Azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 278,89 Kb.
səhifə1/3
tarix07.07.2018
ölçüsü278,89 Kb.
#55960
  1   2   3

Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşməsi və Genişlənməsi Layihəsi”nin maliyyələşdirilməsinə dair İstisna Sazişi” və “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşməsi və Genişlənməsi Layihəsi”nin maliyyələşdirilməsinə dair İstisna Agent Sazişi” təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

393s



 

Bakı şəhəri, 8 dekabr 2011-ci il

 

“Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.11-ci bəndinə uyğun olaraq:



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 367s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il noyabrın 26-da Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşməsi və Genişlənməsi Layihəsi”nin maliyyələşdirilməsinə dair İstisna Sazişi” və “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşməsi və Genişlənməsi Layihəsi”nin maliyyələşdirilməsinə dair İstisna Agent Sazişi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sazişlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti üzrə lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədi ilə kreditin istifadəsinə dair hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli 263 s nömrəli sərəncamı ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sazişlərin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İslam İnkişaf Bankına müvafiq bildiriş göndərsin.

5. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ

 


 

Layihə № AZ - 0037 və 38

 

 



 

 

 



AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ

 

 



 

 



İSLAM İNKİŞAF BANKI ARASINDA

 

 



Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər,

Suvarılan Ərazilərin Modernləşməsi və Genişlənməsi

Layihəsi”nin maliyyələşdirilməsinə dair

 

 



 

İSTİSNA SAZİŞİ

 

 



 

 

 



 

 

 



 

 


BU SAZİŞ 1/ 1/ 1432H tarixində (26/112011 G) AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ (bundan sonra-Alıcı) və İSLAM İNKİŞAF BANKI (bundan sonra - SATICI və ya BANK) arasında imzalanmışdır.

A. Bank, Ciddə Deklarasiyası çərçivəsində bəyan etmişdir ki, üzv ölkələrin kənd təsərrüfatı sektorunun və qida təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə 1.5 milyard ABŞ dolları maliyyə zərfi ayırmışdır. Həmin maliyyə zərfinə ərzaq böhranını aradan qaldırmaq üçün adi maliyyələşdirmə, güzəştli adi maliyyələşdirmə, təcili qısa, orta və uzun müddətli kredit və qrantlar daxildir.

B. Bank imtiyazlı maliyyələşmənin 1429H müddətində maliyyələşəcək Ciddə Deklarasiyası çərçivəsində 20 milyon ABŞ dolları vəsaitin qısa müddətli (təcili) ilkin mərhələsini təsdiq etmişdir.

C. Bank imtiyazlı orta maliyyələşmə bazisində maliyyələşəcək Ciddə Deklarasiyası çərçivəsində 90 milyon ABŞ dolları vəsaitin orta və uzun müddətli ikinci mərhələsini təsdiq etmişdir.

D. Alıcı Əlavə II də təsvir edilmiş layihənin hazırlanmasında istifadə məqsədilə bu Sazişin II əlavəsində göstərilmiş Naxçıvan Muxtar Respublikasında SELƏ QARŞI TƏDBİRLƏR, SUVARILAN ƏRAZİLƏRİN MODERNLƏŞMƏSİ VƏ GENİŞLƏNMƏSİ LAYİHƏSİNİN hazırlanması üçün Satıcıya müraciət etmişdir.

E. Alıcı İstisna yolu ilə işlərin icrası üçün Satıcıya müraciət etmişdir.

F. Satıcı ümumi məbləğ 64 830 000.00 (altmış dörd milyon səkkiz yüz otuz min) ABŞ dollarını keçməmək şərti ilə aşağıda göstərilən İşlərin icrasına razılıq vermişdir:

(i) 55 310 000.00 (əlli beş milyon üç yüz on min) ABŞ dolları Bankın adi Fondundan;

(ii) 9 520 000.00 (doqquz milyon beş yüz iyirmi min) ABŞ dolları Ciddə Deklarasiyası Fondundan.

G. Satış qiymətləri bu Sazişin şərtlərinə uyğun olaraq müəyyən ediləcək və Alıcı tərəfindən Satıcıya aşağıdakı kimi ödəniləcək:

(i) Bankın adi fondu hesabından yerinə yetiriləcək işlər üçün: bu Sazişin müddəa və şərtlərinə əsasən 4 illik icra müddətindən sonra 10 il ərzində.

(ii) Ciddə Deklarasiyası Fondu hesabından yerinə yetiriləcək işlər üçün: bu Sazişin müddəa və şərtlərinə əsasən 4 illik icra müddətindən sonra 15 il ərzində.

H. Paraqraf (C) - də göstərilən müddəa və şərtlər haqqında Alıcı ilə əlaqə saxlanılmış və razılaşdırılmışdır.

 

Yuxarıda qeyd olunanlara əsasən Alıcı və Satıcı aşağıdakılar barədə razılığa gəlmişdir:



 

MADDƏ - 1

AÇIQLAMA VƏ İZAHLAR

 

1.1 Əgər məzmunda başqa hal nəzərdə tutulmayıbsa, bu Sazişdə istifadə edilən terminlərin aşağıdakı mənaları var:



 

Agent Sazişi:

Satıcı ilə Alıcı arasında Saziş, hansı ki, Alıcı Podradçının seçimində və İşlərin icrasına nəzarətçi seçimində Satıcının agenti olaraq çıxış edəcək.

Kapital Dəyəri:

Müqavilə çərçivəsində Podratçıya ödəniləcək xərclər və işlərin icrası ilə bağlı Satıcı tərəfindən ödəniləcək digər xərc və vəsaitlər də daxil olmaqla işlərin icrası üçün lazım olan bütün xərclər.

Müqavilə:

İşlərin icrası üçün Satıcının adından Alıcının Podratçı ilə bağladığı müqavilə.

Podradçı:

İşlərin icrasının həvalə edildiyi podratçı.

Məsləhətçi:

Məsləhət xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən işlərin əlaqələndirilməsinin həvalə edildiyi məsləhətçi.

Məsləhət xidmətinin göstərilməsinə dair müqavilə:

Satıcının adından işlərlə əlaqədar məsləhət xidmətlərinin təşkili üçün Alıcının Məsləhətçi ilə bağladığı müqavilə.

Ödəniş:

Bu Sazişə uyğun olaraq maliyyələşmə məbləğinin cari ödənişi.

Sazişin qüvvəyə minmə tarixi:

Maddə XIII-ə uyğun olaraq Satıcının bu Sazişi effektiv elan etdiyi tarix.

İlk ödəniş:

İİB-nın siyasəti və təlimatlarına uyğun olaraq sazişin effektiv elan olunduğu tarixdən sonra edilən ilk ödəniş.

İcra dövrü:

İlk ödəniş tarixindən başlayaraq 4 il davam edən dövr.

LİBOR:

Röyters Servisin müvafiq səhifəsində öz əksini tapan, Britaniya Banklar Assosiasiyasının banklararası əməliyyatlarda Amerika dollarına tətbiq edilən faiz dərəcəsi. Əgər həmin səhifədə bu öz əksini tapmayıbsa BBA faizi üçün digər xidmətlərə (məsələn Bloomberg Maliyyə Bazarları Xidməti) müraciət edilə bilər.

Layihə:

Əlavə II-də təsvir edilmiş layihə.

Satış qiyməti:

Maddə IX-a uyğun olaraq Alıcı tərəfindən Satıcıya ödəniləcək satış qiyməti.

"SWAP" məzənnəsi:

İlk ödənişdən bir iş günü əvvəl Birləşmiş Ştatların Federal Rezerv internet səhifəsində [www.federalreserve.gov/releases/h15/dara.htm] göstərilmiş məzənnə.

Vergi:

Hər hansı vergi, rüsum və ya oxşar digər ödənişlər (heç bir məhdudiyyət olmadan səhv və ya yubanmalarla bağlı istənilən cərimələr də daxil olmaqla).

ABŞ dolları:

Amerika Birləşmiş Ştatlarının qanuni valyutası.

İşlər:

Əlavə I-də təsvir edilmiş işlər.

 

1.2 Bu Sazişdə:

(a) Şərtlər başqa hal nəzərdə tutmazsa, təkdə ifadə edilən sözlər cəmə də aid olur və əksinə; şəxsləri ifadə edən sözlər korporasiya və cəmiyyətə də aid olur; Əlavə, Maddə və ya bölmələrə istinadlar bu Sazişin həmin əlavə, maddə və ya bölməsinə istinad edir.

(b) Agent Sazişində müəyyən edilmiş və burada müəyyən edilməmiş sözlər və ifadələr Agent Sazişindəki ilə eyni mənanı verir.

(c) Maddə və Fəsil başlıqları yalnız istinad üçün verilmişdir, təsvir etmək, şərh və ya bu Sazişin şərtlərini məhdudlaşdırmaq məqsədilə istifadə edilə bilməz.

 

MADDƏ II



SAZİŞİN PREAMBULA VƏ ƏLAVƏLƏRİ

 

Preambula və Əlavələr bu Sazişin bir hissəsidir.



 

MADDƏ III

İŞLƏRİN İCRASI

 

3.1 Satıcı bu Sazişin müddəa və şərtlərinə uyğun İşlərin aparılmasına, Alıcı isə bu Sazişin müddəa və şərtlərinə uyğun İşlərin yerinə yetirilməsinə və Satış Qiymətinin ödənməsinə razılıq verir.



3.2 Hər hansı anlaşılmazlığın qarşısını almaq üçün Alıcı İşlərin Agent Sazişində qeyd olunmuş müddəalara müvafiq şəkildə seçilmiş podratçı tərəfindən həyata keçiriləcəyi barəsində Satıcı ilə razılığa gəlir.

 

MADDƏ IV



İŞLƏRİN BASA ÇATMA VAXTI

 

Maddə VI və X-a əsasən İşlərin icrası İlk Ödənişin edildiyi tarixdən etibarən 48 ay ərzində tamamlanacaq.



 

MADDƏ V

SAZİŞƏ XİTAM VERİLMƏSİ

 

5.1 Burada qeyd olunmuş 12.2-ci bəndə müvafiq olaraq Alıcı Satıcıdan məsləhətçi xidmətlərinin göstərilməsinə dair müqavilənin və yaxud müqavilənin imzalanmasından qabaq hər hansı bir tarixdə bu Sazişə xitam verməyi və təsdiq olunmuş məbləği və ya onun bir hissəsini ləğv etməyi tələb edə bilər.



5.2 Ləğv edilməyə qədər əgər Təsdiq edilmiş Məbləğdən ödəniş edilməyibsə və Maddə XII-ə uyğun Təsdiq edilmiş Məbləğ ləğv edilibsə onda Saziş avtomatik olaraq ləğv edilmiş sayılacaq.

5.3 Məsləhətçi xidmətlərinin göstərilməsinə dair Müqavilə və ya Müqavilə imzalanmadan əvvəl Satıcı Alıcıya aşağıda göstərilən hallarda bu Sazişin ləğvi üçün bildiriş göndərə bilər:

(a) Bu Saziş və ya başqa bir sazişə əsasən Alıcı və ya Zamin Satıcı və ya onun filialı qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi hallarda;

(b) Müstəsna hallar baş verdikdə, hansı ki: (i) Satıcı hesab etdikdə ki, Alıcı Saziş çərçivəsində öhdəliklərini normal qaydada icra edə bilmir, və ya (ii) bağlanmış sazişin fəaliyyətinə mane olacaq hallar;

(c) Layihənin təsdiq edilməsi və yaxud sazişin bağlanması prosesi zamanı Satıcının təsdiq etməsi məqsədi ilə Alıcı və yaxud Zamin tərəfindən verilmiş hər hansı bir bəyanat və hesabat material baxımından yarımçıq və yaxud yalnış olduğu təqdirdə;

Sazişin dayandırılmasına səbəb olan halların aradan qaldırılması və yaxud Satıcının işlərin həyata keçirilməsi üzrə öhdəliyinin bərpa edilməsi barədə Alıcıya bildiriş göndərilən tarixədək sazişin dayandırılması prosesi davam etməlidir; yalnız o şərtlə ki, öhdəliklərin və işlərin bərpa olunması ilə əlaqədar edilmiş bildiriş göndərilən zaman işlərin həyata keçirilməsi üçün öhdəlik həmin bildirişdə müəyyən edilmiş şərtlərə müvafiq şəkildə bərpa edilməli, hər hansı bu kimi bildiriş heç bir hüquq, səlahiyyət və bu hissədə göstərilmiş halların aradan qaldırılması üçün görüləcək tədbirlərə zərbə vura bilməz.

5.4 5.1, 5.2 və ya 5.3 maddələrinə əsasən Sazişə xitam verildiyi andan nə Satıcı, nə də Alıcı digər tərəf qarşısında öhdəlik daşımır və həmçinin, Sazişə xitam verilməsi onların bundan əvvəlki öhdəliklərini aradan qaldırmır və hüquqlarına xələl gətirmir.

5.5 Sazişə xitam verilməsinə baxmayaraq Alıcı Sazişin dayandırılmasından qabaq Satıcının podratçıya və yaxud Zaminə ödədiyi müqavilə dəyərinin Satıcıya qaytarılmasında əməkdaşlığı davam etdirməlidir.

 

MADDƏ VI

İŞLƏRİN ALICI TƏRƏFİNDƏN QƏBUL EDİLMƏSİ

 

Alıcı Son Qəbul Sertifikatını imzaladıqdan sonra İşlər qəbul edilmiş hesab edilir.



 

MADDƏ VII

MÜLKİYYƏT HÜQUQU VƏ RİSK

 

Son Qəbul Sertifikatı imzaladıqdan sonra bütün mülkiyyət hüququ və risklər Alıcıya keçəcək.



 

MADDƏ VIII

İŞLƏRİN SƏRTLƏRİ

 

8.1 Bundan əvvəlkilərə xələl gətirmədən, Satıcının Alıcı və ya digər şəxslər qarşısında heç bir öhdəliyi və məsuliyyəti yoxdur və uyğun olaraq:



(a) Birbaşa və ya dolayısıyla İşlərdən dəyən (və ya dəyməsi ehtimal olunan) ziyan və ya itki və ya əlaqə müddətində uyğunsuzluq və ya fərqə görə;

(b) İşlərin istifadəsi və ya əməliyyatı ilə bağlı hər hansı bir risklə əlaqədar;

(c) Xidmətlərin fasiləsi, biznes və ya gözlənilən gəlirlərdəki itki və ya əhəmiyyətli zərərlərə görə.

8.2 Satıcı Podratçı tərəfindən Satıcıya verilmiş və Alıcı tərəfindən yoxlanmış və qəbul edilmiş işlərlə bağlı zəmanətdən qazanılmış mənfəətin Alıcıya verilməsini öz öhdəsinə götürməlidir. Əlavə olaraq, Satıcı Alıcının tələbinə müvafiq olaraq, Alıcının Podratçı əleyhinə hər hansı bir iddia qaldırmaq hüququnu təmin etmək üçün müvafiq tədbir görməlidir.

 

MADDƏ IX

SATIŞ QİYMƏTİNİN ÖDƏNİLMƏSİ

 

İlkin Satış Qiyməti :



(a) Bankın Adi Fondu hesabına görüləcək işlər üçün 85 535 776 (səksən beş milyon beş yüz otuz beş min yeddi yüz yetmiş altı) ABŞ dolları;

(b) Ciddə Deklarasiyası Fondu hesabına görüləcək işlər üçün 12 228 750 (on iki milyon iki yüz iyirmi səkkiz min yeddi yüz əlli) ABŞ dollarıdır.

 

Cari Satış Qiyməti Bölmə 9.2-də göstərilmiş üsulla yenidən hesablanacaq.



9.2 (a) Bankın Adi Fondu hesabına yerinə yetiriləcək işlər üçün:

(i) İcra müddətində - ABŞ Dollarına tətbiq edilən 6 aylıq dəyişkən LİBOR üstə gəl 1.25% (yüz iyirmi beş baza qiyməti);

(ii) İcra müddəti başa çatdıqdan sonra - İcra müddətinin sonunda Kapital Dəyəri üstə gəl Amerika Dollarına hesablanmış bazar əsaslı 6 aylıq LİBOR-a ekvivalent olan, ABŞ dolları üzrə 10 illik SWAP faiz dərəcəsi üstəgəl 1.25% (yüz iyirmi beş baza qiyməti).

(b) Ciddə Deklarasiyası Fondu hesabına yerinə yetiriləcək İşlər üçün:

İcra müddəti başa çatdıqdan sonra - Sərmayə üstə gəl illik 2.65 faiz dərəcəsi.

9.3 (a) Bankın adi fondu hesabına görülən işlər üçün: Alıcı Satış Qiymətini 20 (iyirmi) yarım-il olmaqla ardıcıl mərhələlərlə ödəyəcək, ilk ödəniş icra müddəti başa çatmazdan əvvəl 6 ay ərzində ödənilməlidir. Son Qəbul Sertifikatı hazırlandıqdan sonra qısa müddət içində Satıcı satış qiymətinin ödəniş qrafikini Alıcıya göndərəcək.

(b) Ciddə Deklarasiyası Fondu hesabına görülən işlər üçün: Alıcı Satış Qiymətini 30 (otuz) yarım-il olmaqla ardıcıl mərhələlərlə ödəyəcək, İlk ödəniş icra müddəti başa çatdıqdan etibarən 6 ay müddətində ödənilməlidir. Son Qəbul Sertifikatı (şəhadətnaməsi) hazırlandıqdan sonra qısa müddət içində Satıcı satış qiymətinin ödəniş qrafikini Alıcıya göndərəcək.

9.4 Alıcının Satıcıya edəcəyi ödənişlər valyuta növü, qiymət və tarix baxımından Satıcı üçün məqbul olmalı və ya hər hansı digər razılaşdırılmış formada həyata keçirilməli və bu barədə Satıcı Alıcıya vaxtaşırı yazılı bildirişlər göndərməlidir.

9.5 Burada hər hansı ödəniş zamanı ödəniş o vaxt tamamilə edilmiş hesab ediləcək ki, aşağıdakı banklardan hər hansı biri həmin vəsaitin həqiqətən də Satıcının hesabına keçdiyini təsdiq etsin:



a) Əgər bu ödəniş ABŞ dolları ilə edilibsə:

Hesab №: GB36SİNT60928000159111

Gulf İnternational bank (BK) Ltd

One Knightsbridge, London SWIX 7XS

Birləşmiş. Krallıq

Teleks № 8812261/2

Swift kodu: SİNTGB2L

b) Əgər həmin ödəniş funt sterlinq ilə edilirsə:

Hesab №: GB13SİNT60928000159137

Gulf İnternational bank (BK) Ltd

One Knightsbridge, London SWIX 7XS

Birləşmiş. Krallıq

Teleks №. 8812261/2

Swift kodu: SİNTGB2L

c) Əgər həmin ödəniş Avro ilə edilirsə:

Hesab №: FR7643899000019696500151088

Union De Banques Arabes Et Francaises (UBAF)

92523 Paris, Neuilly Cedex, France

Telex №. 610334 UBAF

Swift kodu: UBAFRPPXXX

9.6. Əgər hər hansı bir ödəniş qeyri-iş gününə təsadüf edirsə, o zaman ödəniş növbəti iş günü edilməlidir.

9.7. Alıcı tərəfindən edilən bütün ödənişlər hər hansı bir vergi və yaxud kompensasiyaya görə heç bir tutqu edilmədən, əks tələblər irəli sürülmədən və s. pulsuz həyata keçirilməlidir. Əgər Alıcı qanunun tələbi kimi ödəniləcək məbləğdə hər hansı bir tutqu etməli və yaxud ödəyəcəyi hər hansı bir məbləğdən azad edilməli olarsa həmin endirim və yaxud ödənişdən azad edilmənin aid edildiyi məbləğ elə bir miqdara artırılmalıdır ki, Satıcıya alacağı olduğu məbləğ tam miqdarda çatsın.

9.8 Əgər Alıcı ödəməli olduğu məbləği sazişin şərtlərinə müvafiq vaxtda ödəyə bilmirsə, həmin ödəniləcək məbləğə əlavə olaraq Alıcı Satıcıya gecikdirilmiş ödənişlə əlaqədar əlavə məbləğ ödəməlidir. Əlavə ödəniləcək məbləğ aşağıdakı kimi hesablanır:

a) Aşağıda göstərilmiş düsturdan istifadə edərək satıcının müəyyənləşdirdiyi məbləğ:

 



“A” ödənilməmiş məbləğ

“B” ödəniş tarixi də daxil olmaqla gecikmiş günlərin sayı.

 

b) Ödənişin ləngiməsi ucbatından satıcının məruz qaldığı (heç bir məhdudiyyət olmadan hər hansı qanuni vergi və rüsum xərcləri də daxil olmaqla) bütün məqbul xərclər.

9.9 Satıcının məruz qaldığı bütün xərclər qarşılandıqdan sonra Alıcı 9.7-ci bəndə müvafiq olaraq, digər məbləği Britaniya-Ərəb Ticarət Bankı ilə (London, Birləşmiş Krallıq, Swift kodu: BACMGB2LXXX, İBAN: GB 69 BACM 4051 3200 100 102) İİB Xeyriyyə Fondunun 0000 100 102 nömrəli hesabına ödəməlidir.

 

MADDƏ X



BƏYANATLAR

 

Alıcı bəyan edir ki:



a. Sazişi bağlayaraq öz öhdəliklərini və sazişin icrası üçün tələb olunan bütün işləri lazımi qaydada yerinə yetirməyə gücü çatır.

b. Bu sazişin şərtlərinə müvafiq olaraq Alıcının üzərinə qoyulmuş öhdəliklər qanuni və keçərlidir.

c. Sazişin icrası və Alıcının öz öhdəliklərini yerinə yetirməsi hər hansı bir razılığın, sazişin və yaxud da qanunun pozulmasına gətirib çıxarmayacaq.

d. Azərbaycan qanunlarına müvafiq olaraq, valyutanın idarə olunması üçün razılıq da daxil olmaqla, tələb olunan bütün sənədləşmə işləri, şərtlər lazımi qaydada yerinə yetirilmişdir:

(i) Alıcının işlərə başlaması və Saziş üzrə öhdəliyini yerinə yetirməsi üçün şərait yaratmaq;

(ii) Saziş üzrə öz üzərinə götürdüyü öhdəliklərin qanuni, keçərli və həyata keçirilməsinin mümkünlüyünü təmin etmək;

(iii)             Bu Sazişin Azərbaycanın Konstitusiyası və qanunlarına müvafiq formada hər hansı bir əlavə addımlar atmadan, əlavə sənədləşdirmə işləri həyata keçirmədən Azərbaycanda icrasını məqbul vəziyyətə gətirmək.

 

MADDƏ XI



ÖHDƏLİKLƏRİN İCRA EDİLMƏMƏSİ HALLARI

 

11.1 Əgər bu hissədə sadalanan hər hansı bir öhdəliklərin icra edilməməsi halı baş verərsə və davam edərsə o zaman Satıcı (sazişdəki hər hansı bir məqama baxmayaraq) Alıcıdan satış qiymətinin bir qismi və yaxud tamamının əlavə bildiriş göndərilmədən ödənilməsini tələb etməlidir.



(a) Satış qiymətinin möhlətli ödənişləri zamanı ortaya çıxan və 15 gün davam edən xətalar.

(b) Yuxarıda a) variantında göstərilmiş xətadan başqa saziş üzrə alıcının öhdəliyinin yerinə yetirməsi ilə əlaqədar meydana çıxan və 30 gün davam edən xətalar.

(c) Bu sazişin rəsmiləşdirilməsi, təqdim olunması və yaxud bu saziş üzrə hər hansı bir ödəniş tələbi ilə əlaqədar Alıcı tərəfindən təsdiqlənmiş və yaxud tərtib olunmuş bəyanat və zəmanətin material cəhətdən yalnış olması və bu xəta ilə əlaqədar bildirişdən sonra 30 gün davam etməsi ilə əlaqədar xətalar.

11.2 Əgər hər hansı bir xəta və yaxud gələcəkdə xətaya çevriləcək hər hansı bir hadisə baş verərsə Alıcı teleks və yaxud faks vasitəsilə dərhal Satıcıya həmin xətalar və onların aradan qaldırılması üçün atılan addımlar barəsində bildiriş göndərməlidir.

11.3 Bu və ya başqa saziş üzrə Satıcının öhdəsinə düşən hər hansı bir ixtiyar, səlahiyyət və yaxud vasitə, işləri yerinə yetirməsi zamanı ləngimə, uğursuzluqlar xətaların aradan qaldırılması üçün görüləcək tədbirlərə, hüquq və səlahiyyətlərə heç cür zərbə vura bilməz və yaxud hüquqdan imtina kimi başa düşülə bilməz. Hər hansı bir xəta ilə əlaqədar Satıcının işləri başqa bir xəta ilə əlaqədar Satıcının hüquq və səlahiyyətləri və yaxud görəcəyi tədbirlərə heç cür zərbə vurmamalıdır.

 

MADDƏ XII



TƏSDİQ OLUNMUŞ MƏBLƏĞİN LƏĞVİ

 

12.1 Əgər bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən 180 gün ərzində Müqavilə imzalanmazsa və Satıcı Alıcının ləngimə səbəbini tutarlı hesab etməzsə Alıcıya bildiriş göndərməklə təsdiqlənmiş məbləği ləğv edə bilər.



12.2 Əgər Podratçı Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmirsə Alıcı Satıcı ilə məsləhətləşmə çərçivəsində Müqavilənin şərtlərinə uyğun olaraq həmin Müqaviləni dayandırır. Və əgər Satıcı başqa cür razılığa gəlməzsə Müqavilənin dayandırıldığı tarixdən 60 gün keçdikdən sonra təsdiqlənmiş məbləğin ödənilməmiş hissələri ləğv olunmalıdır.

 

MADDƏ XIII



SAZİŞİN QÜVVƏYƏ MİNMƏSİ

 

Alıcı Satıcıya bu Sazişin III əlavəsində göstərilmiş formada hüquqi rəy təqdim etməyincə bu Saziş qüvvəyə minə bilməz.



 

MADDƏ XIV

EFFEKTİV OLMADIĞI TƏQDİRDƏ SAZİŞƏ XİTAM VERİLMƏSİ

 

Bu Saziş imzalandığı gündən etibarən 6 ay ərzində qüvvəyə minmədiyi halda və əgər Satıcı ləngimənin səbəblərinin müzakirəsindən sonra başqa bir tarix təyin etməzsə saziş və tərəflərin bütün öhdəlikləri dayandırılmalıdır. Satıcı təyin edilmiş yeni tarix və yaxud sazişin dayandırılması barəsində Alıcıya dərhal bildiriş göndərməlidir.



 

MADDƏ XV

İMTİNA

 

Bu Saziş üzrə Satıcının Alıcıya zərər vura biləcək öz hüquqlarından istifadə etməkdə və onları tətbiq etməkdə uğursuzluğu və yaxud yerinə yetirərkən gecikməsi həmin hüquqlara heç cür mənfi təsir göstərə bilməz.



 

MADDƏ XVI

İDARƏEDİCİ QANUNVERİCİLİK-MÜBAHİSƏLƏRİN HƏLLİ

 

16.1 Bu Saziş (İslam Maliyyə Təşkilatlarının mühasibatlıq və audit təşkilatları tərəfindən nəşr olunmuş Şəriət standartlarında göstərildiyi kimi) İslam Şəriətinin qanun və prinsiplərinə müvafiq olmalı və ona uyğun icra olunmalıdır.



16.2 Sazişi imzalayan tərəflər arasında ortaya çıxmış hər hansı bir mübahisəli məsələ, hər hansı bir tərəfin digər tərəfə qarşı iddiaları bu barədə bildirişin alındığı tarixdən etibarən 30 gün içində tərəflər arasında öz həllini tapmazsa həmin iddia və mübahisəli məsələlər Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindəki Beynəlxalq İslam Barışıq və Arbitrasiya Mərkəzinin qanun və proseduralarına müvafiq həlli üçün arbitraja göndərilməlidir. Beynəlxalq İslam Barışıq və Arbitrasiya Mərkəzinin qanun və proseduraları bu Saziş üzrə tərəflər arasında meydana çıxmış mübahisəli məsələlərin və hər hansı bir tərəfin digər tərəfə qarşı iddialarının həlli üçün əsas olmalıdır.

16.3 Əgər qarşı tərəfə üstünlük verildikdən sonra 30 (otuz) gün müddətində tərəflərə çatdırılarsa, üstünlük münasib olmazsa, istənilən tərəf məhkəməyə müraciət edə bilər, və ya üstünlüyü qüvvəyə mindirə bilən proseduraları tənzimləyən təşkilatlara müraciət edə bilər, bu mühakiməni icra etdirə bilər və ya digər tərəfə qarşı bu sazişin şərtlərinə uyğun digər tədbirlər görə bilər.

16.4 Hər bir tərəf razılaşmalıdır ki, saziş üzrə verilmiş hər bir hökm aid olduğu tərəfin fond və əmlakına da aid edilə bilər. Tərəflər saziş üzrə arbitrajın hökmünə edilən hər hansı bir təzyiqlə əlaqədar meydana çıxmış iddialar və mübahisələrə qarşı etirazlarından qəti şəkildə imtina etməlidirlər.

16.5 Bu saziş üzrə hər hansı bir tərəf özü və yaxud əmlakı üçün mübahisələr, məhkəmənin hökmü və digər qanuni proseslərdən toxunulmazlıq hüququ tələb edə bilər və həmin tərəfə elə bir toxunulmazlıq verilir ki, həmin tərəf lazım olduqda toxunulmazlıq hüququndan əl çəkməyə razılıq verə bilsin.

 

MADDƏ XVII

BİLDİRİŞLƏR

 

17.1 Bir tərəfin digər tərəfə edəcəyi hər hansı bir bildiriş, müraciət yazılı formada məktub və yaxud teleks vasitəsilə çatdırılmalıdır. Bu cür bildiriş və yaxud müraciətlər fərdi şəkildə, poçtla, teleks və yaxud telefaks vasitəsilə vaxtında, müvafiq formada digər tərəfin 17.2-ci bölmədə müəyyən edilmiş və yaxud da bildiriş vasitəsilə göstərilmiş ünvanına çatdırılmalıdır.



17.2 (17.1)-ci bəndə müvafiq olaraq tərəflərin ünvanları aşağıdakı kimidir:

 

Alıcının ünvanı:

Azərbaycan Respublikası Hökuməti

İqtisadi İnkişaf Nazirliyi

Bakı, Azərbaycan

Telefon: 99 412 493 88 67

Faks: 99 412 492 58 95

E-mail: office@economy.gov.az



İcraçı Təşkilat

Naxçıvan Muxtar Respublikası Dövlət

Meliorasiya və Su Təsərrüfatı Komitəsi

Xətai məhəlləsi

Naxçıvan şəhəri, Azərbaycan

Tel: 99 413 644 73 03

Faks: 99 413 6453067

Satıcının ünvanı;

İslam İnkişaf Bankı

P.O. Box: 5925, Ciddə-21432

Səudiyyə Ərəbistan Krallığı

Teleks: 601137 İSDB SJ


Yüklə 278,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin