2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində birdəfəlik təyinat üçün qənaət olunmuş vəsait və onun yönəldildiyi istiqamət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 370s
Bakı şəhəri, 15 noyabr 2011-ci il
2012-ci ildə ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq tədbirlərlə (Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı, Qəbələ şəhərində IV Beynəlxalq Musiqi Festivalı, Eurovision-2012 mahnı müsabiqəsi, Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı və s.) bağlı ölkəmizə böyük sayda xaricdən qonaq və turistlərin gəlməsini nəzərə alaraq, cari ildə bir sıra hazırlıq işlərinin artıq aparılması zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, qeyd olunan hazırlıqla bağlı müəyyən texniki, təhlükəsizlik, nəqliyyat, rabitə, abadlıq işlərinin həyata keçirilməsi, müvafiq avadanlıqların alınması, mədəni, təbliğat və tərtibat proqramlarının hazırlanmasının sifariş edilməsi işlərinin maliyyələşdirilməsi məqsədi ilə:
1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.4.8-ci yarımbəndində birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 40 000 000,0 (qırx milyon) manatının və 2.5.8-ci yarımbəndində birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 10 000 000,0 (on milyon) manatının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq “Ehtiyat fondları” köməkçi bölməsinin “Dövlət büdcəsinin Ehtiyat Fondu” paraqrafına aid edilməsinə razılıq verilsin.
2. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin aidiyyəti dövlət orqanlarına və təşkilatlarına onların əsaslandırılmış təklifləri nəzərə alınmaqla ödənilməsini təmin etsin.
4. 2012-ci ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın ikinci hissəsində göstərilən işlərin sifarişçi təşkilatlar tərəfindən bir mənbədən satınalma metodu ilə yerinə yetirilməsinə icazə verilsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 noyabr tarixli 370 s nömrəli sərəncamına
əlavə
2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində birdəfəlik təyinat üçün qənaət olunmuş vəsait və onun yönəldildiyi istiqamət
(manatla)
|
Xərclərin adı
|
Bölmə
|
Köməkçi bölmə
|
İnzibati təsnifat
|
İqtisadi təsnifat
|
2011-ci il üçün qalıq vəsait
|
I. Azaldılır
|
|
|
|
|
50 000 000,0
|
Sair xərclər
|
4
|
7
|
1551
|
282100
|
40 000 000,0
|
Sair xərclər
|
5
|
6
|
1551
|
282100
|
10 000 000,0
|
II. Artırılır
|
|
|
|
|
50 000 000,0
|
3air xərclər
|
14
|
1
|
1202
|
282100
|
50 000 000,0
|
Aparatın rəhbəri Aga-Bala Hacıyev
Dostları ilə paylaş: |