Azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 7,01 Kb.
tarix25.12.2017
ölçüsü7,01 Kb.
#35947

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117000,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə ehtiyat vəsait üçün nəzərdə tutulmuş məbləğin 58,0 (əlli səkkiz) milyon manat azaldılması hesabına, Bakı şəhərində İdman-Konsert Kompleksinin tikintisi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 58,0 (əlli səkkiz) milyon manat məbləğində vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

233s



Bakı şəhəri, 8 avqust 2011-ci il

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən, “Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1620 nömrəli Sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117000,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə ehtiyat vəsait üçün nəzərdə tutulmuş məbləğin 58,0 (əlli səkkiz) milyon manat azaldılması hesabına, Bakı şəhərində İdman-Konsert Kompleksinin tikintisi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 58,0 (əlli səkkiz) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.



3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Yüklə 7,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin