V.BƏYNƏLXALQ YARDIMIN ŞƏRTLƏRİ VƏ GÖSTƏRİLMƏ FORMALARI
Maddə 19
Bu Konvensiyanın hər hansı tərəf-dövlətləri görkəmli universal dəyərə malik və onun ərazisində yerləşən mədəni və təbii irs dəyərlərinin nəfinə bəynəlxalq yardım göstərilməsi barədə xahişlə müraciət edə bilər. O, öz sifarişi ilə birlikdə 21-ci maddədə nəzərdə tutulan və Komitənin qərar qəbul etməsi üçün zəruri olan sərəncamındakı informasiya və sənədləri təqdim etməlidir.
Maddə 20
Bu Konvensiyaya müvafiq olaraq beynəlxalq yardım ancaq Ümumdünya irsi Komitəsinin 13-cü maddənin 2-ci bəndinə, 22-ci maddənin s bəndinə və 23-cü maddəyə əsasən 11-ci maddənin 2 və 4-cü bəndlərində xatırlanan siyahılardan birinə daxil etdiyi, yaxud daxil etməyi qərara aldığı mədəni və təbii irs dəyərləri üçün göstərilə bilər.
Dostları ilə paylaş: |