Azərbaycan respublikasinin qoşulduğu beynəlxalq konvensiyalar



Yüklə 135,5 Kb.
səhifə6/18
tarix31.12.2021
ölçüsü135,5 Kb.
#113179
1   2   3   4   5   6   7   8   9   ...   18
4 Medeni ve tebii irs KONVENSu0130YA

Maddə 10

1.Ümumdünya irsi komitəsi prosedura qaydalarını qəbul edir.

2.Komitə istədiyi vaxt ictimai, yaxud özəl təşkilatları, həmçinin ayrı-ayrı şəxsləri məsləhət üçün öz iclaslarına dəvət edə bilər.

3.Komitə öz vəzifələrini yerinə yetirmək üçün zəruri saydığı məsləhət orqanları yarada bilər.

Maddə 11

1.Bu Konvensiyanın hər bir tərəf-dövləti öz ərazisindəki bu maddənin 2-ci bəndində nəzərdə tutulan siyahıya daxil edilə bilən mədəni və təbii irs dəyərlərini siyahısını, imkan daxilində, Ümumdünya irsi komitəsinə təqdim edir.Tam sayılmalı olmayan bu siyahı həmin dəyərlərin yerləşdiyi yerlərə və doğurduqları marağa dair sənədləri ehtiva etməlidir.

2.Komitə dövlətlərin 1-ci bəndə müvafiq olaraq təqdim etdikləri siyahı əsasında özünün müəyyən edəcəyi meyarlara müvafiq olaraq, onun fikrincə, bu Konvensiyanın 1-ci və 2-ci maddələrində müəyyən edildiyi kimi, görkəmli universal dəyərə malik mədəni və təbii irsin siyahısını «Ümumdünya irsi siyahısı» adı ilə tərtib edir, yeniləşdirir və dərc etdirir. Yeniləşdirilmiş siyahı iki ildə bir dəfədən gec olmayaraq tərəf-dövlətlərə göndərilir.

3.Dəyərlər Ümumdünya irsi siyahısına maraqlı dövlətin razılığı olmadan daxil edilə bilməz. Suverenliyi, yaxud yurisdiksiyası bir neçə dövlətin mübahisəsinə səbəb olan ərazidə yerləşən dəyərin daxil edilməsi mübahisə edən tərəflərin hüquqlarına qətiyyən toxunmur.

4.Komitə, şərait bunu tələb etdikdə, Ümumdünya irsi siyahısında olan, xilas edilməsi üçün xeyli iş tələb olunan və bu Konvensiya çərçivəsində yardım istənilən dəyərlərin siyahısını «Təhlükədə olan ümumdünya irsi siyahısı» adı ilə tərtib edir, yeniləşdirir və dərc etdirir. Bu siyahıda əməliyyatların təxmini dəyəri göstərilir. Bu siyahıya yalnız ciddi və konkret təhlükələrin-məsələn, güclənməkdə olan dağıntı nəticəsində yox olma, iri ictimai, yaxud özəl layihələrin həyata keçirilməsi, şəhərlərin və turizmin sürətli inkişafı, təyinatının və ya mülkiyyət hüququnun dəyişməsi ilə bağlı dağıdılma səbəbi müəyyən olmayan ciddi zədələnmə, hər hansı səbəbdən baxımsızlıq, təbii fəlakətlər və __________kataklizmlər, silahlı münaqişə qorxusu, böyük yanğınlar, zəlzələlər, sürüşmələr, vulkan püskürmələri, suyun səviyyəsinin dəyişməsi, daşqınlar, qabarmalar-təhdid etdiyi mədəni və təbii irs dəyərləri daxil edilə bilər. Komitə fövqəladə şəraitlərdə istənilən vaxt təhlükədə olan ümumdünya irsi siyahısına yeni dəyərlər sala və bu haqda dərhal xəbər verə bilər.

5.Komitə əsasında mədəni və təbii irs dəyərlərini bu maddənin 2 və 4-cü bəndlərində nəzərdə tutulan hər iki siyahıya daxil etmək mümkün olan meyarları müəyyən edir.

6.Komitə dəyərin bu maddənin 2 və 4-cü bəndlərində xatırlanan iki siyahıdan birinə daxil edilməsi barədə qəti qərar qəbul edənə qədər yuxarıda xatırlanan dəyərin ərazisində olduğu tərəf-dövlətlə məsləhətləşir.

7. Komitə maraqlı dövlətlərlə razılaşma əsasında bu maddənin 2 və 4-cü bəndlərində göstərilən siyahıların tərtib edilməsi üçün zəruri olan öyrənmələr və tədqiqatlar aparılmasını əlagələndirir və həvəsləndirir.




Yüklə 135,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin