Azərbaycan respublikasinin naziRLƏr kabineti


AZƏRBAYCAN RESPUBLİKASI MƏCBURİ KÖÇKÜNLƏRİN



Yüklə 212,58 Kb.
səhifə3/3
tarix21.06.2018
ölçüsü212,58 Kb.
#54398
1   2   3

 

AZƏRBAYCAN RESPUBLİKASI MƏCBURİ KÖÇKÜNLƏRİN

SOSİAL İNKİŞAF FONDU


 

16 noyabr 2011

 

Beynəlxalq Yenidənqurma və İnkişaf Bakı



Amerika Birləşmiş Ştatları

Washington, DC 20433

N.W. 1818 H Street

 

 



BYİB Krediti No. 8096-AZ

(Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi)



Fəaliyyətin Monitorinq Göstəriciləri

 

 



Hörmətli xanımlar və cənablar:

 

Bu məktub, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Bank) ilə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (Layihənin İcraçı Qurumu) arasında eyni tarixdə bağlanmış Layihə Sazişinin Əlavəsinin II.A Bölməsinə aiddir. Bununla, Layihənin İcraçı Qurumu təsdiq edir ki, bu məktubun qoşmasında təqdim olunmuş göstəricilər Layihənin icrasının və onun məqsədlərinə nail olunmasının monitorinqi və qiymətləndirilməsi üçün əsas kimi xidmət edəcək.



 

 

Hörmətlə,



 

 

AZƏRBAYCAN RESPUBLİKASI MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDU



 

Səlahiyyətli nümayəndə

 

 

Qoşma



Layihə Sazişinə 3 №-li Əlavə Məktuba Qoşma

 


 

AZƏRBAYCAN RESPUBLİKASI

 


BYİB Krediti No. 8096-AZ

(Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi)

 

Fəaliyyətin Monitorinq Göstəriciləri

 

 

1.      Layihənin inkişaf məqsədi səviyyəsində nəticə indikatorları



 

Layihənin birbaşa benefisiarlarının sayı, onların arasında qadınların faizi;

Daha yaxşı keyfiyyətli infrastruktur, kommunal və digər xidmətlərdən istifadə edənlərin sayında dəyişiklik;

Mənzil şəraitində çatışmazlıqların aradan qaldırılmasında dəyişikliklər;

Ailəsinin əsas gəlir mənbəyi fərdi əmək fəaliyyətindən qaynaqlanan benefisiarların faizi.

 

2.      Aralıq nəticə indikatorları

 

Kommunal/infrastruktur xidmətlərindən istifadə imkanlarının yaxşı olduğunu bildirən benefisiarların sayında artım;



Kommunal və infrastruktur xidmətlərinin keyfiyyətinin yaxşı olduğunu bildirən benefisiarların faizində artım;

Tamamlanmış mikro-layihələrin sayı və tipi;

Xidmət obyektlərinə/kommunal xidmətlərə infrastruktura çıxış əldə etmiş insanların sayı;

Mənzil şəraitini yaxşı kimi qiymətləndirən hədəf benefisiarların sayında artım;

Tam miqyaslı təmir olunmuş ictimai binaların sayı;

Daha yaxşı kanalizasiya xidmətləri / elektrik təchizatı / kip örtülən qapı və pəncərələrlə təmin olunmuş insanların sayı;

Ailənin aylıq gəliri;

İşlə təmin olunmuş hədəf benefisiarların sayı;

Layihənin nəticəsində aktivlər əldə etmiş məcburi köçkünlərin sayı;

Aktiv mikro kredit hesablarının sayı;

Qadınlara məxsus olan aktiv kredit hesablarının faizi;

Aktiv əmanət hesablarının sayı – gəlir əldə etməyə imkan verən fəaliyyətlərdən;

Layihə çərçivəsində yaradılmış və bir ildən sonra mənfəətlə işləyən müəssisələrin və mikro-müəssisələrin faizi;

Benefisiarların arasında inkişaf məsələləri sahəsində qərarlara təsir etmək imkanına malik olduqlarını düşünənlərin faizi;

Benefisiarların arasında daha geniş cəmiyyətdən təcrid olunduqlarını düşünənlərin faizi;

Etimad göstərdikləri insanların arasında həm köçkün, həm də qeyri-köçkün əhalinin nümayəndələrinin olduğu benefisiarların faizi

Layihə çərçivəsində formalaşdırılan yeni sosial institutların sayı;

Sosial institutların üzvlərinin sayı



Layihə Sazişinə 4 №-li Əlavə Məktub

 

AZƏRBAYCAN RESPUBLİKASI

MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDU


 

16 noyabr 2011

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

Amerika Birləşmiş Ştatları,

Washington, DC 20433

N.W. 1818 H Street

 

BYİB Krediti No. 8096-AZ



(Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi)

Təsdiqlər

 

Hörmətli xanımlar və cənablar:



 

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Bank) ilə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (Layihənin İcraçı Qurumu) arasında yuxarıda qeyd olunmuş Kredit üzrə Layihə Sazişi ilə əlaqədar olaraq Layihənin İcraçı Qurumu aşağıdakıları qeyd edir və Banka bildirir:

 

1.                  Nüsxəsi Banka təqdim olunmuş 31 dekabr 2010-ci il tarixli maliyyə hesabatları Layihənin İcraçı Qurumunun həmin tarixə maliyyə və əməliyyat vəziyyətini düzgün əks etdirir və həmin tarixən bəri Layihənin İcraçı Qurumunun maliyyə və əməliyyat vəziyyətində heç bir əhəmiyyətli mənfi dəyişiklik baş verməmişdir.



 

2.                  Layihənin İcraçı Qurumu nəticəsi onun maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcək məhkəmə işlərinə iddiaçı və ya cavabdeh tərəf kimi cəlb olunmamışdır.

 

3.                  Layihənin İcraçı Qurumu, onun maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcək saziş və şərti öhdəliklərə (o cümlədən vergi) malik deyil.



 

4.                  Layihənin İcraçı Qurumunun heç bir borcu hər hansı ipoteka, öhdəlik, haqq və ya digər girovla təmin edilməmişdir və belə bir girovun, öhdəliyin, haqqın və ya digər üstünlüyün yaranması üçün heç bir müqavilə və ya razılıq mövcud deyil.

 

5.                  Layihənin İcraçı Qurumunun malik olduğu heç bir borc üzrə əsas məbləğin və ya faiz dərəcəsinin və digər ödənişlərin ödənilməsində defolt (öhdəliklərin yerinə yetirilməməsi) halı mövcud deyil.



 

6.                  Layihə Sazişinin rəsmiləşdirilməsi və təsdiqi, habelə onun bütün şərtlərinə əməl olunması Layihənin İcraçı Qurumunun hər hansı digər müqaviləsinin, franşizasının, lisenziyasının və ya icazəsinin şərtlərinin, yaxud da hazırda Layihənin İcraçı qurumuna şamil olunan hər hansı əsasnamənin, qanunun, fərmanın, normativ sənədin və ya hazırda qüvvədə olan digər oxşar xarakterli sənədin müddəalarının pozulması ilə nəticələnməyəcək.

 

7.                  Layihənin İcraçı Qurumu Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərən hüquqi şəxsdir, o, cari fəaliyyətini və bu Layihəni həyata keçirmək, Layihə Sazişini rəsmiləşdirmək və icra etmək üçün tam səlahiyyətə malikdir və Layihənin İcraçı Qurumu ilə bağlı hüquqi aktların və Layihənin İcraçı Qurumunun fəaliyyətini tənzimləyən və ya onun fəaliyyətinə şamil olunan digər qanunvericilik aktlarının, habelə hazırda qüvvədə olan Əsasnaməsinin həqiqi nüsxələrini Banka təqdim etmişdir.



 

Biz anlayırıq ki, Kreditin verilməsi zamanı və Layihənin İcraçı Qurumu ilə Layihə Sazişinin imzalanması zamanı Bank burada göstərilmiş məlumatlara arxalana bilər.

 

 

Hörmətlə,



 

 

Azərbaycan Respublikası



Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

 

Səlahiyyətli nümayəndə







Yüklə 212,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin