Azərbaycan respublikasinin qoşulduğu beynəlxalq konvensiyalar



Yüklə 135,5 Kb.
səhifə7/18
tarix31.12.2021
ölçüsü135,5 Kb.
#113179
1   2   3   4   5   6   7   8   9   10   ...   18
4 Medeni ve tebii irs KONVENSu0130YA

Maddə 12

Mədəni və təbii irsin hansısa dəyərinin 11-ci maddənin 2 və 4-cü bəndlərində xatırlanan iki siyahıdan birinə daxil edilməsi faktı qətiyyən bu obyektin onun siyahılara daxil edilməsindən savayı, heç bir baxımdan görkəmli universal dəyərə malik olmaması demək deyil.



Maddə 13

1.Ümumdünya irsi komitəsi bu Konvensiyanın tərəf-dövlətlərinin ərazilərindəki 11-ci maddənin 2 və 4-cü bəndlərində xatırlanan siyahılara daxil edilmiş, yaxud daxil edilə bilən mədəni və təbii irs dəyərləri barəsində beynəlxalq yardım göstərilməsinə dair sifarişlərini alır və öyrənir. Bu sifarişlərin məqsədi həmin dəyərləri mühafizə etmək, qoruyub saxlamaq, populyarlaşdırmaq və bərpa etməkdir.

2.İlkin tədqiqatlar sonrakı tələblərin haqlı olduğunu göstərdikdə bu maddənin 1-ci bəndinə müvafiq olaraq beynəlxalq yardım barəsində sifarişlər, həmçinin, 1 və 2-ci maddələrdə müəyyən edilmiş mədəni və təbii irsin üzə çıxarılmasına aid ola bilər.

3.Komitə bu sifarişlər üzrə qərar qəbul edir, lazım gəldikdə, öz köməyinin xarakterini və həcmini müəyyənləşdirir və öz adından maraqlı hökumətlə lazımi saziş bağlanmasına vəkalət verir.

4.Komitə öz əməliyyatları üçün ardıcıllıq müəyyən edir. O, bunu müdafiə edilməli dəyərlərin ümumdünya

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────────────────

7

mədəni və təbii irsi üçün əhəmiyyətini, təbiətin, dünya xalqları dühası və tarixinin ən görkəmli dəyərlərinin beynəlxalq mühafizəsini təmin etmək zərurətini və görülməli işlərin təcililiyini, bu dəyərlərin ərazisində olduğu dövlətlərin ehtiyatlarının miqyasını, o cümlədən onların bu dəyərlərin öz vasitələri ilə qorunub saxlanmasını nə dərəcədə təmin edə bilmələrini nəzərə almaqla edir.



5.Komitə beynəlxalq yardım ayrılan dəyərlərin siyahısını tərtib edir, yeniləşdirir və yayır.

6.Komitə bu konvensiyanın 15-ci maddəsinə müvafiq olaraq yaradılan fondun vəsaitindən istifadə olunması haqqında qərar qəbul edir. O, bu vəsaiti artırmaq üçün vasitələr axtarır və bununla bağlı bütün lazımi tədbirləri görür.

7.Komitə bu Konvensiyanın məqsədləri ilə analoci məqsədlər daşıyan beynəlxalq və milli, hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Komitə öz proqram və layihələrini həyata keçirmək üçün, o cümlədən, Mədəni dəyərlərin qorunması və bərpası üzrə beynəlxalq tədqiqat mərkəzinin (Roma mərkəzi), Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə beynəlxalq şuranın (İKOMOS) və Təbiəti və təbii sərvətləri beynəlxalq mühafizə ittifaqının (TBMİ), həmçinin dövlət orqanlarının və özəl orqanlarının və ayrı-ayrı şəxslərin yardımına müraciət edə bilər.

8.Komitənin qərarları iclasda və səsvermədə iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilir. Yetərsay Komitə üzvlərinin əksəriyyətindən ibarətdir.



Maddə 14

1.Komitəyə Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı Baş direktorunun təyin etdiyi katiblik kömək edir.

2.Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoru Mədəni dəyərlərin qorunması və bərpası üçün beynəlxalq tədqiqat mərkəzinin (Roma mərkəzi), Abidələrin və Tarixi yerlərin mühafizəsi beynəlxalq şuranın (İKOMOS) və Təbiəti və təbii sərvətləri beynəlxalq mühafizə ittifaqının (TBMİ) səlahiyyətləri sahələrində xidmətlərindən və müvafiq imkanlarından ən geniş dərəcədə istifadə edərək, komitənin sənədlərinin, onun iclaslarının gündəliyini hazırlayır və qərarlarının yerinə yetirilməsini təmin edir.


Yüklə 135,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin