Azərbaycan respublikasinin qoşulduğu beynəlxalq konvensiyalar


TÖVSİYƏLƏR ARXEOLOCİ QAZINTILARIN BEYNƏLXALQ NİZAMLAMA PRİNSİPLƏRİNİ



Yüklə 135,5 Kb.
səhifə16/18
tarix31.12.2021
ölçüsü135,5 Kb.
#113179
1   ...   10   11   12   13   14   15   16   17   18
4 Medeni ve tebii irs KONVENSu0130YA

TÖVSİYƏLƏR

ARXEOLOCİ QAZINTILARIN BEYNƏLXALQ NİZAMLAMA PRİNSİPLƏRİNİ

MÜƏYYƏN EDƏN TÖVSİYƏ

(5 dekabr 1956-cı il)

Təhsil, elm mədəniyyət məsələləri üzrə Birləşmiş MillətlərTəşkilatının Baş konfransı 1956-cı il noyabrın 5-dən dekabrın 5-dək Nyu Dehli şəhərində keçirilən onuncu sessiyasında

Əhalinin özünün qədim abidələrə və əsərlərə hörmət və sədaqətinin onların qorunub saxlanmasının ən yaxşı təminatı olduğunu və bu cür hisslərin inkişafının ən təsirli vasitələrindən birinin üzv-dövlətlərinin elm və beynəlxalq münasibətləri inkişaf etdirmək səylərinə əsaslanan tədbirlərin olduğunu etiraf edərək,

Qədim bədii əsərlərin seyr edilməsinin və onlarla tanışlığın oyatdığı hisslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə əhəmiyyətli kömək edə biləcəyinə və bununla bağlı bu əsərlərdən yuxarıda göstərilən məqsədlərlə hər vasitə ilə istifadə olunmasında beynəlxalq əməkdaşlığın bərqərar edilməsinə zərurətin yarandığına əmin olaraq,

Arxeoloci kəşflər ərazisində olduqları dövlətlər üçün daha böyük əhəmiyyətə malik olsalar da, bununla belə, onların bütövlükdə bütün bəşəriyyəti zənginləşdirdiyini hesab edərək,

Bəşəriyyətin tarixi ilə tanışlığın onun yaratdığı bütün mədəniyyətlərlə tanış olmağı tələb etdiyini və buna görə də beynəlxalq ictimaiyyətin bütün maddi arxeoloci qalıqların öyrənilməsində və lazım olduqda, qorunub saxlanmasında maraqlı olduğunu hesab edərək,

Ayrı-ayrı dövlətlərin arxeoloci irsin qorunub saxlanmasına baxan hakimiyyət orqanlarının öz işlərində işdə sınaqdan çıxmış və müxtəlif ölkələrin arxeologiya idarələrinin tətbiq etdikləri ümumicbari prinsipləri rəhbər tutmalı olduqlarına əmin olaraq,

Arxeoloci qazıntıların nizamlanmasının, əsasən, hər bir dövlətin daxili işi olsa da, bu prinsipin geniş düşünülmüş və azad əsaslarda həyata keçirilən beynəlxalq əməkdaşlıq prinsipi ilə uyğunlaşdırılmasının münasib

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────────────────

12

olduğunu hesab edərək,



Arxeoloci qazıntıları nizamlayan prinsiplərin beynəlxalq əsasda işlənib hazırlanmasına dair bir sıra təkliflərə (sessiyanın gündəliyinin 9.4.3-cü bəndi) baxaraq,

Səkkizinci sessiyasının bu təkliflərin bütün üzv-dövlətlərə ünvanlanan tövsiyə formasında beynəlxalq qaydaların əsasına qoyulmasının münasibliyinə dair qərarına əsaslanaraq,

Bu gün, 1956-cı il dekabrın 5-də bu Tövsiyəni qəbul edir.

Baş Konfrans üzv-dövlətlərə bu Tövsiyədə xülasə edilmiş norma və prinsiplərin onların yurisdiksiyasında olan ərazilərdə həyata keçirilməsi üçün qanunvericilik qaydasında və ya sair qaydada zəruri tədbirləri görməklə aşağıdakı müddəaları tətbiq etməyi tövsiyə edir

Baş Konfrans üzv-dövlətlərə bu Tövsiyədə arxeoloci qazıntılara nəzarət edən muzeylərin, hakimiyyət dairələrinin və orqanların nəzərinə çatdırmağı tövsiyə edir.

Baş Konfrans üzv-dövlətlərə onun sonradan müəyyən edəcəyi müddətdə və formada ona bu Tövsiyənin icrası üçün gördükləri tədbirlər barədə məruzələr təqdim etməyi tövsiyə edir.




Yüklə 135,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin