Azərbaycan respublikasinin naziRLƏr kabineti


Cable: BANKİSLAMİ CİDDƏ Faks:+966 26366871 (MÜDDƏALARIN SONU)



Yüklə 278,89 Kb.
səhifə2/3
tarix07.07.2018
ölçüsü278,89 Kb.
#55960
1   2   3

Cable: BANKİSLAMİ CİDDƏ

Faks:+966 26366871



(MÜDDƏALARIN SONU)

 

RƏSMİLƏŞDİRMƏ SƏHİFƏSİ:

 

Tərəflər burada bu Sazişi həmin Sazişin Preambulasında göstərilən tarixdə imzalayıblar.



 

 

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ ADINDAN

 

______________________________________



 

 

İSLAM İNKİŞAF BANKI ADINDAN

 

 

_____________________________________



 

ƏLAVƏ I

İŞLƏRİN TƏSVİRİ

 

I. Sektorun məqsədi su resurslarının idarə edilməsini təkmilləşdirmək və torpaqları qorumaqla ərzaq təhlükəsizliyini gücləndirmək və kasıblıq səviyyəsini aşağı salmaqdır. Xüsusi məqsədlər kənd təsərrüfatında istehsalı artırmaq, kiçik təsərrüfatların gəlirlərini artırmaq, torpaqları erroziyadan qorumaq, irriqasiya olunan əraziləri və kəndləri seldən mühafizə etməkdir.



II. Layihə aşağıdakı komponentlərdən ibarətdir:

1. Tikinti İşləri



(I) Araz Çayı Boyu Sahilbərkitmə İşləri

Bu Araz çayı sol sahili boyu 30 km məsafədə sahilbərkitmə işlərindən ibarət olacaqdır.



(II) Vayxır Sol Sahil İrriqasiya Sisteminin Müasirləşdirilməsi

Vayxır sol sahil kanalından qidalanan ərazilərdə diametrləri 200 mm-dən 500 mm-ə dək olan 253 km-lik PVC borulardan ibarət drenaj və irriqasiya şəbəkəsinin tikilməsindən ibarətdir.



(III) Sədərəkdə İrriqasiyanın Təkmilləşdirilməsi

Bu sərfiyyatı 3000 m3/saat olan nasos stansiyası və uzunluğu 6 km diametri 800 mm olan təzyiqli boru xəttinin tikintisindən ibarətdir. Buraya həmçinin 38 km ikinci dərəcəli və 91 km üçüncü dərəcəli kanalların tikintisi də daxildir.



(IV) Kəngərlidə İrriqasiyanın Təkmilləşdirilməsi

İrriqasiya sisteminin ümumi uzunluğu 32 km, diametri 720 mm olan 2 qravitasiyalı axınlı polad boru xəttindən, 2000 m3/saat sərfiyyatlı nasos stansiyasından və 720 mm diametrli 9 km uzunluqda olan təzyiqli boru xəttindən ibarətdir. Həmçinin 18 km-lik ikinci dərəcəli kanalların və 120 km-lik üçüncü dərəcəli kanalların da tikintisi buraya daxildir.

2. Məsləhət Xidmətləri: Buraya detallı layihə və tender sənədləri hazırlamaq, tikintiyə nəzarət, Məsləhət xidmətinə həmçinin aralıq dövr baxış hesabatı və işlərin bitməsi hesabatını da hazırlamaq daxildir.

3. Layihə İdarəetmə Qrupu (LİQ); LİQ DMSTK-nin nəzdində yaradılacaqdır və layihənin gündəlik idarə edilməsinə, koordinasiyasına və icrasına cavabdeh olacaqdır.

4. Maliyyə Auditi: Layihənin maliyyə hesabatını audit etmək üçün müstəqil audit firması seçiləcəkdir.

5. Başlanma Seminarı və Tanışlıq Səfəri: Layihə qüvvəyə mindikdən sonra İcraçı Agentlik İİB-nın Ödəniş Qaydaları və Satınalma Sənədləri ilə tanış ediləcəkdir və layihənin detallı icra planı razılaşdırılacaqdır.



ƏLAVƏ II

 

LAYİHƏNİN TƏSVİRİ

 


  1. (I) Araz çayı boyunca seldən müdafiə işləri,(II) Vayxır sol sahil suvarma və drenaj sistemi, (III) Məsləhətçi xidmətləri (ətraflı dizayn və işlərə nəzarət), (IV) LİQ, (v) maliyyə auditi, (VI) Başlanğıc seminarı və tanışlıq səfərləri üçün təklif edilən İİB İstisna Əməliyyatı - 100% ödənişlə həyata keçiriləcək.

  2. (I) Sədərəkdə suvarılan ərazilərdə nasos stansiya, təzyiqli boru xətti və suvarma kanallarının tikintisi, (II) Kəngərlidə suvarılan ərazilərdə nasos stansiya, təzyiqli boru xətti və suvarma kanallarının tikintisini - Ciddə Deklarasiyası çərçivəsində təklif edilən İİB İstisna Əməliyyatı - 100% ödənişlə maliyyələşdirəcək.

(mln. ABŞ dolları)

İşlər

 


Ümumi xərclər

İİB

İİB (Ciddə Deklarasiyası)

Azərbaycan Respublikası Hökuməti

İstisna

%

İstisna

%

Məbləğ

%

1. Tikinti işləri

1.1 Araz çayı boyu sahilbərkitmə işləri



23.03

23.03

100

 

 

 

 

1.2 Vayxır sol sahil suvarma və drenaj sisteminin müasirləşdirilməsi

23.13

23.13

100

 

 

 

 

1.3 Sədərəkdə İrriqasiya olunan ərazilər

3.95

 

 

3.95

100

 

 

1.4 Kəngərlidə İrriqasiya olunan ərazilər

16.93

 

 

4.68

28

12.25

72

2. Məsləhətçi xidmətləri

3.5

3.5

100

-

-

-

-

3. LİQ

0.43

0.43

100

-

-

-

-

4. Layihə Maliyyə Auditi

0.06

0.06

100

-

-

-

-

5. Başlanğıc seminarı və tanışlıq səfərləri

0.02

0.02

100

-

-

-

-

Baza xərcləri

71.05

50.17

8.63

12.25

 

 

 

Gözlənilməz Fiziki və qiymət xərcləri(10%)

7.28

5.14

0.88

1.25

 

 

 

Ümumi layihə xərcləri

78.33

55.31

 

9.52

 

13.50

 

Faiz

100

70.61

 

12.15

 

17.24

 

 

ƏLAVƏ III

 

Azərbaycan Respublikası Hökumətinin



(Alıcının) hüquq orqanının hüquqi rəyinin Forması

(xüsusi blankda çap edilməlidir)

 

İslam İnkişaf Bankı



P.O.Poçt: 5925 Ciddə 21432

Səudiyyə Ərəbistanı Krallığı

 

Hörmətli cənablar:



 

Azərbaycan Respublikası Hökumətinin (Alıcının) hüquq məsləhətçisi olaraq, 26/ 11 / 2011 tarixli İstisna və Agent sazişlərinin (burada İİB tərəfindən ümumilikdə 64.830.000.00 (altmış dörd milyon səkkiz yüz otuz min) ABŞ dolları olmaqla Bankın adi vəsait fondundan 55.310.000.00 ABŞ dolları və Ciddə Deklarasiyası fondundan 9.520.000.00 ABŞ dolları - miqdarında vəsaitlə maliyyələşdirilən “Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşməsi və Genişlənməsi Layihəsi”ni nəzərdən keçirdim və qərara aldım ki, Alıcı işlərə nəzarət üçün Satıcının Agenti təyin edilsin və Satıcıya satınalmalar və bu işlərlə bağlı mənim əhəmiyyətli hesab etdiyim bu cür sənədlər burada ifadə edilmiş fikirlər üçün əsas baza hesab edilir.

Burada ifadə olunmuş rəy Azərbaycan qanunvericiliyindən və siyasi strukturundan irəli gələ biləcək suallarla məhdudlaşır və hər hansı digər qanunvericilikdən irəli gələ biləcək suallarla bağlı mən rəy bildirmirəm.

Sazişdə istifadə olunmuş bütün terminlər Sazişin özündə öz izahını tapmışdır.

Aşağıdakılara gəldikdə isə mənim fikrimcə:

(a) Alıcı öz avadanlığına sahib olma və müqavilədə göstərilmiş işlərin icrası və Sazişi tamamlama hüququna malikdir.

(b) Alıcı sazişlərin icrası və çatdırılması və Saziş ilə bağlı bütün sənədlərin hazırlanıb çatdırılması, Saziş çərçivəsində öz öhdəliklərinin icrası və Sazişdəki başa çatmış işlərin yekunlaşdırılması üçün bütün vacib tədbirləri görmüşdür.

(c) Sazişin bütün şərtləri Satıcı tərəfindən müvafiq şəkildə yerinə yetirilmiş və çatdırılmış, həmçinin, burada kreditorun hüquqlarına ümumiyyətlə təsir edən məqbul iflas, ödənişin təxirə salınması, və s. kimi oxşar qanunlara hədəf olan şərtlərə əsasən alıcının rəsmi, keçərli və əsaslı öhdəlikləri də öz əksini tapmışdır.

(d) Saziş çərçivəsində tamamlanmış öhdəliklərin keçərli və məqbul olması üçün lazım olan bütün rəsmi fəaliyyətlər Alıcı tərəfindən əldə edilib və tamamilə qəbulediləndir.

(e) Saziş çərçivəsində Alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməsində heç bir gecikdirmə və ya vaxt itkisinə rast gəlinməyib və Saziş daxilində istənilən ödəniş zamanı da bu cür hadisəyə yol verilməyəcək.

(f) Müqavilədə nəzərdə tutulan öhdəliklərin Podratçı tərəfindən yerinə yetirilməsində və çatdırılmasında onun heç bir kreditorunun razılığı tələb edilmir, eləcə də, işlərin icrasında, çatdırılmasında və tamamlanmasında Podratçının ölkəsindəki qanun və tənzimləmələrə zidd heç bir hərəkətə yol verilməyəcək.

(g) Mənim fikrimcə, Podratçının maliyyə vəziyyətinə təsir edərək onun müqavilədəki öhdəliklərini yerinə yetirməsinə mane olacaq və müqavilənin tamamlanmasına və icrasına əngəl törədəcək heç bir fəaliyyət növü təhlükəsi aşkarlanmayıb.

(h) Podratçı öz avadanlıqlarının tam sərbəst şəkildə sahibidir, yəni onun heç kim girova görə tutulma və ya buna oxşar digər xoşagəlməz problemi yoxdur.

(i) Müqavilədə nəzərdə tutulan İşlərin icrası və çatdırılması üçün Azərbaycanda tətbiq edilən heç bir vergi, tutqu və rüsum tətbiq edilmir.

(j) Azərbaycan hökumətinin qanunlarına əsasən, Podratçıya Azərbaycan məhkəməsinə çıxarılabilən, müqavilələrə hər hansı yolla əlaqəsi olan istənilən fəaliyyət və prosedur üçün öz toxunulmazlığından imtina etməyə tam hüquq verilir.

(k) Podratçı tərəfindən müqavilə işlərinin icrası və çatdırılması prosesinə kommersiya sazişləri daxildir.

(l) Müqavilə imzalanan tərəflərin razılaşdığı şərtlər İslam şəriət prinsiplərinə əsaslanır və rəsmi, keçərli və məqbuldur.

(m) Bu rəsmiliyi, məqbulluğu və keçərliliyi Azərbaycan Hökuməti tərəfindən yerli qanun və nizamlamalara əsasən hər hansı məhkəmə orqanı tərəfindən qeyd etmək, təsdiqləmək, möhürləmək və s. bu kimi proseduralara ehtiyac yoxdur.

(n) Azərbaycandakı qanunlara əsasən, burada iş həyata keçirmək, xüsusilə də müqavilə öhdəliklərini yerinə yetirmək üçün sifarişçiyə lisenziya verilməsi və ya hər hansı şəkildə rəsmiləşməsi o qədər də vacib deyil.

(o) Satıcıdan - müqavilə öhdəliklərini yerinə yetirmək məqsədilə icra və ya vergi işləri, həmçinin, tikinti və satınalma üçün yerli vətəndaş və ya yerli sakin olması tələb olunmur 3 eləcə də müqaviləyə əsasən satıcı tərəfindən alına bilən hər hansı vəsaitə vergi tətbiq olunmur.

Sazişə əsasən ödəniş edilməzdən əvvəl Mən Sifarişçiyə yuxarıdakılarla bağlı dəyişiklik edilməsi barədə bildiriş göndərməyincəyə qədər siz və sizin məsləhətçiniz bu qeyd olunan rəylərə satınalma da daxil olmaqla bütün Saziş işləri üzrə qeyd olunmuş tarixdən etibarən əsaslana bilərsiniz.

Hörmətlə,

 

______________



 

 


 

 

Layihə № AZ - 0037 və 38

 

 

 



 

 

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ

 

 



 

 

İSLAM İNKİŞAF BANKI ARASINDA

 

 

 



Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər,

Suvarılan Ərazilərin Modernləşməsi və Genişlənməsi Layihəsi”nin

maliyyələşdirilməsinə dair

 

 



İSTİSNA AGENT SAZİŞİ

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Bu Saziş 1/1/1432H (26/11/2011 G) tarixində Azərbaycan Respublikası Hökuməti (bundan sonra - Agent) və İslam İnkişaf Bankı (bundan sonra – “İİB”) arasında imzalanmışdır.



HARADA Kİ,

A)      İİB İstisna Sazişinə əsasən razılaşır ki, Agent üçün NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SELƏ QARŞI TƏDBİRLƏR, SUVARILAN ƏRAZİLƏRİN MODERNLƏŞMƏSİ VƏ GENİŞLƏNMƏSİ LAYİHƏSİ çərçivəsində Əlavə I-də təsvir edilmiş işləri (bundan sonra – “İşlər”) adi ehtiyatları və Ciddə Bəyannaməsi ehtiyatları hesabına Əlavə II-də verilmiş Layihənin Təsvirində göstərildiyi kimi maliyyələşdirsin.

B)       İİB Agentlə razılaşır ki, Agent İİB-in adından Podratçı ilə Müqavilə imzalasın və işlərin icrasına nəzarət etsin;

BELƏLİKLƏ, İİB və Agent aşağıdakılar barədə razılığa gəlirlər:

 

MADDƏ -1



ANLAYIŞLAR – İZAHLAR

 


1.1 Bu Sazişdə, məzmun başqa cür tələb etmirsə, terminlərin mənaları belədir:

Təsdiq Olunmuş Məbləğ :

İİB tərəfindən İşlərin icrası üçün təsdiqlənmiş məbləğ.

Kapital Dəyəri:

Müqavilə qiymətinə uyğun işlərin icrası üçün tələb olunan xərclər, Məsləhətçi xidməti ilə bağlı xərclər, qarşılanmalı xərclər və ya hər hansı digər qiymət və xərclər də daxil olmaqla toplam xərclər.

Məsləhət xidmətinin göstərilməsinə dair Saziş:

İşlərin icrasını əlaqələndirmək üçün Maddə V-ə əsasən Agent və Məsləhətçi arasında imzalanmış Məsləhət xidmətlərinin göstərilməsinə dair Saziş.

Məsləhətçi:

Maddə V-ə əsasən təyin edilməsi nəzərdə tutulan məsləhətçi firma və ya fərdi məsləhətçi.

Podratçı:

İşlərin icrası həvalə edilmiş Podratçı.

Müqavilə:

İşlərin icrası məqsədi ilə İİB-in adından Agent və Podratçı arasında imzalanmış müqavilə.

Müqavilə Qiyməti:

İşlərin icrası üçün Podratçıya ödənilə biləcək məbləğ.

İlk Ödəniş Tarixi:

İİB-ın müqavilə çərçivəsində və ya məsləhətçiyə ilk ödəniş etdiyi tarix.

Effektivlik Tarixi:

İİB-ın bu Sazişi və ya “İstisna Sazişini (mümkün hallardan biri ola bilər) Maddə-XII-yə əsasən qüvvəyə minmiş elan etdiyi tarix.

İcraçı Agentlik”:

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi (DMSTK)

Yekun Qəbul Sertifikatı:

Məsləhətçi tərəfindən hazırlanan Sertifikatdır və İşlərin icrasının müqavilə üzrə qənaətbəxş şəkildə bitdiyini təsdiq edir.

İcra Müddəti:

İlkin Ödənişdən etibarən 4 il.

İlkin Qəbul Sertifikatı:

İşlərin icrasının Podratçı tərəfindən Müqavilənin şərtlərinə uyğun olaraq müvəffəqiyyətlə yerinə yetirilməsini göstərən və Məsləhətçi tərəfindən hazırlanan Sertifikatdır.

Layihə:

Əlavə II-də təsvir edilmiş layihə.

Vergi:

Hər hansı vergi, rüsum və ya oxşar digər ödənişlər (heç bir məhdudiyyət olmadan səhv və ya yubanmalarla bağlı istənilən cərimələr də daxil olmaqla).

ABŞ dolları və “US$”:

Amerika Birləşmiş Ştatlarının qanuni valyutası.

İşlər:

Əlavə I-də təsvir olunan işlər.

 

1.2. Bu Sazişdə;

 

(a)   Məzmun başqa cürə tələb etmirsə, təkdə olan sözlərin cəmi və əksi mövcuddur, şəxlər dedikdə korporasiya və əməkdaşlıq başa düşülür, bu Sazişin istinadları dedikdə Qoşmalara, Əlavələrə, Maddələrə və ya Fəsillərə istinadlar başa düşülür.



(b)   İstisna Sazişində təsvir edilmiş, lakin burada təsvir edilməmiş söz və ya terminlər İstisna Sazişində olduğu kimi məna kəsb edəcəkdir.

(c)    Maddə və Fəsil başlıqları yalnız istinad üçün verilmişdir, təsvir etmək, şərh və ya bu Sazişin şərtlərini məhdudlaşdırmaq məqsədilə istifadə edilə bilməz.

 

MADDƏ - II

BU SAZİŞİN PREAMBULASI VƏ QOŞMA HİSSƏLƏRİ

 

Bu Sazişin Preambulası və Qoşmaları bu müqavilənin ayrılmaz tərkib hissəsidir.



 

MADDƏ – III

PODRATÇININ SEÇİLMƏSİ

 

3.1. Burada tərəflər arasında razılaşdırılır ki, layihənin icrası üçün bu Saziş çərçivəsində maliyyələşən layihələri Agent İİB ilə məsləhətləşərək, İİB-ın satınalma təlimatına əsasən və onun təsdiqi ilə aşağıdakı kimi verəcəkdir:



 

(a)   Mülki İşlər: Mülki İşlər İİB-ə Üzv Ölkələr üçün Açıq Olan Beynəlxalq Rəqabətli Tenderlə satın alınacaqdır.

(b)   Detallı Layihələndirmə və Nəzarət üçün Məsləhətçi Xidmətləri: Detallı Layihələndirmə və Nəzarət üçün Məsləhətçi İİB-ə Üzv Ölkələr arasından hazırlanmış qısa siyahıdan seçiləcək və İİB ilə Agent arasında razılaşdırılacaqdır.

(c)    Maliyyə Auditi Xidmətləri: Maliyyə auditi xidmətləri qanunvericiliyə uyğun olaraq lisenziya almış yerli auditorlardan ibarət qısa siyahıdan seçiləcəkdir.

(d)   LİQ İşçiləri: LİQ-in işçiləri peşəkar milli namizədlərdən hazırlanmış qısa siyahıdan seçiləcəkdir.

(e)    LİQ-in Avadanlığı: LİQ avadanlıqları milli kotirovka sorğusu ilə alınacaqdır.

 

3.2. Agent İİB-in adından aşağıdakılarla əlaqədar Podratçı ilə Müqavilə bağlamalıdır:



 

(a)   Müqavilənin müddəa və şərtləri: İİB və Agent arasında razılaşdırılmalıdır.

(b)   Müqavilənin qiyməti 64,830,000.00 (ALTMIŞ DÖRD MİLYON SƏKKİZ YÜZ OTUZ MİN) ABŞ DOLLARI MƏBLƏĞİNİ AŞMAMALIDIR.

(c)    Tikinti işləri İlk Ödəniş apardıldığı gündən etibarən 48 (qırx səkkiz) ay müddətindən gec olmayaraq başa çatmalıdır.

(d)   Müqavilə çərçivəsində işlərin təsviri bu Sazişin Əlavə I-ində qısa, Müqavilədə isə detallı şəkildə öz əksini tapacaqdır.

(e)    Başa çatdıqdan sonra İşlər bir başa Agent tərəfindən qəbul ediləcəkdir.

(f)     Müqavilənin şərt və müddəaları Agent Müqavilənin şərtlərini qəbul etməzdən öncə İİB tərəfindən təsdiq edilməlidir.

(g)    Müqavilədə şərt qoyulacaqdır ki, Podratçı ticarətdə müştəri olaraq özünün bütün risklərini sığorta etdirməlidir və sığorta İİB üçün ABŞ dolları və ya başqa digər qəbul edilən valyutalarla ödənilə bilən olmalıdır.

 

MADDƏ-IV

MÜQAVİLƏYƏ DƏYİŞİKLİKLƏR VƏ DÜZƏLİŞLƏR

 

Agent İİB-ın qabaqcadan yazılı razılığı olmadan müqaviləyə (a) müqavilə məbləğinin artması ilə nəticələnəcək, (b) müqavilənin bitmə tarixinin uzadılması ilə nəticələnə biləcək, (c) spesifikasiyaya dəyişikliklərlə nəticələnə biləcək, (d) təcrübədə normal qəbul edilməyəcək dəyişiklər etməməlidir.



 

MADDƏ-V

MƏSLƏHƏTÇİNİN TƏYİN EDİLMƏSİ

 

5.1.     İİB və Agent arasında razılaşdırılır ki, detallı mühəndis layihələndirməsi və tikintiyə nəzarət üçün məsləhətçi (“Məsləhətçi”) İİB-ə Üzv Ölkələrin məsləhətçi şirkətləri arasından İİB-in prosedur və təlimatlarına uyğun şəkildə İİB və Agent arasında razılaşdırılaraq seçiləcəkdir. Məsləhətçi İİB tərəfindən ödənilməli olan bütün ödəniş müraciətlərini yoxlamağa məsuldur. Məsləhətçi həmçinin, bütün fəaliyyətlərin əlaqələndirilməsinə, müntəzəm gedişat hesabatları verməyə, işlərin icrası zamanı İİB-ın qayda və prosedurlarına əməl edilməsinə əmin olmağa cavabdehdir.



5.2.     Məsləhət xidmətlərinin göstərilməsinə dair Müqavilənin Texniki Tapşırığı qısa siyahıya düşmüş məsləhətçiyə Tenderə Dəvət sənədi verilməzdən öncə Agent və İİB arasında razılaşdırılmalıdır.

5.3.     Agent seçilmiş məsləhətçi şirkət ilə danışıqları İİB ilə əlaqədə aparmalıdır. Yekun razılaşmalar İİB və Agentin təsdiqi üçün subyektdir.

5.4. Agent öhdəsinə götürür ki, Müqavilənin idarə edilməsini yüksək standartlara uyğun aparacaqdır və monitorinqlər vasitəsilə nəzarət edəcəkdir (burada 5.1, 5.2, və 5.3 bəndlərinə istinadən Məsləhətçinin köməyi ilə), Podratçı tərəfindən işlər vaxtında, büdcəyə və tələb olunan standartlara uyğun aparılacaqdır.

5.5. Qabaqcadan xəbərdarlıq edilmədən 5.4-cü bəndə görə Agent aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

(a)    Praktiki formada İİB-ə detallı şəkildə hər hansı yubanmalarla və ya ondan asılı olmayan yubanmalarla əlaqədar məlumat vermək;

(b)    Azərbaycan qanunlarına əsasən İşlərin icrası üçün lazım olan bütün inzibati və prosedural problemləri həll etmək.

(c)    İşlərin müqavilə və texniki spesifikasiyasına uyğun başa çatdırılmasına əmin olduğu təqdirdə İlkin Qəbul Sertifikatını və Son Qəbul Sertifikatını imzalamaq.

5.6.     Burada Maddə-V-in müddəaları pozulduğu təqdirdə, Agent Podratçıya təlimat verirsə və nəticədə müqavilənin qiyməti bahalaşırsa və ya İİB hər hansı tərəfə hər hansı iddia üçün məsul olursa, itkiyə, zərərə və ya xərclərə görə o zaman Agent Müqavilə məbləğinin artırılması barədə İİB-nı inandırmalı və ya İİB-i bu cür iddia, zərər, itki və ya xərclərdən qorumalıdır.

5.7.     Razılaşdırılır ki, Agent bu Saziş və Müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirmək üçün lazımi qədər şəxsi heyətini ayıracaqdır.

5.8.     Agent bu Saziş çərçivəsində İİB-ın nəzarətçisi kimi təyin olunmasına görə İslam İnkişaf Bankından heç bir əlavə ödəniş tələb etməyəcəkdir.

 

MADDƏ-VI

TƏSDİQ OLUNMUŞ MƏBLƏĞİN ÖDƏNİLMƏSİ

 

6.1.     İİB Təsdiq Olunmuş Məbləği Müqavilədə göstərildiyi kimi və İİB-ın Ödəniş Prosedurlarına uyğun ödəyəcəkdir.



6.2.     İlkin Ödəniş üçün Müraciət Vaxtı: Əgər Effektivlik Tarixindən və ya bu barədə məktub alandan sonra 180 gün müddətində və ya Agent və Bank arasında razılaşdırılmış hər hansı daha gec bir müddətdə Agent Banka ödəniş üçün müraciət təqdim etməzsə, Bank Agentə xəbərdarlıq edərək bu sazişi dayandıra bilər.

6.3.     Ödənişin Bağlanma Tarixi: 31.12.2016-cı il və ya bu müqavilə çərçivəsində vəsait almaq üçün Agent və Bank arasında razılaşdırılmış hər hansı son tarix.

6.4.     6.1-ci maddədə xəbərdarlıq edilmədən Agent aşağıdakıları edəcəkdir:

(a)        Məsləhətçiyə ilk ödəniş aparmaq üçün müraciət etdikdə Məsləhətçinin müqaviləsinin bir nüsxəsini təqdim etməlidir.

(b)       Müqavilə çərçivəsində İlk Ödəniş üçün müraciət edirsə Müqavilənin imzalanmış nüsxəsini (əgər qabaqca təqdim edilməmişdirsə) təqdim etməlidir. Həmçinin 3.2(g) maddəsində olduğu kimi sığorta şərtlərinin bir nüsxəsini də təqdim etməlidir.

6.5. İİB bu Sazişin müddəalarına uyğun olmayan formalarda verilmiş ödəniş müraciətinə və ya natamam və ya düzgün hazırlanmamış sənədlərə əsasən ödəniş aparmaq öhdəliyi daşımır. Əgər Ödəniş Müraciəti bu Sazişə uyğun olmazsa və ya sənədlər tələb olunan qaydalarda olmazsa ödənişin yubanmasına Agent cavabdehdir.

 

MADDƏ-VII

İŞLƏRİN TƏHVİL GÖTÜRÜLMƏSİ

 

7.1.      Razılaşdırılır ki, Müqavilədə göstərildiyi kimi, işlər tam başa çatdıqdan sonra Agent onu təhvil götürsün. İşlərin qəbulu zamanı hər hansı yubanmalara görə dəymiş zərər üçün İİB Agent qarşısında heç bir öhdəlik daşımır.



7.2.      Şübhələri aradan qaldırmaq üçün razılaşdırılır ki, Agent Yekun Qəbul Sertifikatını imzaladıqdan sonra işləri qəbul etmək istəməzsə Agent bundan irəli gələn hər hansı zərər, itki və xərci Banka ödəməlidir.

 

MADDƏ-VIII



TƏMSİLÇİLİK VƏ SƏLAHİYYƏTLƏR

 

Agent təmsil edir və zəmanət verir ki:



8.1. Onun bu Sazişə girmək səlahiyyəti vardır və bu Sazişi imzalamaq və bundan irəli gələn öhdəlikləri yerinə yetirmək üçün bütün səlahiyyətlərə malikdir;

8.2.     Bu Saziş çərçivəsində Agentin öz üzərinə götürdüyü öhdəliklər qanunidir və müddəalar əsasında Agent bu öhdəlikləri öz üzərinə götürür.

8.3.     Bu Sazişin icrası və Agentin öz öhdəliklərini yerinə yetirməsi hər hansı saziş və ya qanunun təsirindən dəyişdirilə bilməz;

8.4.     Azərbaycan qanunlarından irəli gələn bütün fəaliyyətlər, şərtlər (mübadiləyə nəzarət də daxil) icra edilməlidir ki (i) Agent tam hüquqlarla bu Sazişə girə bilsin və bundan irəli gələn öhdəlikləri icra edə bilsin. (ii) əmin olmalıdır ki, bu Saziş ilə üzərinə götürdüyü öhdəliklər hüquqi qüvvəyə malikdir və məcburidir və (iii) Bu Saziş Azərbaycan Respublikasının Konstitusiya və Qanunlarına gələcəkdə edilə biləcək hər hansı dəyişiklikdən asılı olmadan hüquqi qüvvəyə malikdir.

 

MADDƏ-IX

TƏMİNAT

 

9.1. Agent İİB-ə zəmanət verir ki, onu tam vergi sonrası əsaslarla (tətbiq olunan yerli və xarici vergi dərəcələri ilə) qorusun, saxlasın və təhlükəsiz vəziyyətdə bütün öhdəlik, xərc, itkilərdən, cərimələrdən, ehtiyaclardan, tədbirlərdən, mühakimə və xərclərdən, hüquqi xərclərdən (bu Sazişin məcburi öhdəliklərindən də irəli gələn hüquqi xərclər də daxil) və ya İİB-ə qarşı qaldırıla biləcək aşağıdakı iddia və xərclərdən qoruyacaqdır:



(a) Bu Saziş çərçivəsində və ya Məsləhətçi Müqaviləsi çərçivəsində sahibkarlıq, mənsubiyyət, istifadə, sənədləşmə, yerdəyişmə, qayıtma və digər müraciətlərdən və aşağıdakı xoşagəlməz hallardan:

(i) istənilən əmlaka zərər vurmadan və ya hər hansı insanı öldürmək və yaralamadan;

(ii) İşlərdə aşkar və ya gizli deffektlərdən;

(iii) Vətəndaş hüquqlarının pozulmasından irəli gələn hər hansı iddiadan;

(iv) patent, ticarət nişanı və ya müəlliflik hüquqlarının pozulmasından irəli gələn hər hansı müddəadan;

(v) Ətraf mühitin mühafizəsi haqqında qanunvericilikdən və konvensiyalardan irəli gələn hər hansı iddialardan;

(vi) işlərin sənədləşməsindən və ya üzərində iş gedən torpaqdan irəli gələn iddialardan;

(vii) Müqavilə və Akkreditivlə bağlı meydana çıxan və ya Məsləhətçi Müqaviləsindən ortaya çıxan mübahisə və iddialardan

 

(b) Agent və ya Podratçının səhvindən və ya müvəffəqiyyətsizliyindən, bu müqavilənin hər hansı müddəasının pozulmasından və ya hər hansı sənəd, razılaşma və ya İşlərlə bağlı hər hansı müqavilənin şərtlərinin pozulmasından, lakin İİB səhvi ilə əlaqədar bu Saziş çərçivəsində öhdəliklərin yetirilməməsi səbəbindən olmadıqda, İİB-ın imzaladığı müqavilə və ya sənədlər səbəbindən olmadıqda;



(c ) istənilən iddialar, əmlak üzərində girov qoymalar, təhlükəsizlik maraqları, və əmlak üzərində həbs və ya sahibkarlıqla bağlı hüquqi proseslərdən və ya iş gedən torpaq üzərindəki həbs və ya başqa hüquqi proseduralardan

 

9.2. Agent İİB-ə İİB-ın zərərə məruz qaldığı və ya qala biləcəyi hallarda dərhal məlumat verməlidir. Agentin işçisi tərəfindən və ya Agentin adından qaldırılmış İİB-ə qarşı iddia və tədbirlər də daxil olmaqla Fəsil 9.1-də göstərilmiş zərərlərə xüsusi baxılmalıdır, qanunla Agentin tətbiq edə biləcəyi toxunulmazlıq hüquqları araşdırılmalıdır. İİB tərəfindən Agentə müraciət ediləcəkdir və Agent (istənilən halda bu müraciət ediləndən 15 gün müddətində) onun fəaliyyəti ilə bağlı zərərin məbləğini İİB-ə geri qaytaracaq və ya bu məbləği bir başa ödəyəcəkdir. Agent İİB-ın hüquqlarına subroqasiya etməlidir, istənilən halda Fəsil 9.1-dəki məbləği ona ödəməlidir. İİB-ə qarşı istənilən halda tədbir və ya prosedur aparılarsa, İİB yazılı məlumat aldıqdan sonra Agentə xəbər verməli və İİB-ə bu iddia və ya prosedurla əlaqədar təqdim olunmuş bütün sənədlərin surətini müraciətə əlavə etməlidir. Agent İİB-ın müraciətinə əsasən Agentin öz xərci ilə tədbir və prosedurlara qarşı Bankı qorumalıdır və ya İİB-ın da qəbul etdiyi və Agent tərəfindən seçilmiş nümayəndəsi vasitəsilə İİB-ı müdafiə etməlidir. Agent bu məsələdə uğursuzluğa düçar olarsa Agent İİB-ə dəymiş bütün zərəri və xərcləri ödəyəcəkdir (nümayəndəsinin xərcləri də daxil).



 

MADDƏ - X

HESABATLAR

 

Agent öz öhdəsinə götürür ki, İİB-ə aşağıdakı hesabatları təqdim etsin:



 

a)        Sazişin effektiv olduğu aydan 3 (üç) ay müddətində və bundan sonra hər üç ayda Müqavilənin icrası və layihənin gedişi barədə İİB-ın vaxtaşırı istədiyi formalarda hesabat verməlidir;

b)        Yekun Qəbul Sertifikatı veriləndən dərhal sonra lakin bu cür Sertifikat verildikdən sonra 6 aydan gec olmayaraq İİB-ın istədiyi formada detallarla Tikinti İşlərinin bitməsi və Layihənin ilkin əməliyyatı barədə hesabat verməlidir;

c)        İİB-nın vaxtaşırı istədiyi hər hansı başqa hesabat

 

MADDƏ – XI

İMTİNA

 

Bu Saziş çərçivəsində İİB hüquqlarının tətbiqi və ya təsdiqində İİB tərəfindən yanlışlıqlar və ya yubanmalar olarsa və ya eynilə Agentə qarşı qoruma və ya təsdiq etmə tədbirlərini görməkdə yubanarsa və ya uğursuzluğa düçar olarsa, bu hüquq və tədbirlər xatırladılmayacaqdır və bu hüquq və tədbirlərdən imtina üçün qanunvericiliyə müraciət edilməyəcəkdir.



 

MADDƏ XII

EFFEKTİVLİK TARİXİ

 

Bu Saziş İstisna Sazişi qüvvəyə mindiyi tarixdən etibarən effektiv olacaqdır.



 

MADDƏ - XIII

İDARƏEDİCİ QANUNVERİCİLİK-

MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ

 

13.1.     Bu Saziş İslam Şəriəti qanunları əsasında hazırlanmışdır və İslam Şəriəti qanunları ilə idarə edilir (İslam Konfransının, İslam Fiqh Akademiyası tərəfindən göstərildiyi şəkildə yaxud da İslam İnkişaf Bankı Şəriət Komitəsinin və İslam Maliyyə Təşkilatlarının Mühasibatlıq və Audit təşkilatı tərəfindən nəşr edilmiş Şəriət Standartlarına əsasən).



13.2.     Bu Sazişlə əlaqədar tərəflər arasında yaranmış hər hansı mübahisəli məsələlər və ya tərəflərdən hər hansı birinin digərinə qarşı qaldırdığı iddialar əgər bir tərəfin o biri tərəfə müraciətindən sonra 30 (otuz) gün müddətində qarşılıqlı razılıq əsasında həll edilə bilmirsə, Dubayda Birləşmiş Ərəb Əmirliyində Beynəlxalq İslam Mərkəzinin Münaqişələrin Həlli və Arbitr mərkəzinin arbitraj şöbəsinə baxılmaq üçün təqdim ediləcəkdir. Arbitrajın qərarı mübahisəli məsələlərin həllində bütün qanunlardan və tərəflərin birinin digərinə qaldırdığı hər hansı iddialardan üstün olacaqdır.

13.3.     Əgər qarşı tərəfə üstünlük verildikdən sonra 30 (otuz) gün müddətində tərəflərə çatdırılarsa, üstünlük münasib olmazsa, istənilən tərəf məhkəməyə müraciət edə bilər, və ya üstünlüyü qüvvəyə mindirə bilən proseduraları tənzimləyən təşkilatlara müraciət edə bilər, bu mühakiməni icra etdirə bilər və ya digər tərəfə qarşı bu sazişin şərtlərinə uyğun digər tədbirlər görə bilər.

13.4.     Bu Sazişin hər iki tərəfi razılaşır ki, bu Saziş çərçivəsində kompensasiyalar istənilən yurisdiksiyalarda (məhkəmələrdə) onların fondlarına (əmlaklarına) qarşı yönələ bilər. Bu Sazişin tərəfləri burada bu Sazişlə bağlı hər hansı təzyiq formasından, hər hansı etirazdan, hüquqi prosesdən və ya fondları (əmlakları) olan yurisdiksiyaya çıxarmaqdan qəti şəkildə imtina edirlər, və bundan sonra əlavə olaraq bu iddiaları hər hansı yurisdiksiyaya çıxarmaqdan imtina edirlər.

13.5.     Bundan əlavə bu Sazişin tərəfləri istənilən məhkəmələrdə özlərinin və ya əmlaklarının məhkəmə və icraatda toxunulmazlıq hüquqlarının olması barədə iddia qaldıra bilərlər (icra zamanı, üstünlük verilməzdən qabaq və ya mühakimə zamanı və ya digər hallarda) və ya digər hüquqi proses, və ya bundan əlavə istənilən bu cür məhkəmələrdə təyin edilə bilərlər və ya onların əmlaklarının toxunulmazlığı müəyyənləşə bilər (iddia edildikdə və ya edilmədikdə), bu cür tərəf razılaşır ki, iddia qaldırmayacaq və bu toxunulmazlıqdan qəti şəkildə imtina edəcəklər.

 

MADDƏ –XIV

XƏBƏRDARLIQLAR

 

14.1.       Bu Saziş çərçivəsində istənilən müraciət və xəbərdarlıqlar digər tərəfə məktub və ya teleks vasitəsilə yazılı surətdə verilməlidir. Bu müraciət əl ilə verilə bilər, poçtla, telekslə, faksla Fəsil 14.2-də göstərilmiş tərəflərin ünvanlarına çatdırıldıqda verilmiş sayılır.



14.2.       Fəsil 14.1-də istifadə etmək üçün tərəflər ünvanlarını aşağıdakı kimi verirlər:

 

Agent üçün:

Azərbaycan Respublikası Hökuməti

İqtisadi İnkişaf Nazirliyi

Bakı, Azərbaycan

Tel: 99 412 493 88 67

Fax: 99 412 492 58 95

E-mail: office@economy.gov.az

 

İcraçı Agentlik üçün:

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi (DMSTK)

Xətai məhəlləsi

Naxçıvan şəhəri, Azərbaycan

Tel: 99 413 6447303

Fax: 99 413 6453067

 

İİB üçün:

İslam İnkişaf Bankı

P.O. Box:5925

Ciddə-21432

Səudiyyə Ərəbistanı Krallığı

Telex: 601137 İSDB SJ

Faks: +96626366871

 

(Maddələrin sonu)



Yüklə 278,89 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin