Azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 212.58 Kb.
səhifə2/3
tarix21.06.2018
ölçüsü212.58 Kb.
1   2   3

Kredit Sazişinə 2 №-li Əlavə Məktub


 

AZƏRBAYCAN RESPUBLİKASI


 

16 noyabr 2011

Beynəlxalq Yenidənqurma və İnkişaf Bakı

Amerika Birləşmiş Ştatları

Washington, DC 20433

N.W. 1818 H Street

 

BYİB Krediti No. 8096-AZ



(Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi)

Fəaliyyətin Monitorinq Göstəriciləri

 

Hörmətli xanımlar və cənablar:



 

Bu məktub, sözü gedən Layihə üzrə Azərbaycan Respublikası (Borcalan) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Bank) arasında bağlanmış Kredit Sazişinin 2-ci Əlavəsinin II Bölməsinin A.1 Hissəsinə aiddir. Bununla Borcalan bu məktuba qoşmada təqdim olunmuş göstəricilərin Layihənin icrasının və onun məqsədlərinə nail olunmasının monitorinqi və qiymətləndirilməsi üçün əsas kimi qəbul edilməsini Banka təsdiq edir.

 

 

Hörmətlə,



 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

Səlahiyyətli nümayəndə



 

 

 



Qoşma

 

 

Kredit Sazişinə 2 №-li Əlavə Məktuba Qoşma

 

AZƏRBAYCAN RESPUBLİKASI

 


BYİB Krediti No. 8096-AZ

(Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi)

 

Fəaliyyətin Monitorinq Göstəriciləri

 

1.      Layihənin inkişaf məqsədi səviyyəsində nəticə indikatorları

 

Layihənin birbaşa benefisiarlarının sayı, onların arasında qadınların faizi;



Daha yaxşı keyfiyyətli infrastruktur, kommunal və digər xidmətlərdən istifadə edənlərin sayında dəyişiklik;

Mənzil şəraitində çatışmazlıqların aradan qaldırılmasında dəyişikliklər;

Ailəsinin əsas gəlir mənbəyi fərdi əmək fəaliyyətindən qaynaqlanan benefisiarların faizi.

 

2.      Aralıq nəticə indikatorları

 

Kommunal/infrastruktur xidmətlərindən istifadə imkanlarının yaxşı olduğunu bildirən benefisiarların sayında artım;



Kommunal və infrastruktur xidmətlərinin keyfiyyətinin yaxşı olduğunu bildirən benefisiarların faizində artım;

Tamamlanmış mikro-layihələrin sayı və tipi;

Xidmət obyektlərinə/kommunal xidmətlərə infrastruktura çıxış əldə etmiş insanların sayı;

Mənzil şəraitini yaxşı kimi qiymətləndirən hədəf benefisiarların sayında artım;

Tam miqyaslı təmir olunmuş ictimai binaların sayı;

Daha yaxşı kanalizasiya xidmətləri / elektrik təchizatı / kip örtülən qapı və pəncərələrlə təmin olunmuş insanların sayı;

Ailənin aylıq gəliri;

İşlə təmin olunmuş hədəf benefisiarların sayı;

Layihənin nəticəsində aktivlər əldə etmiş məcburi köçkünlərin sayı;

Aktiv mikro kredit hesablarının sayı;

Qadınlara məxsus olan aktiv kredit hesablarının faizi;

Aktiv əmanət hesablarının sayı – gəlir əldə etməyə imkan verən fəaliyyətlərdən;

Layihə çərçivəsində yaradılmış və bir ildən sonra mənfəətlə işləyən müəssisələrin və mikro-müəssisələrin faizi;

Benefisiarların arasında inkişaf məsələləri sahəsində qərarlara təsir etmək imkanına malik olduqlarını düşünənlərin faizi;

Benefisiarların arasında daha geniş cəmiyyətdən təcrid olunduqlarını düşünənlərin faizi;

Etimad göstərdikləri insanların arasında həm köçkün, həm də qeyri-köçkün əhalinin nümayəndələrinin olduğu benefisiarların faizi

Layihə çərçivəsində formalaşdırılan yeni sosial institutların sayı;

Sosial institutların üzvlərinin sayı



KREDİTİN NÖMRƏSİ 8096-AZ

 

 



Layihə Sazişi

(Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi)

 

 



 

BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI

 

ilə

 

AZƏRBAYCAN RESPUBLİKASI MƏCBURİ KÖÇKÜNLƏRİN

SOSİAL İNKİŞAF FONDU

 

arasında

 

16 noyabr 2011-ci il

 

LAYİHƏ SAZİŞİ

 

Bu SAZİŞ 16 noyabr 2011-ci il tarixində BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI (“Bank”) ilə AZƏRBAYCAN RESPUBLİKASI MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDU (“Layihənin İcraçı Təşkilatı”) arasında Azərbaycan Respublikası (“Borcalan”) və Bank arasında eyni tarixli Kredit Sazişi (“Kredit Sazişi”) ilə bağlı olaraq imzalanmışdır. Bank və Layihənin İcraçı Təşkilatı bununla aşağıdakılar barədə razılığa gəlirlər:



MADDƏ I — ÜMUMİ ŞƏRTLƏR; ANLAYIŞLAR

1.03.        Ümumi Şərtlər (Bu Sazişin Qoşmasında müəyyənləşdirildiyi kimi) bu Sazişin ayrılmaz hissəsini təşkil edir.

1.04.        Kontekstə əsasən başqa cür tələb olunan hallar istisna olmaqla, bu Sazişdə baş hərflərlə verilmiş terminlər Kredit Sazişində və Ümumi Şərtlərdə göstərilmiş mənalara malikdir.

MADDƏ II — LAYİHƏ

2.01. Layihənin İcraçı Təşkilatı bu Layihənin məqsədlərinə sadiqliyini bəyan edir. Bu məqsədlə Layihənin İcraçı Təşkilatı Layihənin Ümumi Şərtlərin V Maddəsinin müddəalarına uyğun olaraq həyata keçirilməsini və Layihə üçün tələb olunan vəsaitləri, binaları, xidmətləri və digər resursları ehtiyac duyulan kimi təxirə salmadan təmin edir.

 

2.02. Bu Sazişin 2.01-ci bəndinin müddəalarını məhdudlaşdırmadan, və Bank və Layihənin İcraçı Təşkilatı arasında başqa cür razılaşdırılmış hallar istisna olmaqla, Layihənin İcraçı Təşkilatı Layihəni bu Sazişin Əlavəsinin müddəalarına uyğun şəkildə həyata keçirir.



 

MADDƏ III — NÜMAYƏNDƏLƏR; ÜNVANLAR

3.01. Layihənin İcraçı Qurumunun nümayəndəsi onun Direktorudur.

3.02. Bankın Ünvanı:

 

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı



1818 H Street, N.W.

Vaşinqton, D.C. 20433

Amerika Birləşmiş Ştatları

 

Teleqram: Teleks: Faksimil:



INTBAFRAD 248423(MCI) or 1-202-477-6391

Washington, D.C. 64145(MCI)

 

3.03. Layihənin İcraçı Təşkilatının ünvanı:



Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

Tbilisi prospekti 57

Bakı şəhəri, AZ1122, Azərbaycan Respublikası

Telefon: Telefaks:

(994-12) 431 87 69 (994-12) 431 82 11

 

16 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində razılaşdırılmışdır.



 

BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI

 

Səlahiyyətli Nümayəndə

 

AZƏRBAYCAN RESPUBLİKASI MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDU

 

 



Səlahiyyətli nümayəndə

 

ƏLAVƏ

 

Layihənin İcrası

Bölmə I. İcra Mexanizmləri

A. İnstitusional məsələlər

1. Layihənin İcraçı Qurumu Layihənin bu Saziş, Kredit Sazişi, Təkrar Saziş və Əməliyyat Təlimatına uyğun olaraq həyata keçirir və Bankın öncədən yazılı razılığı olmadan həmin Təlimatın heç bir müddəasına düzəliş etmir, tətbiqini dayandırmır, ləğv etmir və ya tətbiqində istisnaya yol vermir.

2. Layihənin A və B Hissələrinin həyata keçirilməsi məqsədilə, Layihənin İcraçı Qurumu: (a) məcburi köçkün icmalarının Layihənin əhatə dairəsi və fəaliyyətləri barədə müvafiq ictimaiyyətlə əlaqələr və informasiya kampaniyaları vasitəsilə məlumatlı olmasını təmin edir; (b) müvafiq məcburi köçkün icmalarının Əməliyyat Təlimatında əksini tapmış məqbulluq meyarları və prosedurlar əsasında seçilməsini təmin edir; (c) layihələrin həyata keçirilməsi üçün məqbulluq və dayanıqlılıq şərtlərinin Layihənin Əməliyyat Təlimatında və ƏMİPÇ-də öz əksini tapmış Bankın sosial və ekoloji normalarına uyğun olmasını təmin etmək üçün hər bir seçilmiş obyektdə işlərin sosial, ekoloji və texniki qiymətləndirməsini aparır; (d) işlərin layihələrini hazırlamaq üçün ixtisaslı şirkətləri cəlb edir; (e) işləri yerinə yetirmək üçün ixtisaslı podratçıları cəlb edir; (f) podratçılar tərəfindən yerinə yetirilmiş işlərə nəzarəti həyata keçirir; (g) yerli icra orqanları ilə təhvil-təslim iclaslarında iştirak edir; (h) icmaların cəlb olunması prosedurlarının Əməliyyat Təlimatında müəyyənləşdirilməsini təmin edir; və (i) Layihənin A və B Hissələri çərçivəsində fəaliyyətlərin monitorinq və qiymətləndirilməsini həyata keçirir.

3. Layihənin C Hissəsini həyata keçirmək məqsədilə, Layihənin İcraçı Qurumu: (a) icraçı təşkilatları, konkret olaraq: (i) Layihənin C.1 və C.2 Hissələrini yerinə yetirmək üçün qeyri-hökumət təşkilatlarını, və (ii) Layihənin C.3 Hissəsini yerinə yetirmək üçün kredit ittifaqlarını Əməliyyat Təlimatında göstərilmiş texniki tapşırıqlar əsasında seçir və onlarla Bank üçün məqbul olan qaydada müqavilə bağlayır; (b) icraçı təşkilatların fəaliyyətlərinin Əməliyyat Təlimatında göstərilmiş prosedurlara uyğun olmasını təmin etmək üçün onların işinin keyfiyyətinə nəzarəti həyata keçirir; (c) icraçı təşkilatların sözü gedən müqavilələrdə göstərilmiş texniki, maliyyə, idarəetmə, vəsaitin istifadəsi və satınalma mexanizmlərinə riayət etmələrini təmin edir; (d) icraçı təşkilatların sözü gedən fəaliyyətlərlə bağlı monitorinq və qiymətləndirmə məlumatlarını Əməliyyat Təlimatının müddəalarına uyğun şəkildə təqdim etmələrini təmin edir.

4. Layihənin C.1 və C.2 Hissələrinin həyata keçirilməsi məqsədilə Layihənin İcraçı Qurumu, Layihənin qüvvəyə minmə tarixindən 4 aydan gec olmamaqla, Bank üçün məqbul olan tərkibə, funksiyalara, vəzifələri və texniki tapşırıqlara malik olan Seçim Komitəsini yaradır. Seçim Komitəsi Layihə çərçivəsində məqbul fəaliyyətlərin həyata keçirilməsi üçün namizədləri və təklifləri Əməliyyat Təlimatının müddəalarına uyğun olaraq qiymətləndirmək üçün cavabdehdir.

5. Layihənin C.2 (b) Hissəsinin həyata keçirilməsi məqsədilə Layihənin İcraçı Qurumu Əməliyyat Təlimatında göstərilmiş meyar, şərt və prosedurlara uyğun olaraq gəlir əldə etməyə imkan verən fəaliyyətləri maliyyələşdirmək üçün məqbul özünə-yardım qruplarına kiçik qrantlar verir. Bu zaman rəhbər tutulan prinsiplərə aşağıdakılar daxildir: (a) (i) təklif olunan fəaliyyətlər ƏMİPÇ-də müəyyənləşdirilmiş bütün ekoloji standartlara və Borcalanın ətraf mühitin qorunması ilə bağlı bütün müvafiq qanun və digər normativ sənədlərinə uyğun olmalıdır; (ii) bütün təklif olunan fəaliyyətlərə münasibətdə ƏMİPÇ-də nəzərdə tutulmuş prinsiplərə uyğun ekoloji qiymətləndirmə aparılması; və (iii) əgər həmin ekoloji qiymətləndirmə nəticəsində ƏMİP-in hazırlanmasının tələb olunduğu müəyyənləşərsə, məqbul özünə-yardım qrupları tərəfindən həmin ƏMİP hazırlanmalı və təklif olunan fəaliyyətlərin həyata keçirilməsi üçün Layihənin İcraçı Qurumu və Bank tərəfindən təsdiq olunmalıdır; (b) təklif olunan fəaliyyətlər texniki cəhətdən həyata keçirilə bilən, iqtisadi, maliyyə və kommersiya baxımından isə dayanıqlı olmalıdır; və (c) təklif olunan fəaliyyətlər Seçim Komitəsi tərəfindən təsdiq olunmalıdır.



6. Layihənin C.3 Hissəsinin çərçivəsində Layihənin İcraçı Qurumu alt-layihələri həyata keçirmək üçün məqbul Benefisiarlara kiçik kreditlərin verilməsi məqsədilə Əməliyyat Təlimatında öz əksini tapmış və Bank üçün qənaətbəxş olan məqbulluq meyarları və prosedurlara uyğun şəkildə alt-kreditləri seçim meyarlarına cavab verən kredit ittifaqlarının istifadəsinə verir. Layihənin İcraçı Qurumu müvafiq seçim meyarlarına uyğun olan hər bir kredit ittifaqında alt-kreditləri Bank tərəfindən təsdiq olunmuş şərt və müddətlər əsasında Alt-kredit Müqaviləsi vasitəsilə verir; (b) Layihənin İcraçı Qurumu özünün, habelə Borcalanın və Bankın hüquqlarını qorumaq üçün adekvat hüquqlar əldə edir, o cümlədən: (i) seçim meyarlarına cavab verən kredit ittifaqının Alt-kredit Müqaviləsi çərçivəsində öhdəliklərinin hər hansı birini yerinə yetirə bilmədikdə həmin kredit ittifaqının alt-kreditin vəsaitlərindən istifadə etmək hüququnun dayandırılması və ya alt-kreditin tam məbləğinin yaxud həmin zamanadək istifadə olunmuş hissəsinin geri qaytarılmasını tələb etmək hüququ; və (ii) seçim meyarlarına cavab verən hər bir kredit ittifaqından: (A) hər bir Benefisiarın müvafiq alt-layihəni Bank üçün məqbul olan sağlam texniki, iqtisadi, maliyyə, idarəetmə, ekoloji və sosial standartlar və praktikaya uyğun şəkildə, o cümlədən kredit vəsaitlərinin Borcalandan fərqli olan digər istifadəçilərinə şamil olunan Antikorrupsiya Təlimatının müddəalarına uyğun şəkildə səmərəliliklə həyata keçirilməsini təmin etmək; (B) bu məqsədlə ehtiyac duyulan resursları dərhal təmin etmək; (C) alt-layihənin icrasının və onun məqsədlərinə nail olunmasının gedişini Bank üçün məqbul olan indikatorlar əsasında monitorinq etməyə və qiymətləndirməyə imkan verən siyasət və prosedurlara malik olmaq; (D) (1) maliyyə idarəetməsi sisteminə malik olmaq və Bank üçün məqbul olan mühasibat standartlarının dönmədən tətbiq edilməsi yolu ilə maliyyə hesabatlarını alt-layihə ilə bağlı əməliyyatları, resursları və xərcləri adekvat şəkildə əks etdirən tərzdə hazırlamaq; və (2) Bankın, Borcalanın və ya Layihənin İcraçı Qurumunun müraciəti əsasında həmin maliyyə hesabatlarının Bank üçün məqbul olan müstəqil auditorlar tərəfindən Bank üçün məqbul olan audit standartlarının dönmədən tətbiq edilməsi yolu ilə audit yoxlamasından keçməsini təmin etmək və audit yoxlamasından keçmiş maliyyə hesabatlarını dərhal Borcalana, banka və Layihənin İcraçı Qurumuna göndərmək; (F) Borcalana, Banka və Layihənin İcraçı Qurumuna alt-layihəni, onun fəaliyyətini və hər hansı sənədini yoxlamaq imkanı yaratmaq; və (G) yuxarıda deyilənlərlə bağlı Borcalanın, Bankın və ya Layihənin İcraçı Qurumunun əsaslandırılmış şəkildə xahiş edə biləcəyi hər hansı informasiyanı hazırlamaq və Borcalana, Banka və Layihənin İcraçı Qurumuna təqdim etməyi tələb etmək hüququ. Layihənin İcraçı Qurumu hər bir Alt-kredit Müqaviləsi çərçivəsində öz hüquqlarından Borcalanın, Bankın və Layihənin İcraçı Qurumunun maraqlarını müdafiə etməyə və Kreditin məqsədlərinə nail olmağa imkan verən tərzdə istifadə edir. Borcalan və Layihənin İcraçı Qurumunun başqa cür razılaşdıqları hallar istisna olmaqla, Layihənin İcraçı qurumu Alt-kredit Müqaviləsini və ya onun hər hansı müddəası üzrə hüquqlarını üçüncü tərəfə ötürmür, müqaviləyə dəyişiklik etmir, ləğv etmir və ya tətbiqində istisnaya yol vermir.

7. Layihənin C.3 Hissəsinin həyata keçirilməsi məqsədilə seçim meyarlarına cavab verən kredit ittifaqı:

(a) tələblərə cavab verən Benefisiarlara mikro-kreditləri təqdim edir və alt-layihələri Əməliyyat Təlimatında göstərilmiş meyarlar, şərtlər və prosedurlara uyğun olaraq qiymətləndirir, təsdiq edir və onlara nəzarət edir. Məqbulluq meyarlarına aiddir: (i) (A) təklif olunan alt-layihə ƏMİPÇ-də müəyyənləşdirilmiş ekoloji standartlara və Borcalanın ətraf mühitin qorunması ilə bağlı bütün müvafiq qanun və digər normativ sənədlərinə uyğun olmalı; (B) alt-layihəyə münasibətdə ƏMİPÇ-də nəzərdə tutulmuş prinsiplərə uyğun ekoloji qiymətləndirmə aparılmalı; və (C) əgər həmin ekoloji qiymətləndirmə nəticəsində ƏMİP-in hazırlanmasının tələb olunduğu müəyyənləşərsə, Benefisiar tərəfindən həmin ƏMİP hazırlanmalı və alt-layihənin həyata keçirilməsi üçün Layihənin İcraçı Qurumu və Bank tərəfindən təsdiq olunmalı; və (ii) təklif olunan alt-layihə texniki cəhətdən həyata keçirilə bilən, iqtisadi, maliyyə və kommersiya baxımından isə dayanıqlı olmalıdır;

(b) mikro-krediti müvafiq Benefisiara şərtləri və müddətləri Bank üçün məqbul olan Mikro-kredit Müqaviləsi vasitəsilə verir. Müqavilənin şərtlərinə aşağıdakılar daxildir: (i) mikro-kredit: (A) Bankın başqa cür razılaşdığı hallar istisna olmaqla, bir Benefisiara və ta əlaqəli Benefisiarlar qrupuna verilən kreditin məbləği 5000 manat ekvivalentindən yuxarı olmamalıdır; (B) Manatla ifadə olunmalı və ödənilməlidir; (C) Bank üçün məqbul olan müddətdə və möhlət dövrü ilə qaytarılmalıdır; və (D) əsas məbləğin istifadə olunmuş və qalıq hissəsinə tətbiq olunan, seçilmiş kredit ittifaqının borclanma xərclərini örtməyə və risklərlə mütənasib olan spredə və məqsədəuyğun mənfəət marjasına nail olmağa imkan verən faizə malik olmalıdır.

(c) öz maraqlarını, habelə Layihənin İcraçı Qurumunun və Bankın maraqlarını qorumaq üçün adekvat olan hüquqlar əldə etməlidir, o cümlədən:

(i) Benefisiar Mikro-kredit Müqaviləsi çərçivəsində öhdəliklərinin hər hansı birini yerinə yetirə bilmədikdə həmin Benefisiarın mikro-kreditin vəsaitlərindən istifadə etmək hüququnun dayandırılması, və ya mikro-kreditin dərhal qaytarılmalı olduğunun bəyan edilməsi yaxud mikro-kreditin tam məbləğinin yaxud həmin zamanadək istifadə olunmuş hissəsinin geri qaytarılmasını tələb etmək hüququ;

(ii) hər bir Benefisiardan:

(A) hər bir alt-layihənin Bank üçün məqbul olan sağlam texniki, iqtisadi, maliyyə, idarəetmə, ekoloji və sosial standartlar və praktikaya uyğun şəkildə, o cümlədən kredit vəsaitlərinin Borcalandan fərqli olan digər istifadəçilərinə şamil olunan Antikorrupsiya Təlimatının müddəalarına, habelə ƏMİPÇ-də öz əksini tapmış tələblərə uyğun şəkildə səmərəliliklə həyata keçirilməsini təmin etmək;

(B) Mikro-kredit hesabına maliyyələşdirilən malların, işlərin və xidmətlərin bu Sazişin müddəalarına uyğun şəkildə satın almaq və həmin malları, işləri və xidmətləri müstəsna olaraq alt-layihənin məqsədləri üçün istifadə etmək;

(C) maliyyə idarəetməsi sisteminə malik olmaq və Bank üçün məqbul olan mühasibat standartlarının dönmədən tətbiq edilməsi yolu ilə maliyyə hesabatlarını alt-layihə ilə bağlı əməliyyatları, resursları və xərcləri adekvat şəkildə əks etdirən tərzdə hazırlamaq;

(D) Borcalana, Layihənin İcraçı Qurumuna və Banka alt-layihəni, onun fəaliyyətini və hər hansı sənədini yoxlamaq imkanı yaratmaq;

(E) yuxarıda deyilənlərlə bağlı Borcalanın, Layihənin İcraçı Qurumunun, Bankın və müvafiq tələblərə cavab verən kredit ittifaqının əsaslandırılmış şəkildə xahiş edə biləcəyi hər hansı informasiyanı hazırlamaq və Borcalana, Layihənin İcraçı Qurumuna, Banka və müvafiq tələblərə cavab verən kredit ittifaqında təqdim etməyi tələb etmək hüququ.

(d) hər bir Mikro-kredit Müqaviləsi çərçivəsində öz hüquqlarından Borcalanın, Layihənin İcraçı Qurumunun, Bankın və müvafiq tələblərə cavab verən kredit ittifaqının maraqlarını müdafiə etməyə və Kreditin məqsədlərinə nail olmağa imkan verən tərzdə istifadə edir. Borcalan, Layihənin İcraçı Qurumu və Bankın başqa cür razılaşdıqları hallar istisna olmaqla, müvafiq tələblərə cavab verən kredit ittifaqı Mikro-kredit Müqaviləsini və ya onun hər hansı müddəası üzrə hüquqlarını üçüncü tərəfə ötürmür, müqaviləyə dəyişiklik etmir, ləğv etmir və ya tətbiqində istisnaya yol vermir.

B. Anti-Korrupsiya

Layihənin İcraçı Təşkilatı Layihə üzrə bütün fəaliyyətlərin Antikorrupsiya Təlimatının müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.



C. Normalar

1. Layihənin İcraçı Qurumu Layihəni ƏMİPÇ-in müddəalarına uyğun şəkildə həyata keçirir. Layihənin İcraçı Qurumu Bankın öncədən təsdiqi olmadan ƏMİPÇ-in müddəalarının dayandırılmasına, düzəliş edilməsinə, qüvvədən salınması və ya ləğv edilməsinə yol vermir.

2. Hər bir təklif olunan layihə sahəsində işlərin başlanmasından əvvəl Layihənin İcraçı Qurumu aşağıdakıları təmir edir: (a) hər bir iş sahəsi üzrə ƏMİP-lərin ƏMİPÇ-ə uyğun şəkildə hazırlanmasını; (b) həmin işlər üzrə təklif olunan layihə və yerlərin ƏMİP-in müddəalarını özündə əks etdirməsini; (c) hər bir sahə üzrə hazırlanmış ƏMİP-in müddəalarının həmin işlər üzrə təklif olunan müqaviləyə adekvat şəkildə daxil edilməsini; və (d) həmin işlərin hər bir sahə üzrə hazırlanan ƏMİP-lərə uyğun şəkildə icra olunmasını. Bank layihəyə müntəzəm nəzarətin çərçivəsində seçilmiş işlər üzrə layihələr, müqavilələr və ƏMİP-lərlə bağlı sənədlərin yoxlanmasını və seçilmiş iş sahələrinə səfərləri həyata keçirəcək.

Bölmə II. Layihənin Monitorinqi, Hesabatvermə və Qiymətləndirmə

A. Layihə Hesabatları

1. Layihənin İcraçı Qurumu Layihənin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirir və Ümumi Şərtlərin 5.08-ci bəndinə uyğun olaraq Bankla razılaşdırılmış göstəricilər əsasında Layihə Hesabatlarını hazırlayır. Hər bir Layihə Hesabatı bir təqvim yarım ilini əhatə edir və həmin hesabatın əhatə etdiyi dövrün başa çatmasından sonra ən gec iki həftə ərzində Borcalana təqdim edilir. Borcalan bu hesabatı ümumi Layihə hesabatına daxil edir və Banka təqdim edir.



B. Maliyyə İdarəetməsi, Maliyyə Hesabatları və Auditlər

1. Layihənin İcraçı Qurumu maliyyə idarəetməsi sisteminə malik olmalı və Bank üçün məqbul olan mühasibat uçotu standartlarını ardıcıl şəkildə tətbiq etməklə maliyyə hesabatlarını hazırlamalıdır. Bu hesabat Layihənin İcraçı Qurumunun əməliyyatlarını və maliyyə vəziyyətini, həm də Layihə ilə bağlı əməliyyatları, resursları və xərcləri adekvat şəkildə əks etdirməlidir.

2. Layihənin İcraçı Qurumu özünün yuxarıda istinad edilmiş maliyyə hesabatlarının Bank üçün məqbul olan müstəqil auditorlar tərəfindən, Bank üçün məqbul olan audit standartlarının ardıcıl şəkildə tətbiq olunması yolu ilə audit yoxlamasından keçməsini təmin edir. Bu maliyyə hesabatlarının hər bir auditi Layihənin İcraçı Qurumunun bir maliyyə ilini əhatə edir. Layihənin İcraçı Qurumu hər bir belə dövr üçün audit yoxlamasından keçmiş maliyyə hesabatlarının: (a) hesabat dövrünün başa çatmasından sonra altı aydan gec olmamaqla Borcalana və Banka təqdim olunmasını; və (b) vaxtında və Bank üçün məqbul tərzdə ictimaiyyət üçün açıqlanmasını təmin edir.

Bölmə III. Satınalma

Layihə üçün tələb olunan və bu Kreditin vəsaitləri hesabına maliyyələşdirilən bütün mallar, işlər və xidmətlər Kredit sazişinin 2-ci Əlavəsinin III Bölməsinin müddəalarına uyğun şəkildə satın alınır.

 

 

Layihə Sazişinə 3 №-li Əlavə Məktub



 



Dostları ilə paylaş:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə