Azərbaycan respublikasinin qoşulduğu beynəlxalq konvensiyalar



Yüklə 135,5 Kb.
səhifə11/18
tarix31.12.2021
ölçüsü135,5 Kb.
#113179
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
4 Medeni ve tebii irs KONVENSu0130YA

Maddə 21

1.Ümumdünya irsi komitəsi Fondun beynəlxalq yardım göstərməsi barədə ona daxil olan sifarişlərə baxılması prosedurasını müəyyən edir, xahişin ehtimal edilən əməliyyatın xarakterini, görülməli işlərin həcmini, sonuncuların təxmini qiymətini, təcililik dərəcəsini və yardım üçün müraciət etmiş dövlətin bütün lazımi xərcləri müstəqil çəkməsinə imkan verməyən səbəbləri müəyyən etməli olan məzmununu dəqiqləşdirir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────────────────

9

Sifarişlər hər dəfə, mümkün olduqda, ekspertlərin rəyi ilə qüvvətləndirilməlidir.



2.Qəza və təbii fəlakət halları üçün nəzərdə tutulan ehtiyat fonduna malik olmalı olan Komitə belə hallarla bağlı verilmiş sifarişlərə, ehtimal ki, həyata keçirmək lazım gələcək işlərin təcililiyinə görə, ilk növbədə baxmalıdır.

3.Komitə qərar qəbul etməzdən əvvəl lazım saydığı tədqiqatlar və məsləhətləşmələr apara bilər.



Maddə 22

Ümumdünya irsi Komitəsinin yardımı aşağıdakı formalarda ola bilər:

a) bu Konvensiyanın 11-ci maddəsinin 2 və 4-cü bəndlərində müəyyən edildiyi təhər mədəni və təbii irsin mühafizəsinin qorunub saxlanmasının, bərpasının və populyarlaşdırılmasının irəli sürdüyü bədii, elmi və texniki problemlərin tədqiq;

b) təsdiq edilmiş layihələrin qənaətbəxş yerinə yetirilməsini təmin etmək üçün ekspertlərin, texniklərin və ixtisaslı fəhlələrin göndərilməsi;

s) mədəni və təbii irsin üzə çıxarılması, mühafizəsi, qorunub saxlanması, bərpası və populyarlaşdırılması sahəsində bütün səviyyələrdə mütəxəssis hazırlığı;

d) maraqlı dövlətlərin malik olmadıqları, yaxud əldə etmək iqtidarında olmadıqları avadanlığın verilməsi;

e) aşağı faizli, yaxud faizsiz uzunmüddətli kredit verilməsi;

f) müstəsna və məxsusi əsaslandırılmış hallarda əvəzsiz maliyyə yardımı göstərilməsi;



Maddə 23

Ümumdünya irsi komitəsi, həmçinin, mədəni və təbii irsin üzə çıxarılması, mühafizəsi, qorunub saxlanması, bərpası və populyarlaşdırılması sahəsində bütün səviyyələrdə milli və ya regional mütəxəssis hazırlığı mərkəzlərinə beynəlxalq yardım göstərə bilər.



Maddə 24

Böyük miqdarda yardımdan əvvəl əsaslı elmi, iqtisadi və texniki tədqiqatlar aparılmalıdır. Bu tədqiqatlarda mədəni və təbii irsin ən qabaqcıl mühafizə, qorunub saxlanma, bərpa və populyarlaşdırma metodlarından istifadə edilməli və onlar bu Konvensiyanın məqsədlərinə cavab verməlidir. Tədqiqatlarda, həmçinin, maraqlı dövlətin mövcud ehtiyatlarından rasional istifadə edilməsinə imkan verən yollar da müəyyən olunmalıdır.



Maddə 25

Prinsipcə zəruri işlərin maliyyələşdirilməsi yalnız qismən beynəlxalq birliyə həvalə edilməlidir. Beynəlxalq yardımdan istifadə edən dövlətin maliyyə iştirakı, onun ehtiyatları buna imkan vermədiyi hallar istisna olmaqla, hər proqram, yaxud layihə üçün ayrılan vəsaitin xeyli hissəsini təşkil edir.



Maddə 26

Ümumdünya irsi komitəsi və yardım alan dövlət bağladıqları sazişdə bu Konvensiyaya əsasən beynəlxalq yardım obyekti olan proqramın, yaxud layihənin həyata keçirilməli olduğu şərtləri müəyyən edirlər. Beynəlxalq yardımdan istifadə edən dövlət sazişdə müəyyən olunmuş şərtlərə görə qorunmalı dəyərlərin mühafizəsini, saxlanmasını və populyarlaşdırılmasını davam etdirməlidir.




Yüklə 135,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin