Azərbaycan respublikasinin qoşulduğu beynəlxalq konvensiyalar



Yüklə 135,5 Kb.
səhifə9/18
tarix31.12.2021
ölçüsü135,5 Kb.
#113179
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
4 Medeni ve tebii irs KONVENSu0130YA

Maddə 16

1.Bu Konvensiyanın tərəf-dövlətləri cürbəcür gönüllü əlavə ödəmələrə xələl gətirmədən Ümumdünya irsi fonduna müntəzəm olaraq iki ildə bir dəfə Konvensiyanın Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────────────────

8

Millətlər Təşkilatı Baş konfransının sessiyasına toplaşan tərəf-dövlətlərinin Baş məclisinin müəyyən edəcəyi məbləği bütün dövlətlər üçün eyni faiz təşkil edən haqq ödəməyi öhdələrinə götürürlər.



Baş məclisin bu qərarının qəbul edilməsi Baş məclisdə və səsvermədə iştirak edən, bu maddənin 2-ci bəndində nəzərdə tutulan bəyanat verməmiş tərəf-dövlətlərin səs çoxluğunu tələb edir. Konvensiyanın tərəf-dövlətlərinin ödədikləri haqq qətiyyən onların Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Adi büdcəsinə ödədikləri haqqın 1 faizindən çox ola bilməz.

2.Lakin bu Konvensiyanın 31-ci maddəsində , yaxud 32-ci maddəsində nəzərdə tutulduğu kimi, hər bir dövlət ratifikasiya fərmanlarını-qəbul etmə, yaxud daxil olma haqqında aktlarını-təhvil verərkən bu maddənin 1-ci bəndi ilə bağlı olmayacaqlarını bəyan edə bilər.

3.Konvensiyanın bu maddənin 2-ci bəndində nəzərdə tutulan bəyanatı vermiş tərəf-dövləti yuxarıda xatırlanan bəyanatını Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoruna bildirişlə geri götürə bilər. Lakin bəyanatın geri götürülməsi bu dövlətin ödəyəcəyi məcburi haqqa yalnız tərəf-dövlətlərin növbəti Baş məclisi günündən təsir edəcəkdir.

4.Komitənin öz fəaliyyətini səmərəli planlaşdıra bilməsi üçün bu Konvensiyanın bu maddənin 2-ci bəndində nəzərdə tutulan bəyanatı vermiş tərəf-dövlətlərinin ödəmələri müntəzəm əsasda, heç olmasa, iki ildə bir dəfə ödənməli və onların ödəməli olduqları haqqın məbləğindən – onlar bu maddənin 1-ci bəndinin müddəaları ilə bağlı olardırlarsa, -az olmamalıdır.

5.Konvensiyanın cari il və bilavasitə ondan əvvəlki təqvim ili üçün öhdəlikləri, yaxud könüllü ödəmələri üzrə borcu olan hər hansı tərəf-dövləti Ümumdünya irsi fondu Komitəsinə seçilə bilməz; bu müddəa ilk seçkilərin gedişində tətbiq edilmir. Komitənin üzvü olan belə dövlətin səlahiyyəti bu Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan seçkilərdə qurtarır.

Maddə 17

Bu Konvensiyanın tərəf-dövlətləri bu Konvensiyanın 1 və 2-ci maddələrinin müddəalarına müvafiq mədəni irsin mühafizəsi üçün ianə verilməsini təşviq etmək məqsədi daşıyan dövlət və ya özəl milli fondların, yaxud assosiasiyaların yaradılmasına gömək edirlər.



Maddə 18

Bu Konvensiyanın tərəf-dövlətləri Ümumdünya irsi fondu üçün vəsait toplanması üzrə Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının himayəsi ilə təşkil edilən beynəlxalq kompaniyalara yardım göstərirlər.




Yüklə 135,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin