Azərbaycan respublikasinin prezidenti yaninda



Yüklə 38,23 Kb.
tarix15.12.2018
ölçüsü38,23 Kb.
#85993

Layihə
Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının



2017-ci il qrant müsabiqəsinin
ŞƏRTLƏRİ

Ərizə təqdim edən QHT üçün tələblər:

  • QHT-nin dövlət qeydiyyatı və bank hesabı olmalı

  • QHT müsabiqəyə yalnız bir layihə təklifi təqdim edə bilər


Ərizələrin təqdim olunması üçün texniki tələblər

  • QHT ilk növbədə Şuranın www.e-qht.az saytında “Elektron ərizə” bölməsinə daxil olaraq “özünün VÖEN-ni və parolunu (azı 5 simvol) müvafiq xanalarda qeyd etməklə “Qeydiyyat” düyməsini sıxır və qeydiyyatdan keçir.

  • Elektron ərizənin qeydiyyatının Şura tərəfindən təsdiqlənməsi üçün QHT elektron bazada “Təşkilat haqqında” bölməsinə daxil olur və QHT haqqında tələb olunan bütün məlumatları müvafiq xanalara əlavə etməli, həmçinin tələb edilən hüquqi sənədlər yükləməli və “Şuraya göndər” düyməsini sıxmalıdır.

  • Tələb olunan qaydada təqdim olunan sənədlər Şura tərəfindən qeydə alınır, bu barədə QHT-nin elektron poçtuna, e-qht.az saytındakı mesaj ünvanına və mobil nömrəsinə smslə bildiriş göndərilir.

  • Yalnız elektron ərizəsi Şura tərəfindən qeydə alınmış və bu barədə müvafiq bildiriş almış QHT-lər Şuraya layihə təklifi təqdim edə bilər.

  • Qeydiyyatı Şura tərəfindən təsdiqlənən QHT, layihə sənədlərini təqdim etmək üçün VÖEN və parol ilə bazaya daxil olur, “Layihələr” bölməsində əsas məlumatları və layihə sənədlərini əlavə edir. Bütün məlumatları və layihə sənədlərinin daxil etdiyinə əmin olduqdan sonra “Şuraya göndər” düyməsini sıxır.

  • Şuraya göndər” düyməsini sıxdıqdan sonra QHT bazada ona aid olan məlumatlara və layihə sənədlərinə heç bir dəyişiklik edə bilmir.

  • Şəxsən və ya poçtla təqdim olunan ərizələr qəbul olunmur.  


Təşkilat haqqında” bölməyə əlavə olunan sənədlər:

  1. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti.

  2. VÖEN-nin surəti.

  3. Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış).

  4. Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların tərcümeyi-halı (CV) və işinin təsviri.

  5. Birgə layihələr olduğu təqdirdə birgə fəaliyyətə dair imzalanmış və möhürlənmiş müqavilə

  6. Dəstək məktublarının surətləri (əgər varsa).

  7. QHT-nin Nizamnaməsinin surəti


Layihələr” bölməsinə əlavə olunan sənədlər:

  1. Tam layihə təklifi (Şuranın tərtib etdiyi formada)

  2. Layihənin icra planı (Şuranın tərtib etdiyi formada)

  3. Layihənin büdcəsi (Şuranın tərtib etdiyi formada), Microsoft Excel proqramında tərtib olunmuş, hesablamalar baxımından proqramlaşdırılmış elektron formada.

  4. Film və video çarxların ssenarisi (bu istiqamətdə olan layihələr üçün).

  5. Təlim materiallarının qısa xülasəsi (bu istiqamətdə olan layihələr üçün).



Çap məhsulları, film (o cümlədən klip və çarxlar ), sayt, təlim, seminar və konfranslar üçün xüsusi tələblər


  • Çap məhsulları (kitab, buklet, broşur və s.)

    • İctimai əhəmiyyət kəsb edən mövzu üzrə kitab nəşrini təklif edən QHT mövzuya dair ixtisaslaşmış qurumların rəyini təqdim edir;

    • Çap məhsulunun 1-ci səhifəsinin yuxarısında sol tərəfdə dövlət gerbinin rəngli təsvirinin altında “Bu kitab (buklet, broşur) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmişdir” cümləsi yazılmalıdır;

    • Layihənin büdcəsində çap məhsulunun həcmi göstərilməlidir;

    • Çap məhsulu çapa hazırlandıqdan sonra ofis printerində çap olunaraq Şuraya təqdim olunur və Şura Katibliyinin Redaksiya Komissiyasının müvafiq rəyindən sonra mətbəənin texniki standartlarına uyğun olaraq yüksək keyfiyyətlə çap edilir;

    • Çap məhsulundan 20 nüsxə Şuraya təqdim olunur. Yerdə qalan nüsxələrin istifadəsi haqqında Şuraya məlumat verilir;

    • Çap məhsulunun təkrar çapına və yayılmasına yalnız Şuranın razılığı ilə icazə verilir;

    • Çap məhsulunun məzmununa və üslubuna Şura məsuliyyət daşımır.




  • Film (klip, çarx) çəkilişi

    • Filmin çəkilişini təklif edən təşkilat filmin ssenarisini təqdim etməli, dəqiq həcmini göstərməli, müvafiq rəyi layihəyə əlavə etməlidir. Klip və çarxlar haqqında isə ətraflı məlumat verilməlidir;

    • Filmin (klip, çarx) əvvəlində və sonunda (çarxdırsa sonunda) “Bu film (klip, çarx) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmişdir” cümləsi yazılmalıdır;

    • Filmin (klip, çarx) 2 nüsxəsi Şuraya təqdim olunur;

    • Film (klip, çarx) hazır olduqdan sonra Şura tərəfindən baxılır və yalnız Şuranın razılığı ilə yayımlanmasına icazə verilir;




  • Saytın hazırlanması

    • Saytın strukturunun və dizaynının lokal versiyası Şura ilə razılaşdırıldıqdan sonra sayt virtual məkanda aktivləşdirilir;

    • Şuranın maliyyə yardımı ilə yaradılan saytlarda, saytın sol tərəfindəki panelin yuxarı hissəsində dövlət gerbinin rəngli təsvirinin altında “Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır” cümləsi yazılmalıdır;

    • Şuranın maliyyə yardımı ilə yaradılan saytlar layihə müddəti başa çatdıqdan ən azı 2 il müddətinə qədər öz fəaliyyətini davam etdirməlidir.




      • Təlim, Seminar və Konfransların təşkili

    • Layihədə təlimlərin keçirilməsi nəzərdə tutulduğu hallarda təlimin mövzuları və təlimçilərin CV-ləri əlavə olunur;

    • Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin proqramı, gündəliyi, iştirakçıların sayı barədə ilkin məlumatlar layihəyə əlavə olunur;


Layihənin müddəti

  • Layihənin müddəti 3 aydan 6 ayadək ola bilər.


Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər

  • Elektron bazada “Təşkilat haqqında” bölməyə əlavələr yüklənmədikdə.

  • Əvvəlki müsabiqədə Şura tərəfindən maliyyələşdirilmiş layihənin icra müddəti başa çatmadıqda;

  • Əvvəlki müsabiqədə qrant almış, layihənin icrası başa çatmış QHT-nin Şuraya müvafiq hesabat təqdim etmədikdə;

  • Əvvəlki qrant müsabiqəsi zamanı Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərlə bağlı araşdırmaların başa çatmadıqda.


Layihənin texniki seleksiyadan keçməməsi üçün səbəblər

  • Layihənin, icra planının və xərclər smetasının hər hansı birinin Şuranın qəbul etdiyi formalara uyğun olmadıqda.

  • Layihədə, icra planında və xərclər smetasının hər hansı birində QHT-nin və onun rəhbərlərinin adının yazılması.

  • Layihənin ümumi büdcəsinin Şura tərəfindən müəyyən edilən məbləğdən çox olması.

  • Əvvəlki ildə icra etdiyi layihənin Şura katibliyi tərəfindən qiymətləndirilməsində aşağı bal topladığına görə.

  • Qeydə alınmış ərizədə VÖEN-in QHT-yə məxsus olmadığı aşkarlandıqda.

  • Layihədə təklif olunan problemin QHT-nin missiyasına və onun Nizamnaməsindəki fəaliyyət istiqamətlərinə uyğun olmadıqda


SEÇİM MEYARLARI


  1. Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı, ə Şuranın elan etdiyi istiqamət və mövzulara uyğunluğu;

  2. Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;

  3. Layihə müəllifinin qoyulan problemi aydın təsvir etməsi və əsaslandırması;

  4. Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;

  5. Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;

  6. Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;

  7. Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;

  8. Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi;

  9. İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı;

  10. Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri;

  11. Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;

  12. Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;

  13. Layihənin davamlılıq göstəriciləri;

  14. Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu;

  15. Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu;

  16. Layihəni təqdim etmiş təşkilatın resursları, təcrübəsi və layihə idarə etməsi üzrə bacarığı;


Qeyd:

İxtisaslaşdığı və iş təcrübəsi çox olan sahə üzrə ərizə təqdim edən QHT-lərin layihələrinə üstünlük veriləcək.

QİYMƏTLƏNDİRİLMƏ QAYDASI
Şuraya təqdim olunan elektron ərizələrin və layihələrin qiymətləndirilməsi 4 mərhələdə aşağıdakı qaydada həyata keçirilir:

  • 1-ci mərhələ - Layihə təklifinin qəbulu.

Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.

  • 2-ci mərhələ - Ərizə və layihə təkliflərinin ilkin seleksiyası.

Bu mərhələ təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası.

Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.

  • 4-cü mərhələdə Şurada layihələrin yekun müzakirəsi aparılır və qərar qəbul edilir. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.




Yüklə 38,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin