II.ÜMUMİ QAYDALAR
Arxeoloci irsin qorunması
4.Təşkilatın hər bir üzv-dövləti öz arxeoloci irsinin, o cümlədən, arxeoloci qazıntılarla bağlı meydana çıxan problemləri nəzərə almaq və bu Tövsiyənin müddəalarına əsaslanmaqla, qoruyub saxlanmalıdır.
5.O cümlədən, üzv-dövlətlərə:
a) arxeoloci qazıntıların aparılmasını müvafiq hakimiyyət orqanlarının nəzarətinə və qabaqcadan icazə verməsinə tabe etdirmək;
b) maddi qalıqları aşkar etmiş şəxslərin bu qəbil tapıntılar haqqında ən qısa müddətdə müvafiq hakimiyyət orqanlarına məlumat vermələrini bir vəzifə olaraq öhdələrinə qoymaq;
s) bu qaydaları pozanlara qarşı sanksiyalar tətbiq etmək;
d) gizlədilmiş əşyaların müsadirə edilməsinə icazə vermək;
e) arxeoloci yer təkinin tədqiq qaydalarını işləyib hazırlamaq və bu yer təki dövlət mülkiyyətidirsə, öz qanunvericiliyinə müvafiq göstəriş daxil etmək;
f) öz arxeoloci irsinin ən əhəmiyyətli ünsürlərini tarixi abidələr sırasına daxiletmə sistemini işləyib hazırlamaq tövsiyə olunur.
Arxeoloci qazıntıları mühafizə orqanları
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────────────
13
6.Yaranmış ənənələrin müxtəlifliyinə, üzv-dövlətlərin sərəncamlarındakı ehtiyatların bərabər olmamasına görə arxeoloci qazıntıları idarə edən vahid inzibati sistem yaradılması mümkün görülməsə də, yenə də, müvafiq dövlət idarələrinin hamılıqla qəbul edilmiş aşağıdakı prinsipləri rəhbər tutmalarına nail olmaq lazımdır:
a) arxeoloci idarələr dövlət orqanları, yaxud, heç olmasa, müvafiq qanunlar əsasında, lazım gəldikdə, tələb olunan təcili tədbirləri görməklərinə imkan verən vasitələrə malik orqanlar xarakteri daşımalıdırlar. Bütün arxeoloci işlərə ümumi rəhbərliyi həyata keçirən bu idarələr, bundan savayı, tədqiqat idarələri və universitetlərlə əməkdaşlıqda arxeoloci tədqiqat üsullarının tədrisini təmin etməlidirlər. Onlar, bununla yanaşı, mərkəzi arxivlərin yaradılmasını, onlara aid bütün qədim abidə və əşyaların yerləri göstərilməklə coğrafi xəritələrin tərtib olunmasını təmin etməli və müvafiq sənədləri bütün əhəmiyyətli muzeylərdə, keramika və ya ikonoqrafiya arxivlərində və i.a. cəmləşdirməlidirlər;
b) bu idarələr, məsələn: (i) onların lazımi fəaliyyəti; həmin ölkənin arxeoloci zənginliklərinə müvafiq iş planlarını yerinə yetirmək və xüsusilə elmi nəşrlərin buraxılması; (iii) təsadüfi kəşflərə nəzarət etmək; (iv) qazıntıları və abidələri lazımi qaydada saxlamaq üçün zəruri olan pul vəsaitinin mütəmadi olaraq gəlməsini təmin etməlidirlər.
7.hər bir dövlət aşkar edilmiş maddi qalıqların və arxeoloci dəyərlərin bərpasına mükəmməl nəzarət etməlidir.
8. «In siti» qorunub saxlanması zəruri sayılan abidələrin yeri yalnız müvafiq hakimiyyət orqanlarının icazəsi ilə dəyişdirilə bilər.
9.Bütün üzv-dövlətlərə müxtəlif epoxalara aid arxeoloci yerləri arxeologiya elminin və texnikanın ən yeni nailiyyətləri baxımından gələcəkdə tədqiq etmək məqsədilə onların tam, yaxud qismən toxunulmaz saxlanmasına dair tədbirlər görmələri tövsiyə olunur.
Qazıntı aparılan bütün ən başlıca yerlərdə, relyefin imkan verdiyi qədər, müəyyən sahələri gələcəkdə onların stratiqrafiyasını və həmin mədəni təbəqənin tərkibini yoxlamaq məqsədilə toxunulmamış saxlamaq olardı.
Dostları ilə paylaş: |