III. ÜMUMDÜNYA MƏDƏNİ VƏ TƏBİİ İRSİNİN MÜHAFİZƏSİ ÜZRƏ HÖKUMƏTLƏRARASI KOMİTƏ
Maddə 8
1.Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı yanında ümumi görkəmli əhəmiyyətə malik mədəni və təbii irsin mühafizəsi üzrə «Ümumdünya irsi komitəsi» adlandırılan hökumətlərarası komitə təsis edilir. O, Təhsil, elm və mədəniyyət məsələləri üzrə birləşmiş Millətlər Təşkilatı Baş konfransının növbəti sessiyaları vaxtı Baş məclisinə toplaşan Konvensiya tərəf-dövlətlərinin seçdiyi on beş Konvensiya tərəf-dövlətindən ibarətdir. Komitənin tərkibinə daxil olan dövlətlərin sayı Baş konfransın bu Konvensiya azı 40 dövlət üçün qüvvəyə mindikdən sonra çağırılacaq növbəti sessiyasından başlayaraq 21-ə çatdırılacaqdır.
2.Komitə üzvlərinin seçkisi dünyanın müxtəlif bölgələrinin və mədəniyyətlərinin ədalətli təmsil olunmasını təmin etməlidir.
3.Komitənin iclaslarında Mədəni dəyərlərin qorunması və bərpası üzrə beynəlxalq tədqiqat mərkəzinin (Roma mərkəzi), Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə beynəlxalq şuranın (İKOMOS) və təbiəti və təbii sərvətləri beynəlxalq mühafizə ittifaqının (TBMİ) hər birindən məşvərətçi səs hüququ ilə bir nümayəndə iştirak edə bilər; onlara Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı Baş konfransının növbəti sessiyası vaxtı Baş məclisinə toplaşan Konvensiya tərəf-dövlətlərinin xahişi ilə qarşılarında analoci məqsədlər qoyan digər hökumətlərarası təşkilatların, yaxud qeyri-hökumət təşkilatlarının nümayəndələri qoşula bilər
Maddə 9
1.Ümumdünya irsi Komitəsinin üzv-dövlətləri öz səlahiyyətlərini Baş konfransın onların seçildiyi növbəti sessiyasının sonundan sonra gələn üçüncü növbəti sessiyanın sonunadək həyata keçirirlər.
2.İlk seçkilər vaxtı təyin olunmuş üzvlərin üçdə birinin səlahiyyəti Baş konfransın onların seçildiyi sessiyasından sonra gələn birinci növbəti sessiyasının sonunda, həmin vaxt təyin edilmiş ikinci üçdə birinin səlahiyyəti isə Baş konfransın onların sonunda başa çatır. Komitənin bu üzvlərinin adları Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı Baş konfransı Sədrinin birinci seçkilərdən sonra keçirdiyi püşk atma vasitəsilə müəyyən edilir.
3.Komitənin üzv-dövlətləri mədəni və təbii irs sahəsində səriştəli şəxsləri öz nümayəndələri kimi seçirlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────────────
6
Dostları ilə paylaş: |