IV. ÜMUMDÜNYA MƏDƏNİ VƏ TƏBİİ İRSİNİ MÜHAFİZƏ FONDU
Maddə 15
1.Bununla, görkəmli universal dəyərə malik ümumdünya mədəni və təbii irsinin «Ümumdünya irsi fondu» adlandırılan fondu təsis edilir.
2.Bu fond Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının maliyyə haqqında Əsasnaməsinin müvafiq müddəalarına əsasən məqsədli fonddur.
3.Fondun vəsaiti:
(a) bu Konvensiyanın tərəf-dövlətlərinin məcburi və könüllüödəmələrindən;
(b) edilə bilən töhfə, hədiyyə, yaxud vəsiyyət məbləğlərindən:
(i) digər dövlətlər,
(ii) Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı sisteminin digər təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı və başqa hökumətlərarası təşkilatlar,
(iii) dövlət orqanları və ya özəl orqanlar, yaxud ayrı-ayrı şəxslər tərəfindən;
(s) Fondun verdiyi borcların faizlərindən;
(d) Fondun nəfinə təşkil edilmiş tədbirlərdən gələn rüsum və mədaxil məbləğlərindən;
(s) Ümumdünya irsi komitəsinin Fond haqqında işləyib hazırladığı müddəaların icazə verdiyi hər hansı digər ehtiyatlardan ibarətdir.
4.Fonda ödəmələr və Komitəyə edilən digər yardım formaları yalnız Komitənin müəyyən etdiyi məqsədlər üçün istifadə edilə bilər.Komitə yalnız müəyyən proqramı, yaxud konkret layihəni – Komitə bu proqramı, yaxud layihəni yerinə yetirmək haqqında qərar qəbul edərsə, - həyata keçirmək üçün nəzərdə tutulan ödəmələri qəbul edə bilər. Fonda ödəmələr hansısa siyasi şərtlərlə bağlanmır.
Dostları ilə paylaş: |