Azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 6,15 Kb.
tarix17.06.2018
ölçüsü6,15 Kb.
#53900

Boeing” Şirkəti ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında sərnişin təyyarəsinin alınmasına barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ SƏRƏNCAMI



 

“Boeing” Şirkəti ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında “Boeing - 767 300ER” sərnişin təyyarəsinin alınmasına dair 2008-ci il 4 avqust tarixli 3374 nömrəli müqavilə üzrə Azərbaycan tərəfinin öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müraciətinə əsasən və “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 334-IIIQ nömrəli Qanununun 12.1.1-ci maddəsinə uyğun olaraq:

1. “Dövlət borcu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə agent bank vasitəsilə ayrılan 57 800 000 (əlli yeddi milyon səkkiz yüz min) manat məbləğində uzunmüddətli məqsədli kreditin və ona hesablanacaq faizlərin ödənilməsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankına dövlət zəmanəti verilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, kreditin ayrılması şərtləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və agent bank ilə birlikdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan 57 800 000 (əlli yeddi milyon səkkiz yüz min) manat məbləğində kreditin və ona hesablanacaq faizlərin ödənilməsi üzrə dövlət zəmanətinin verilməsi şərtlərini özündə əks etdirən sazişlərin Azərbaycan Respublikasının Hökuməti adından imzalanmasını təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ



 

Bakı şəhəri, 27 may 2011-ci il



№ 130s
Yüklə 6,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin