5 saylı Əlavə Məktub
MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
25 oktyabr 2011-ci il
Beynəlxalq Yenidənqurma
və İnkişaf Bankı/
Beynəlxalq İnkişaf Assosiasiyası
1818 H Street, N.W.
Washington, D.C. 20433
Amerika Birləşmiş Ştatları
Cavab: Kredit N: 8039-AZ,
Kredit N: 4913-AZ
(Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)
Bəyanatlar
Hörmətli Xanımlar və Cənablar,
Yuxarıda qeyd olunan Kredit və Kredit üzrə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Bank) və Beynəlxalq İnkişaf Assosiasiyası (Assosiasiya) ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (Layihənin İcraçı Qurumu) arasında eyni tarixli Layihə Sazişləri ilə əlaqədar olaraq, Layihənin İcraçı Qurumu bununla Bank/Assosiasiya qarşısında aşağıdakılar barədə öhdəlik götürür və zəmanət verir:
1. Surətləri Bank/Assosiasiyaya təqdim olunmuş 31 dekabr 2010-cu il tarixli maliyyə hesabatları Layihənin İcraçı Qurumunun bu tarixə olan maliyyə və əməliyyat vəziyyətini düzgün şəkildə göstərir və bu tarixdən etibarən Layihənin İcraçı Qurumunun maliyyə və əməliyyat vəziyyətində heç bir mənfi maddi dəyişikliklər baş verməmişdir.
2. Layihənin İcraçı Qurumu iddiaçı və ya müttəhim qismində nəticəsinin onun maliyyə vəziyyətinə maddi və mənfi təsir göstərə biləcəyi heç bir məhkəmə prosesində iştirak etməmişdir.
3. Layihənin İcraçı Qurumu nəticəsinin onun maliyyə vəziyyətinə maddi və mənfi təsir göstərə biləcəyi şərti və ya digər formada (vergilər daxil olmaqla) heç bir yerinə yetirilməmiş sazişlərə və ya öhdəliklərə malik deyildir.
4. Layihənin İcraçı Qurumunun heç bir borcu üçün hər hansı girov, zəmanət, ödəniş tələbi, üstünlük və ya digər girov forması mövcud deyil və bu kimi hər hansı girov, zəmanət, ödəniş tələbi, üstünlük və ya digər girov formasının üçün heç bir müqavilə və ya mexanizm yoxdur.
5. Layihənin İcraçı Qurumunun hər hansı borcu üzrə əsas məbləğin və ya onun faiz dərəcəsinin və ya digər ödənişlərin ödənilməsində hazırda heç bir defolt vəziyyəti yoxdur.
6. Layihənin İcraçı Qurumu mövcud hər hansı sazişin, franşizanın, güzəşt razılaşması, lisenziya və ya icazə, hər hansı nizamnamə, qanun, fərman, inzibati qərar, əsasnamə və ya hal-hazırda qüvvədə olan və Layihənin İcraçı Qurumuna tətbiq oluna bilən buna oxşar digər hüquqi qaydanın müddəalarını pozmur və Layihə Sazişlərinin icrası və həyata keçirilməsi, həmçinin onların bütün şərtlərinin yerinə yetirilməsi yuxarıda sadalanan sənədlərin müddəalarının pozulması ilə nəticələnməyəcəkdir.
7. Layihənin İcraçı Qurumu cari iş fəaliyyətini həyata keçirmək, Layihəni icra etmək və Layihə Sazişlərini rəsmiləşdirmək və yerinə yetirmək üçün tam səlahiyyətə malik Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən mövcud qanuni qurumdur və Bank/Assosiasiyaya Layihənin İcraçı Qurumunu təsis edən normativ aktların və hal-hazırda qüvvədə olan və Layihənin İcraçı Qurumunun əməliyyatlarını idarə edən və ya onlara tətbiq edilən bütün digər normativ aktların, həmçinin hal-hazırda qüvvədə olan və fəaliyyətini idarə edən onun nizamnamə və qanuni sənədlərinin düzgün surətlərini təqdim etmişdir.
Belə başa düşürük ki, Kredit və Kreditin verilməsində və Layihənin İcraçı Qurumu ilə Layihə Sazişlərinin bağlanmasında, Bank/Assosiasiya burada göstərilən bəyanatlara etibar edə bilər.
Hörmətlə,
MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
________________________________
Səlahiyyətli Nümayəndə tərəfindən
KREDİTİN NÖMRƏSİ 4913-AZ
BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI
ilə
AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ arasında
25 oktyabr 2011-ci il tarixli
Layihə Sazişi
(Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)
KREDİTİN NÖMRƏSİ 4913-AZ
LAYİHƏ SAZİŞİ
25 oktyabr 2011-ci il tarixli Saziş (“Layihə Sazişi”) AZƏRBAYCAN RESPUBLİKASI (“Resipiyent”) ilə Assosiasiya arasında eyni tarixli Maliyyələşdirmə Sazişi (“Maliyyələşdirmə Sazişi”) ilə əlaqədar olaraq BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI (“Assosiasiya”) və MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ (“Layihənin İcraçı Qurumu”) arasında bağlanır. Assosiasiya və Layihənin İcraçı Qurumu bununla aşağıdakılar barədə razılığa gəlirlər:
MADDƏ I — ÜMUMİ ŞƏRTLƏR; ANLAYIŞLAR
1.01. Ümumi Şərtlər (Maliyyələşdirmə Sazişinin Qoşmasında müəyyənləşdirildiyi kimi) bu Sazişin ayrılmaz hissəsini təşkil edir.
1.02. Kontekstə əsasən başqa cür tələb olunan hallar istisna olmaqla, bu Sazişdə baş hərflərlə verilmiş terminlər Ümumi Şərtlərdə və Maliyyələşdirmə Sazişində göstərilmiş mənalara malikdir.
MADDƏ II — LAYİHƏ
2.01. Layihənin İcraçı Qurumu bu Layihənin məqsədləri üzrə öhdəlik daşıdığını bəyan edir. Bu məqsədlə Layihənin İcraçı Qurumu bu Layihəni Ümumi Şərtlərin İV Maddəsinin müddəalarına uyğun olaraq həyata keçirəcək və Layihə üçün tələb olunan vaxtda, maliyyə vəsaitləri, xidmətləri və digər resursları təmin edəcəkdir.
2.02. Bu Sazişin 2.01-ci bəndinin müddəalarını məhdudlaşdırmadan, və Layihənin İcraçı Qurumu və Bank arasında başqa cür razılaşdırılmış hallar istisna olmaqla, Layihənin İcraçı Qurumu Layihəni bu Sazişin Cədvəlində qeyd edilmiş müddəalara uyğun həyata keçirəcəkdir.
MADDƏ III — XİTAM VERİLMƏSİ
3.01. Ümumi Şərtlərin 8.05 Bölməsinin məqsədlərini nəzərə alaraq, bu Sazişinin müddəalarına xitam verilməsi tarixi bu Sazişin tarixindən iyirmi il sonradır.
MADDƏ IV — NÜMAYƏNDƏLƏR; ÜNVANLAR
4.01. Layihənin İcraçı Qurumunun Nümayəndəsi onun Sədridir.
4.02 Assosiasiyanın Ünvanı:
Beynəlxalq İnkişaf Assosiasiyası
1818 H Street, N.W.
Washington, D.C. 20433
Amerika Birləşmiş Ştatları
Teleqram: Teleks: Faksimil:
INDEVAS 248423 (MCI) 1-202-477-6391
Washington, D.C
4.03. Layihənin İcraçı Qurumunun Ünvanı:
Ü. Hacıbəyov küçəsi 40
Hökumət Evi 5-ci mərtəbə
Bakı, AZ 1016
Azərbaycan
Faksimil:
994 12 493 5165
Bakı şəhəri, Azərbaycan Respublikasında yuxarıda birinci qeyd edilmiş tarixdə razılaşdırılmışdır.
BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI
______________________________
Səlahiyyətli Nümayəndə tərəfindən
AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC
______________________________
Səlahiyyətli Nümayəndə tərəfindən
CƏDVƏL
Layihənin İcrası
Bölmə I. İcra Mexanizmləri
A. İnstitusional Mexanizmlər
1. Assosiasiyanın başqa cür razılaşacağı hallar istisna olmaqla, Layihənin İcraçı Qurumu: (a) Layihənin LİT, ƏMTQ, ƏMİMP və KSÇ-də qeyd olunmuş meyar, siyasətlər, prosedurlar və mexanizmlərə uyğun həyata keçirilməsini təmin edəcək; və (b) Assosiasiyanın fikrinə görə Layihənin icrasına maddi təsir və mənfi təsir göstərə biləcək şəkildə LİT, ƏMTQ, ƏMİMP, və/və ya KSÇ-yə, yaxud da onların hər hansı müddəasını dəyişməyəcək, və ya qüvvəsini dayandırmayacaq, yaxud dəyişməsinə və qüvvədən salınmasına yol verməyəcəkdir.
2. Layihənin İcraçı Qurumu Layihə başa çatanadək LHKQ-nin saxlanmasını və layihənin icrası üçün hər zaman zəruri və müvafiq prosedurlara uyğun, eləcə də Assosiasiya üçün qənaətbəxş ixtisasa, texniki tapşırıqlara və funksiyalara malik işçi heyətlə müvafiq qaydada təchiz olunmasını təmin edəcəkdir. LHKQ-nin funksiyalarına aşağıdakı cavabdehliklər: (a) Layihənin gündəlik icrası; (b) Layihə çərçivəsində satınalmalar prosesi, maliyyə menecmenti və vəsaitlərin çıxarılması üçün ərizələrin hazırlanması; və (c) Assosiasiya üçün məqbul sayılan texniki tapşırığa uyğun olaraq Layihənin monitorinqi və qiymətləndirilməsi. LHKQ-yə layihənin icrası üçün hər zaman zəruri və müvafiq prosedurlara uyğun, eləcə də Assosiasiya üçün məqbul olan ixtisasa, texniki tapşırıqlara və funksiyalara malik işçi heyətlə müvafiq qaydada təchiz olunmuş dörd regional dəstək mərkəzləri (RDM) vasitəsilə dəstək göstəriləcəkdir.
3. Layihənin İcraçı Qurumu aşağıdakıların saxlanmasını təmin edəcəkdir: (a) mərkəzi dəstək qrupunu (MDQ); və (b) hər bir layihə rayonunda, sudan istifadəedənlər birliklərinə dəstək qruplarını (RDQ), hər ikisi işçi heyət, ehtiyatlar və Assosiasiya üçün məqbul sayılan texniki tapşırıqlarla təmin ediləcəkdir.
4. Layihənin İcraçı Qurumu, Assosiasiya üçün məqbul sayılan təlimatlar əsasında, Layihə çərçivəsində növbəti təqvim ilində həyata keçirilməsi təklif olunmuş fəaliyyətləri əks etdirən və sözü gedən növbəti ildə həyata keçirilməsi təklif olunmuş fəaliyyət planlarını birləşdirən illik iş proqramını və büdcəni hazırlayacaq və hər təqvim ilinin 31 oktyabrından gec olmayaraq nəzərdən keçirilmək üçün Assosiasiyaya təqdim edəcəkdir. Bundan sonra, Layihənin İcraçı Qurumu Assosiasiya tərəfindən təsdiq olunmuş belə bir proqramın qeyd edilən növbəti il ərzində lazımi cəhd və səmərəliklə həyata keçirilməsini təmin edəcəkdir
5. LİT-də əks olunmuş münasiblik meyar və prosedurlarından istifadə etməklə və ƏMTQ, ƏMİMP və KSF-də müəyyənləşdirildiyi kimi Assosiasiyanın sosial məsələlər və ətraf mühit üzrə qoruyucu siyasətlərinin tələblərinə uyğun olaraq Layihənin A və B Hissələrinin icrası üçün münasib SİB-lər seçiləcəkdir.
B. Anti-Korrupsiya
Layihənin İcraçı Qurumu Layihənin Antikorrupsiya Təlimatının müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.
C. Qoruyucu tədbirləri
1. Layihənin İcraçı Qurumu Layihəni ƏMTQ, ƏMİMP, KSÇ və KTP(lar)-ın müddəaları ilə uyğun həyata keçirəcəkdir. Layihənin İcraçı Qurumu Assosiasiyanın ilkin təsdiqi olmadan, ƏMTQ, ƏMİMP, KSÇ və KTP(lar)-ın müddəalarının icrası üzrə cavabdehlikləri digər tərəflərə verməyəcək, onları dəyişməyəcək, qanuni qüvvəsini ləğv etməyəcək və ya onlardan imtina etməyəcəkdir .
2. Layihənin İcraçı Qurumu məcburi torpaq ayırma və yaxud hər hansı belə torpaq sahəsinin icarəçi və ya sahiblərinin müvəqqəti və ya daimi olaraq məcburi köçürülməsi və ya yerinin dəyişdirilməsindən ibarət Layihə çərçivəsində həyata keçiriləcək istənilən fəaliyyət üzrə KSÇ-ə uyğun olaraq, hər hansı iş başlanmamışdan əvvəl Assosiasiya üçün məqbul sayılan KTP-nin müəyyən olunmuş şəkildə hazırlanmasını, tamamlanmasını və tam yerinə yetirilməsini təmin etməlidir.
3. (a) Layihənin İcraçı Qurumu 1 oktyabr 2011-ci il tarixindən gec olmayaraq, Assosiasiya üçün məqbul ixtisas, təcrübə və texniki tapşırığa malik bənd təhlükəsizliyi üzrə eksperti müqavilə əsasında cəlb edəcək və Layihənin icrası müddətində onu saxlayacaqdır. Bu ekspert aşağıdakılara cavabdehlik daşıyacaqdır: (i) Layihə ərazisində yuxarı byefdə yerləşən bəndlərin, məhz Mingəçevir, Nohurqışlaq və Yekəxana su anbarlarının təhlükəsizlik vəziyyəti, istismar və texniki xidmət qaydalarının, eləcə də fövqəladə hallara hazırlığının mütəmadi yoxlanması, qiymətləndirilməsi və baxışın keçirilməsi; və (ii) bu bəndlərin Assosiasiya üçün məqbul sayılan təhlükəsizlik standartına uyğun yaxşılaşdırılması üçün zəruri olan hər hansı təmir işi və təhlükəsizliklə bağlı tədbirlərə dair yazılı hesabat və tövsiyələrin verilməsi;
(b) Layihənin İcraçı Qurumu yuxarıda qeyd olunan (a) paraqrafına müvafiq bəndlərin təhlükəsizliyi üzrə ekspert tərəfindən hazırlanmış tövsiyələrin yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirməlidir.
Bölmə II. Layihənin Monitorinqi, Hesabatvermə və Qiymətləndirmə
A. Layihə Hesabatları
(1) Layihənin İcraçı Qurumu Ümumi Şərtlərin 4.08 bəndinə uyğun olaraq və Assosiasiya üçün məqbul olan göstəricilər əsasında Layihənin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcək və Layihə Hesabatlarını hazırlayacaqdır. Hər bir Layihə Hesabatı bir təqvim semestrini əhatə edəcək və həmin hesabatın əhatə etdiyi dövrün başa çatmasından sonra bir aydan gec olmayaraq Borcalana təqdim edəcəkdir. Borcalan isə öz növbəsində, onu ümumi Layihə Hesabatında nəzərə almaqla Banka təqdim edəcəkdir.
B. Maliyyə Menecmenti, Maliyyə Hesabatları və Auditlər
1. Layihənin İcraçı Qurumu maliyyə menecmenti sisteminə malik olmalı və Layihə ilə bağlı əməliyyatlar, ehtiyatlar və xərcləri müvafiq qaydada əks etdirmək məqsədilə maliyyə hesabatlarını Assosiasiya üçün məqbul sayılan və müvafiq qaydada tətbiq edilən beynəlxalq mühasibatlıq standartlarına uyğun olaraq hazırlamalıdır.
2. Layihənin İcraçı Qurumu yuxarıda qeyd edilmiş Maliyyə Hesabatlarının Assosiasiya üçün məqbul sayılan müstəqil auditor tərəfindən, Assosiasiya üçün məqbul sayılan və qüvvədə olan müvafiq beynəlxalq mühasibatlıq standartlarına uyğun audit yoxlamasından keçməsini təmin etməlidir. Bu Maliyyə Hesabatlarının hər bir auditi Layihənin İcraçı Qurumunun bir maliyyə ilini əhatə etməlidir. Layihənin İcraçı Qurumu hər bir belə dövr üçün audit yoxlamasından keçmiş Maliyyə Hesabatlarının: (a) hesabat dövrü başa çatdıqdan sonra altı aydan gec olmamaqla Resipientə və Assosiasiyaya təqdim olunmasını; və (b Assosiasiya üçün məqbul sayılan vaxtda və tərzdə ictimaiyyət üçün əldə edilə bilməsini təmin edəcəkdir.
Bölmə III. Satınalma
Layihə üçün tələb olunan və Maliyyələşdirmə vəsaitləri hesabına maliyyələşdiriləcək bütün mallar, işlər və xidmətlər Maliyyələşdirmə Sazişinin 2-ci Cədvəlinin III bölməsində göstərilmiş tələblərə uyğun şəkildə tədarük ediləcəkdir.
4 saylı Əlavə Məktub
MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
25 oktyabr 2011-ci il
Beynəlxalq Yenidənqurma
və İnkişaf Bankı/
Beynəlxalq İnkişaf Assosiasiyası
1818 H Street, N.W.
Washington, D.C. 20433
Amerika Birləşmiş Ştatları
Mövzu: Kredit N: 8039-AZ,
Kredit N: 4913-AZ
(Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)
Monitorinq Nəticə Göstəriciləri
Hörmətli Xanımlar və Cənablar,
Bu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Bank)/Beynəlxalq İnkişaf Assosiasiyası (Assosiasiya) və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (Layihənin İcra Qurumu) arasında Layihə Sazişlərinin 2 saylı Cədvəlinin II Bölməsinin A paraqrafına istinad edir. Layihənin İcra Qurumu bununla Bank və Assosiasiya üçün təsdiq edir ki, bu məktuba edilən əlavədə müəyyən edilmiş göstəricilər Layihənin gedişatının və məqsədlərinə nail olunmanın monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi üçün Layihənin İcra Qurumu üçün əsas olacaqdır.
Hörmətlə,
MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
__________________________
Səlahiyyətli Nümayəndə tərəfindən
Qoşma
4 saylı Əlavə Məktuba Qoşma
MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
Monitorinq Nəticə Göstəriciləri
LİM: Layihə ərazilərində təsərrüfat-daxili suyun bölüşdürülməsi və idarəolunmasının səmərəliliyi və maliyyə davamlılığının artırılması.
|
LİM Səviyyəli Nəticə İndikatorları *
|
Əsas
|
Ölçü
vahidi
|
İlkin
|
Ümumi Hədəf Dəyəri
|
Tezlik
|
Məlumatın mənbəyi /
Metodologiya
|
Məlumatların toplanması üçün məsuliyyət
|
Təsvir (indikatorların tərifi və s.)
|
İl 1
|
İl 2
|
İl 3
|
İl 4
|
İl 5
|
İndikator 1: Təmir-bərpa işləri tamamlandıqdan sonrakı suvarma mövsümündə təmir bərpa olunmayan SİB-lərə nisbətən təmir-bərpa edilmiş SİB-lərin ən azı orta hesabla 80%-də əkin məhsuldarlığında artım (15%)
|
|
Bərpa edilmiş ərazi (ha)
|
0
|
0
|
3,200
|
17,600
|
38,400
|
59,200
|
İlkin
Aralıq
Layihə-sonu
İllik SİB özünü qiymətləndirməsi
|
- Sudan istifadə edənlərin sorğusu.
- Statistika İdarəsi
- SİB Əsas Məlumat forması
- SİB illik forması
|
LHKQ-nun MQ mütəxəssisi, RDQ və sorğu məsləhətçilərinin dəstəyi ilə.
|
Tikinti işləri tamamlandıqdan sonrakı ildən etibarən əkin məhsuldarlığının AZN/ha ilə 15%-dən çox olduğu təmir-bərpa olumuş SİB-lərin sahəsi.
|
İndikator 2: Bərpa işləri tamamlandıqdan 2 suvarma mövsümü sonra bərpa edilmiş SİB-lərdə su pulunun yığım faizi minimum 80% təşkil etməli ki, bu da təsərrüfat daxilində tələb olunan istismar işlərinin 80%-ni ödəməyə imkan verir.
|
|
Təmir-bərpa edilmiş SİB-lərin sayı
|
0
|
0
|
0
|
3
|
10
|
20
|
İlkin
Aralıq
Layihə-sonu
|
SİB sənədləri
|
LHKQ-nun MQ mütəxəssisi, RDQ və sorğu məsləhətçilərinin dəstəyi ilə.
|
İTX planlarının hazırlanması, SXH-nın İTX planına uyğun ölçülməsi, və yığım faizinin İTX planı ilə müqayisədə ölçülməsi.
|
İndikator 3: Bərpa edilmiş sistemlərin 80%-ində suyun bölüşdürülməsi bərpadan sonra suvarma mövsümündə əkinlərin suvarma suyuna olan tələblərinə tam uyğun gəlir.
|
|
Təmir-bərpa edilmiş SİB-lərin sayı
|
0
|
0
|
3
|
10
|
20
|
30
|
İlkin
Aralıq
Layihə-sonu
|
- Sudan istifadə edənlərin sorğusu.
- SİB illik forması
|
LHKQ-nun MQ mütəxəssisi, RDQ və sorğu məsləhətçilərinin dəstəyi ilə.
|
Mövsüm ərzində faktiki su həcmini və suvarmaların sayını tələb etdikləri həcmdə və suvarmaların sayına uyğun olaraq alan SİB-lər, normalarda qeyd edildiyi kimidir, sudan istifadəedənlərin 80% üçün.
|
İndikator 4: Layihə SİB-ləri tərəfindən yığılan su pulu minimum 65% olmalı ki, bu da institusional və bacarıqların artırılması üzrə təlim keçildikdən sonrakı ildə sistemlərdə tələb olunan işlərin 55%-i ödəməlidir.
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
22
|
22
|
22
|
40
|
150
|
379
|
İlkin
Aralıq
Layihə-sonu
|
SİB illik forması
|
LHKQ-nun MQ mütəxəssisi, RDQ və sorğu məsləhətçilərinin dəstəyi ilə.
|
İTX planlarının hazırlanması, SXH-nın İTX planına uyğun ölçülməsi, və yığım faizinin İTX planı ilə müqayisədə ölçülməsi.
|
İndikator 5: SİB-in idarəetmə və istismar fəaliyyətindən məmnun qalan su istifadəçilərinin faizi.
|
|
Layihə rayonlarında SİB-lərin sayı
|
20%
|
20%
|
25%
|
30%
|
50%
|
60%
|
İlkin
Aralıq
Layihə-sonu
|
- Sudan istifadə edənlərin sorğusu.
|
LHKQ-nun MQ mütəxəssisi,
|
Sudan istifadə edənlərlə aparılan sorğularda müəyyən edildiyi kimi.
|
Əsas Sektor İndikatorları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əsas İndikator 1:
Suvarma və drenaj xidmətlərinin təkmilləşdirildiyi sahə
|
|
ha
|
53,000
|
0.1 m
|
0.3m
|
0.4m
|
0.6m
|
0.9m
|
İllik
|
SİB illik forması
RSSİ qeydləri
|
LHKQ-nun MQ mütəxəssisi
|
Bacarıqların artırılması fəaliyyətləri və bərpa işlərindən mənfəət qazanmış 27 layihə rayonunun ümumi ərazisi.
|
Əsas İndikator 2: Təkmilləşdirilmiş suvarma və drenaj xidmətləri ilə təmin edilən qadın və kişi sudan istifadə edənlərin sayı
|
|
Sudan istifadə edənlər
|
20,000
qadın
25,000 kişi
|
40,000
qadın
50,000 kişi
|
0.12m
qadın
0.15m kişi
|
0.19m
qadın
|
|
|
|
|
|
|
|
|
|
|
|
Dostları ilə paylaş: |