Azərbaycan respublikasinin qoşulduğu beynəlxalq konvensiyalar



Yüklə 135,5 Kb.
səhifə17/18
tarix31.12.2021
ölçüsü135,5 Kb.
#113179
1   ...   10   11   12   13   14   15   16   17   18
4 Medeni ve tebii irs KONVENSu0130YA

I.TƏRİFLƏR

Arxeoloci qazıntılar

1.Bu Tövsiyədə «arxeoloci qazıntılar» anlayışı onların torpaq işləri və ya yer səthinin müntəzəm tədqiqi, yaxud bu və ya digər üzv-dövlətin daxili və ya ərazi sularının təkinin, yaxud torpaqaltı qatlarının tədqiqi yolu ilə aparılmasından asılı olmayaraq, bütün arxeoloci qalıq axtarışlarına aiddir.

Qorunan dəyərlər

2. Bu Tövsiyənin müddəaları ictimai baxımdan hansısa tarixi və ya bədii əhəmiyyətə malik bütün maddi qalıqlara aiddir; həm də, YUNESKO-nun hər bir üzv-dövlətinin ərazisindəki qalıqların əhəmiyyətini özünün qoyduğu meyarlar əsasında müəyyən etmək hüququ saxlanılır. Bu Tövsiyədə nəzərdə tutulan qaydalar, o cümlədən, sözün ən geniş mənasında arxeoloci maraq doğuran qədim abidələrə və əşyalara tətbiq edilməlidir.

3.Arxeoloci abidələrin ictimai əhəmiyyətini müəyyən edən meyarlar bu işin abidələrin qorunub saxlanmasına aid olmasından və ya tədqiqatçıların üzərinə qoyulan öz gəşflərini və tapıntılarını elan etmək vəzifəsindən asılı olaraq dəyişə bilərlər.

a) Birinci halda, müəyyən tarixə qədərki epoxalara aid bütün abidələrin qorunmalı olmasına dair meyardan şəksiz imtina etmək lazımdır; qorunma meyarları ya onların bu və ya digər epoxaya aidliyi, ya da qanunla müəyyən edilmiş minimal yaşları olmalıdır.

b) İkinci halda, üzv-dövlətlərin aşkar etdikləri bütün qədim abidələr və əşyalar haqqında xəbər vermələrini tədqiqatçıların, yaxud bu və ya digər arxeoloci abidəni açan şəxslərin öhdəsinə bir vəzifə olaraq qoymaqla, daha geniş meyarlar müəyyən etmələri münasib olardı.




Yüklə 135,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin