Azərbaycan respublikasinin qoşulduğu beynəlxalq konvensiyalar


I. MƏDƏNİ VƏ TƏBİİ İRSİN TƏRİFLƏRİ



Yüklə 135,5 Kb.
səhifə3/18
tarix31.12.2021
ölçüsü135,5 Kb.
#113179
1   2   3   4   5   6   7   8   9   ...   18
4 Medeni ve tebii irs KONVENSu0130YA

I. MƏDƏNİ VƏ TƏBİİ İRSİN TƏRİFLƏRİ

Maddə 1

Bu Konvensiyada «mədəni irs» dedikdə:

Abidələr: memarlıq, monumental həykəltəraşlıq və boyakarlıq əsərləri, arxeoloci xarakterli ünsürlər və ya strukturlar, kitabələr, mağara məskənləri və tarix, incəsənət, yaxud elm baxımından görkəmli universal dəyərə malik ünsür qrupları;

Ansambllar: memarlığı, peyzacla vəhdəti və ya əlaqəsi tarix, incəsənət, yaxud elmi baxımdan görkəmli universal dəyərə malik əlahiddə və ya birləşdirilmiş tikili qrupları;

Görkəmli yerlər: insan əlinin əməli, yaxud insan və təbiətin birgə əsəri, eləcə də, diqqətəlayiq arxeoloci yerlər daxil olmaqla, tarix, estetika, etnologiya və ya antropologiya baxımından görkəmli universal dəyərə malik zonalar başa düşülür.

Maddə 2

Bu Konvensiyada «təbii irs» dedikdə:

Estetika, yaxud elm baxımından görkəmli universal dəyərə malik fiziki və bioloji birləşmələrdən və ya belə birləşmə qruplarından ibarət təbiət abidələri;

Elm, yaxud konservasiya baxımından görkəmli universal dəyərə malik geoloci və fizioqrafik birləşmələr və təhlükəyə məruz qalan heyvan və bitki arealı olan dəqiq hüdudlanmış zonalar;

Görkəmli təbii yerlər, yaxud elm, konservasiya və ya təbii gözəllik baxımından görkəmli universal dəyərə malik dəqiq hüdudlanmış təbii zonalar başa düşülür.

Maddə 3

Bu Konvensiyanın hər bir tərəf-dövləti öz ərazisində yerləşən yuxarıda xatırlanan 1 və 2-ci maddələrdə nəzərdə tutulan müxtəlif dəyərləri müəyyən etməli və ayırmalıdır.




Yüklə 135,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin