Azərbaycan respublikasinin qoşulduğu beynəlxalq konvensiyalar


Azərbaycan Respublikası Ali Sovetinin sədri



Yüklə 135,5 Kb.
səhifə2/18
tarix31.12.2021
ölçüsü135,5 Kb.
#113179
1   2   3   4   5   6   7   8   9   ...   18
4 Medeni ve tebii irs KONVENSu0130YA

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV.

Bakı şəhəri, 6 dekabr 1993-cü il.

№ 764.

ÜMUMDÜNYA MƏDƏNİ VƏ TƏBİİ İRSİNİN MÜHAFİZƏSİ HAQQINDA

K O N V E N S İ Y A

(16 noyabr 1972-ci il)

Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının 1972-ci il oktyabrın 17-dən noyabrın 20-dək Parisdə on yeddinci sessiyasına toplaşan Baş konfransı

Mədəni və təbii irsin təkcə ənənəvi xarab olma səbəblərindən deyil, həm də onları daha qorxulu ziyanvurucu və dağıdıcı hallarda ağırlaşdıran sosial və iqtisadi həyatın təkamülündən irəli gələn daha çox dağılma təhlükəsinə məruz qaldığını qeyd edərək,

Hər hansı mədəni və təbii irsin korlanması və ya yoxa çıxmasının dünyanın bütün xalqlarının sərvətini fəlakətli surətdə yoxsullaşdırdığını nəzərə alaraq,

Bu irsin milli səviyyədə mühafizə olunmasının böyük xərc tələb etməsi və müdafiə olunması dəyərin ərazisində yerləşdiyi ölkənin iqtisadi, elmi və texniki ehtiyatlarının çatışmamazlığı üzündən bir çox hallarda qənaətbəxş vəziyyətdə olmadığını nəzərə alaraq,

Təşkilatın Nizamnaməsində onun bəşəriyyətin ümumi irsinin konservasiyasını və mühafizəsini təmin etməklə, həmçinin, maraqlı xalqlara müvafiq beynəlxalq konvensiyalar tövsiyə etməklə tərəqqinin dəstəklənməsinə və biliklərin yayılmasına yardım edəcəyinin nəzərdə tutulduğunu nəzərə alaraq,

Mədəni və təbii dəyərlərin nəfinə olan mövcud beynəlxalq konvensiya, tövsiyə və qətnamələrin, hansı xalqa mənsub olmasından asılı olmayaraq, nadir və əvəzsiz dəyərlərin qorunub saxlanmasının bütün xalqlar üçün böyük əhəmiyyətə malik olduğunu sübut etdiyini sayaraq,

Mədəni və təbii irsin bəzi dəyərlərinin müstəsna maraq kəsb etdiyini və ona görə də bütün bəşəriyyətin ümumdünya irsinin bir hissəsi kimi qorunub saxlanmalı olduğunu nəzərə alaraq,

Onları hədələyən yeni təhlükələrin miqyası və ciddiliyi ilə bağlı bütün birliyin dəyərin ərazisində olduğu maraqlı dövlətin fəaliyyətini əvəz etməklə, onu səmərəli şəkildə tamamlayan kollektiv yardım göstərməklə və mədəni irsin mühafizəsində iştirak etməli olduğunu nəzərə alaraq,

Bu məqsədlərlə mühüm universal əhəmiyyətli obyektləri müasir elmi metodlara müvafiq surətdə daimi əsasda təşkil olunmuş səmərəli kollektiv mühafizəsini bərqərar edən konvensiya formasında yeni müddəalar qəbul edilməsinin zəruriliyini nəzərə alaraq,

On altıncı sessiyasında bu məsələnin beynəlxalq konvensiya mövzusu olacağını qərara alaraq,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────────────────

4

Bu gün 1972-ci il noyabrın on altısında bu Konvensiyanı qəbul etdi.




Yüklə 135,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin