış Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrupu nəzərdə tutulur.
33. "Satınalmalar haqqında Təlimat" dedikdə Bank tərəfindən 2004-cü ilin mayında dərc edilmiş və 2006-cı ilin oktyabrında və 2010-cu ilin mayında düzəlişlər edilmiş "BYİB kreditləri və BİA kreditləri çərçivəsində Satınalmalar haqqında Təlimat" nəzərdə tutulur.
34. "Satınalma Planı" dedikdə Layihənin həyata keçirilməsi üçün Satınalmalar haqqında Təlimatın 1.16-cı bəndində və Məsləhətçilər haqqında Təlimatın 1.24-cü bəndində istinad olunan Resipientin 11 mart 2011-ci il tarixli satınalma planı nəzərdə tutulur. Bu plan həmin bəndlərə uyğun olaraq mütəmadi olaraq yeniləşdirilir.
35. “Layihə Ərazisi” dedikdə LİT-də qeyd olunmuş münasiblik meyarı və prosedurlarına uyğun seçilmiş və LİT-də göstərilmiş rayonlar nəzərdə tutulur.
36. “Layihənin İcraçı Qurumu” dedikdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.
37. “Layihənin İcraçı Qurumunu təsis edən normativ aktlar” dedikdə Prezidentin 23 fevral 2006-cı il tarixli 372 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli 149 nömrəli Qərarı nəzərdə tutulur.
38. “KTP” dedikdə Layihə çərçivəsində Resipient tərəfindən hazırlanacaq köçürülmə üzrə tədbirlər planları nəzərdə tutulur. Başqa sözlə, bu planda KTP-nin prinsip və məqsədləri, zərərçəkmiş şəxslər üzrə münasiblik meyarları, kompensasiya, yardım və bərpa sənədləri və prosedurları, və həmçinin KSÇ-nə uyğun olaraq monitorinq və hesabat vermə mexanizmləri əks olunmuşdur.
39. “KSÇ” dedikdə Assosiasiya üçün məqbul hesab olunan, Resipient tərəfindən hazırlanmış və 24 dekabr 2010-cu il tarixdə Assosiasiyaya təqdim olunmuş Köçürülmə Siyasəti üzrə Çərçivə sənədi nəzərdə tutulur. Bu çərçivədə layihə üzrə torpaq ayırma, köçkünlərin köçürülməsi və bərpa metodları müəyyən olunur, torpaq ayırma məsələləri ilə əlaqədar siyasətlər, prosedurlar, planlar və tədbirlər (köçürülmə üzrə tədbirlər planı daxil olmaqla) və institusional ölçülər və Layihə müddətində, həmçinin Layihə ilə əlaqədar başqa mərhələlərdə yarana biləcək digər sosial təsirlər təsvir edilir
40. “Təkrar Saziş” dedikdə bu Sazişin 2-ci Cədvəlinin I.B Bölməsində qeyd olunmuş saziş nəzərdə tutulur. Bu Sazişə müvafiq olaraq, Resipient Maliyyələşdirmə vəsaitləri ilə Layihənin İcraçı Qurumunu təmin edir.
41. "Təlim" dedikdə təlim materialları xərcləri, təlimin keçirilməsi üçün yerin və avadanlığın icarəsi, müəllim və təlim alanların ezamiyyət xərcləri daxil olmaqla mallar və ya xidmət təminatçıları üzrə bağlanan müqavilələrdə əks olunmayan təlim kursları, seminarlar, təlim səfərləri və digər təlimlə bağlı fəaliyyətlər üçün çəkilən xərclər nəzərdə tutulur.
Maliyyələşdirmə Sazişinə 2 saylı Əlavə Məktub
AZƏRBAYCAN RESPUBLİKASI
25 oktyabr 2011-ci il
Beynəlxalq İnkişaf Assosiasiyası
1818 H Street, N.W.
Washington, D.C. 20433
Amerika Birləşmiş Ştatları
Mövzu: Kredit N: 4913-AZ
(Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)
Ümumi Şərtlərin 5.01 Bölməsi
Maliyyə və İqtisadi Məlumatlar
Hörmətli Xanımlar və Cənablar,
Azərbaycan Respublikası (Üzv Ölkə) və Beynəlxalq İnkişaf Assosiasiyası (Assosiasiya) arasında yuxarıda qeyd edilən Layihə üçün maliyyələşməni (Maliyyələşmə) təmin edən bu tarixli Maliyyələşmə Sazişi və Maliyyələşmə Sazişinə tətbiq oluna bilən Ümumi Şərtlərlə (Ümumi Şərtlər) əlaqədar olaraq, aşağıdakıları müəyyən etmək məqsədilə Üzv Ölkənin adından yazıram:
1. Biz başa düşürük və razılaşırıq ki, Ümumi Şərtlərin 5.01 Bölməsinin məqsədləri üçün, Assosiasiya Üzv Ölkədən BHST-na (Borcalanın Hesabatvermə Sistemi Təlimatı) əsasən “uzun-müddətli xarici borc” (Dünya Bankının yanvar 2000-ci il tarixli BHST-da müəyyən edildiyi kimi) hesabatını verməsini və xüsusilə, borcun alındığı rüb qurtardıqdan sonra 30 gündən gec olmayaraq Assosiasiyanı yeni “kredit öhdəlikləri” (BHST-da müəyyən edildiyi kimi) barəsində və hesabatın əhatə etdiyi ildən sonrakı ilin martın 31-dən gec olmayaraq ildə bir dəfə “kreditlər üzrə əməliyyatlar” (BHST-da müəyyən edildiyi kimi) barəsində məlumatlandırmasını tələb edir.
2. Biz bəyan edirik ki, hər hansı xarici dövlət borcu ilə əlaqədar (BHST-da müəyyən edildiyi kimi) heç bir defolt mövcud deyildir. Belə başa düşürük ki, Maliyyələşmənin həyata keçirilməsində, Assosiasiya bu məktubda müəyyən olunan və ya istinad edilən bəyanatlara etibar edə bilər.
3. Xahiş edirik ki, bundan əvvəl qeyd olunanlara razılığınızı Assosiasiyanın müvafiq səlahiyyətli nümayəndəsinin aşağıda göstərilən boş yerdə imzası ilə təsdiq edəsiniz.
Hörmətlə,
AZƏRBAYCAN RESPUBLİKASI
__________________________
Səlahiyyətli Nümayəndə tərəfindən
RAZILAŞDIRILDI:
BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI
__________________________
Səlahiyyətli Nümayəndə tərəfindən
Kredit və Maliyyələşdirmə Sazişlərinə 3 saylı Əlavə Məktub
AZƏRBAYCAN RESPUBLİKASI
25 oktyabr 2011-ci il
Beynəlxalq Yenidənqurma
və İnkişaf Bankı/
Beynəlxalq İnkişaf Assosiasiyası
1818 H Street, N.W.
Washington, D.C. 20433
Amerika Birləşmiş Ştatları
Mövzu: Kredit N: 8039-AZ
Kredit N: 4913-AZ
(Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)
Monitorinq Nəticə Göstəriciləri
Hörmətli Xanımlar və Cənablar,
Bu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Bank)/Beynəlxalq İnkişaf Assosiasiyası (Assosiasiya) ilə Azərbaycan Respublikası (Borcalan/Resipient) arasında müvafiq olaraq eyni tarixli Kredit Sazişi və Maliyyələşdirmə Sazişinə 2 saylı Cədvəlin II Bölməsinin A paraqrafına istinad edir. Borcalan/Resipient bununla Bank və Assosiasiya üçün təsdiq edir ki, bu məktuba edilən əlavədə müəyyən edilmiş göstəricilər Layihənin gedişatının və məqsədlərinə nail olunmanın monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi üçün Borcalan/Resipient üçün əsas olacaqdır
Hörmətlə,
AZƏRBAYCAN RESPUBLİKASI
__________________________
Səlahiyyətli Nümayəndə tərəfindən
Qoşma
3 saylı Əlavə Məktuba Qoşma
AZƏRBAYCAN RESPUBLİKASI
Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi
Monitorinq Nəticə Göstəriciləri
LİM: Layihə ərazilərində təsərrüfat-daxili suyun bölüşdürülməsi və idarəolunmasının səmərəliliyi və maliyyə davamlılığının artırılması.
|
LİM Səviyyəli Nəticə İndikatorları *
|
Əsas
|
Ölçü
vahidi
|
İlkin
|
Ümumi Hədəf Dəyəri
|
Tezlik
|
Məlumatın mənbəyi /
Metodologiya
|
Məlumatların toplanması üçün məsuliyyət
|
Təsvir (indikatorların tərifi və s.)
|
İl 1
|
İl 2
|
İl 3
|
İl 4
|
İl 5
|
İndikator 1: Təmir-bərpa işləri tamamlandıqdan sonrakı suvarma mövsümündə təmir bərpa olunmayan SİB-lərə nisbətən təmir-bərpa edilmiş SİB-lərin ən azı orta hesabla 80%-də əkin məhsuldarlığında artım (15%)
|
|
Bərpa edilmiş ərazi (ha)
|
0
|
0
|
3,200
|
17,600
|
38,400
|
59,200
|
İlkin
Aralıq
Layihə-sonu
İllik SİB özünü qiymətləndirməsi
|
- Sudan istifadə edənlərin sorğusu.
- Statistika İdarəsi
- SİB Əsas Məlumat forması
- SİB illik forması
|
LHKQ-nun MQ mütəxəssisi, RDQ və sorğu məsləhətçilərinin dəstəyi ilə.
|
Tikinti işləri tamamlandıqdan sonrakı ildən etibarən əkin məhsuldarlığının AZN/ha ilə 15%-dən çox olduğu təmir-bərpa olumuş SİB-lərin sahəsi.
|
İndikator 2: Bərpa işləri tamamlandıqdan 2 suvarma mövsümü sonra bərpa edilmiş SİB-lərdə su pulunun yığım faizi minimum 80% təşkil etməli ki, bu da təsərrüfat daxilində tələb olunan istismar işlərinin 80%-ni ödəməyə imkan verir.
|
|
Təmir-bərpa edilmiş SİB-lərin sayı
|
0
|
0
|
0
|
3
|
10
|
20
|
İlkin
Aralıq
Layihə-sonu
|
SİB sənədləri
|
LHKQ-nun MQ mütəxəssisi, RDQ və sorğu məsləhətçilərinin dəstəyi ilə.
|
İTX planlarının hazırlanması, SXH-nın İTX planına uyğun ölçülməsi, və yığım faizinin İTX planı ilə müqayisədə ölçülməsi.
|
İndikator 3: Bərpa edilmiş sistemlərin 80%-ində suyun bölüşdürülməsi bərpadan sonra suvarma mövsümündə əkinlərin suvarma suyuna olan tələblərinə tam uyğun gəlir.
|
|
Təmir-bərpa edilmiş SİB-lərin sayı
|
0
|
0
|
3
|
10
|
20
|
30
|
İlkin
Aralıq
Layihə-sonu
|
- Sudan istifadə edənlərin sorğusu.
- SİB illik forması
|
LHKQ-nun MQ mütəxəssisi, RDQ və sorğu məsləhətçilərinin dəstəyi ilə.
|
Mövsüm ərzində faktiki su həcmini və suvarmaların sayını tələb etdikləri həcmdə və suvarmaların sayına uyğun olaraq alan SİB-lər, normalarda qeyd edildiyi kimidir, sudan istifadəedənlərin 80% üçün.
|
İndikator 4: Layihə SİB-ləri tərəfindən yığılan su pulu minimum 65% olmalı ki, bu da institusional və bacarıqların artırılması üzrə təlim keçildikdən sonrakı ildə sistemlərdə tələb olunan işlərin 55%-i ödəməlidir.
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
22
|
22
|
22
|
40
|
150
|
379
|
İlkin
Aralıq
Layihə-sonu
|
SİB illik forması
|
LHKQ-nun MQ mütəxəssisi, RDQ və sorğu məsləhətçilərinin dəstəyi ilə.
|
İTX planlarının hazırlanması, SXH-nın İTX planına uyğun ölçülməsi, və yığım faizinin İTX planı ilə müqayisədə ölçülməsi.
|
İndikator 5: SİB-in idarəetmə və istismar fəaliyyətindən məmnun qalan su istifadəçilərinin faizi.
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
20%
|
20%
|
25%
|
30%
|
50%
|
60%
|
İlkin
Aralıq
Layihə-sonu
|
- Sudan istifadə edənlərin sorğusu.
|
LHKQ-nun MQ mütəxəssisi,
|
Sudan istifadə edənlərlə aparılan sorğularda müəyyən edildiyi kimi.
|
Əsas Sektor İndikatorları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əsas İndikator 1:
Suvarma və drenaj xidmətlərinin təkmilləşdirildiyi sahə
|
|
ha
|
53,000
|
0.1 m
|
0.3m
|
0.4m
|
0.6m
|
0.9m
|
İllik
|
SİB illik forması
RSSİ qeydləri
|
LHKQ-nun MQ mütəxəssisi
|
Bacarıqların artırılması fəaliyyətləri və bərpa işlərindən mənfəət qazanmış 27 layihə rayonunun ümumi ərazisi.
|
Əsas İndikator 2: Təkmilləşdirilmiş suvarma və drenaj xidmətləri ilə təmin edilən qadın və kişi sudan istifadə edənlərin sayı
|
|
Sudan istifadə edənlər
|
20,000
qadın
25,000 kişi
|
40,000
qadın
50,000 kişi
|
0.12m
qadın
0.15m kişi
|
0.19m
qadın
0.25m kişi
|
0.27m
qadın
0.35m kişi
|
0.33m
qadın
0.43m kişi
|
İlkin
Aralıq
Layihə-sonu
|
SİB illik forması
|
LHKQ-nun MQ mütəxəssisi
|
|
Əsas İndikator 3: Gücləndirilmiş aktiv SİB-lərin sayı
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
208
|
220
|
300
|
379
|
379
|
379
|
Illik
|
SİB illik forması
RSSİ qeydləri
|
LHKQ-nun MQ mütəxəssisi
|
|
ARALIQ NƏTİCƏLƏR
|
|
|
Əsas
|
Ölçü vahidi
|
İlkin
|
Ümumi Hədəf Dəyəri
|
Tezlik
|
Məlumatın mənbəyi /
Metodologiya
|
Məlumatların toplanması üçün məsuliyyət
|
Təsvir (indikatorların tərifi və s.)
|
İl 1
|
İl 2
|
İl 3
|
İl 4
|
İl 5
|
Aralıq Nəticə (Komponent 1): İnstitusional və SİB-lərin bacarıqlarının gücləndirilməsi
|
Aralıq Nəticə İndikator 1: SİB-lərin Nümayəndəli/Ümumi Yığıncağı tərəfindən aktivlərin idarə edilməsi planlarının hazırlandığı, təsdiq edildiyi və SXH-nın müəyyən edilməsinə töhvəsini verən SİB-lərin sayı.
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
22
|
62
|
150
|
250
|
340
|
340
|
İllik
|
SİB-lərin illik forması
RSSİ qeydləri
|
RDQ, RDM, LHKQ MQ mütəxəssisi
|
Aktivlərin idarə edilməsi planları SİB-lərin xidməti ərazilərində kapital əvəz etmələrin və ehtiyac tələblərinin müəyyən edilməsi üçün əsasdır..
|
Aralıq Nəticə İndikator 2: İstismar və texniki xidmət qaydalarına yaxşı əməl edən təlimlənmiş və təcrübəli heyətə malik SİB-lərin sayı.
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
22
|
22
|
22
|
80
|
150
|
340
|
İllik
|
SİB-lərin illik forması
RSSİ qeydləri
|
RDQ, RDM, LHKQ MQ mütəxəssisi
|
Kifayət sayda ixtisaslı heyətə malik olmaqla, İTX prosedurları və qaydaları üzrə müvafiq qaydada təlimlənmək xidmətlərin yaxşı şəkildə təmin edilməsi üçün əsas amildir.
|
Aralıq Nəticə İndikator 3: Lazımi qaydada təşkil edilmiş zona nümayəndələrinə malik və üzvləri zona nümayəndəlikləri vasitəsilə SİB-in idarə edilməsində fəal şəkildə iştirak edən SİB-lərin sayı.
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
22
|
22
|
22
|
80
|
150
|
340
|
İllik
|
SİB-lərin illik forması
RSSİ qeydləri
|
RDQ, RDM, LHKQ MQ mütəxəssisi
|
SİB-in idarə edilməsində sudan istidadə edənlərin iştirakı bu səviyyədə idarəetmə, istismar və texniki xidmətin yaxşı səviyyədə təmin edilməsi üçün əsas amildir. Nümayəndəli sistem bu prosesi həyata keçirir.
|
Aralıq Nəticə İndikator 4: Lazımi ofislərə malik SİB-lərin sayı
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
22
|
22
|
92
|
222
|
222
|
222
|
İllik
|
SİB-lərin illik forması
RSSİ qeydləri
|
RDQ, RDM, LHKQ MQ mütəxəssisi
|
Bu indicator lazımi ofis yerinə malik SİB-ləri ölçür
|
Aralıq Nəticə İndikator 5: Biznes plana malik və mexanizmlə təmin olunmuş SİB-lərin sayı
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
0
|
0
|
20
|
50
|
90
|
90
|
İllik
|
SİB-lərin illik forması
RSSİ qeydləri
|
RDQ, RDM, LHKQ MQ mütəxəssisi
|
Bu indicator vasitəsilə avadanlıqlarını təsdiq edilmiş biznes planlarına müvafiq idarə edən SİB-lərin sayı ölçülür
|
Aralıq Nəticə (Komponent 2): Suvarma və Drenajın Bərpası
|
Aralıq Nəticə İndikator 1: Təsərrüfat-daxili suvarma və drenaj infrastrukturu işlək vəziyyətə qaytarılmış sahə
|
|
Bərpa edilmiş sahə (ha)
|
0
|
4,000
|
22,000
|
48,000
|
74,000
|
85,000
|
Rüblük
|
LHKQ-nun Gedişat Hesabatları
|
LHKQ MQ mütəxəssisi
|
Rüblük və illik hesabatlar icra planına əsasən bərpa fəaliyyətini izləyəcəkdir.
|
Aralıq Nəticə (Komponent 3): Layihənin İdarə edilməsi
|
Aralıq Nəticə İndikator 1: LHKQ-də layihə idarəetməsi bacarıqları gücləndirilmiş və layihə icra qrafikinə riayət olunmuşdur
|
|
İSN dərəcəsi
|
|
Kafi LHKQ fəaliyyəti
|
Kafi LHKQ fəaliyyəti
|
Kafi LHKQ fəaliyyəti
|
Kafi LHKQ fəaliyyəti
|
Kafi LHKQ fəaliyyəti
|
Rüblük illik baxış missiyaları
|
Layihə rüblük hesabatları Baxış missiyalarının yaddaş qeydləri və İSN
|
DB nəzarət hesabatları
|
Rüblük və illik hesabatlar bərpa fəaliyyətinin icra planına müvafiqliyini izləyəcəkdir. Baxış missiyaları hesabatları, əldə edilmiş irəliləyişi və layihə idarəedilməsi gedişatını yoxlayacaqdır.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Dostları ilə paylaş: |