Azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 6,94 Kb.
tarix22.10.2017
ölçüsü6,94 Kb.
#11551

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”nə cavab verən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin Qax, Beyləqan, Bərdə, Qəbələ, Qusar, Göygöl, Astara, Qazax, Kürdəmir, Naftalan, Oğuz, Biləsuvar, Tərtər, Şabran, Şəki, Ucar, Neftçala və Yevlax telekommunikasiya qovşaqlarında və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Yasamal Telefon Qovşağında istismardan çıxarılmış, fiziki və mənəvi aşınmaya məruz qalmış köhnə ATS avadanlıqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada balansdan silinməsinə razılıq verilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

207s



 

Bakı şəhəri, 3 avqust 2011-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın təsdiq edilməsi haqqında” 2004-cü il 6 noyabr tarixli 177 nömrəli və “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında” 2005-ci il 20 aprel tarixli 73 nömrəli qərarlarına uyğun olaraq və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müraciətini nəzərə alaraq:



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”nə cavab verən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin Qax, Beyləqan, Bərdə, Qəbələ, Qusar, Göygöl, Astara, Qazax, Kürdəmir, Naftalan, Oğuz, Biləsuvar, Tərtər, Şabran, Şəki, Ucar, Neftçala və Yevlax telekommunikasiya qovşaqlarında və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Yasamal Telefon Qovşağında istismardan çıxarılmış, fiziki və mənəvi aşınmaya məruz qalmış köhnə ATS avadanlıqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada balansdan silinməsinə razılıq verilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.



 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 
Yüklə 6,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin