Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 317,57 Kb.
səhifə11/13
tarix10.01.2022
ölçüsü317,57 Kb.
#108325
1   ...   5   6   7   8   9   10   11   12   13
NƏTİCƏ VƏ TƏKLİFLƏR
1. Keyfiyyətin idarə edilməsinə kompleks xarakterli təsirlər istifadə olunmalı­dır, onların işlən­məsi və reallaşdırılması isə yalnız ida­rə­et­mə­yə sistemli yanaşma əsasında müm­kündür. Ancaq belə ya­naş­ma məhsulun keyfiyyəti və rəqabət qabiliyyəti prob­le­mini həll etməyə imkan yaradır.

2. Keyfiyyətin idarə edilməsi ilə ya­na­şı, bütövlükdə firmanın idarə olunmasının bütün digər is­ti­qamətləri arasında prioritet vəzifələr kimi aşağıdakıları he­sab etmək olar: məhsulun tədarükünün vaxtında təmin edilməsi; məhsul istehsalı həcminin artırılması; məhsulun maya dəyərinin azaldılması.

3. Bey­nəl­xalq standartların tələblərini ödəyən keyfiyyəti idarəetmə sistemi olmadan sənaye müəs­sislərinin uğurlu fəaliyyəti perspektivdə mümkün olmayacaqdır. Müəssisələrdə, ilk növbədə ölkə və xarici isteh­lak­çı­la­rı­nın tələblərini ödəyən yüksək keyfiyyətli məhsul yaradılması üçün ən vacib şərt kimi sistemli Kİ-nin yaradılması və tət­bi­qinə böyük diqqət yetirilməlidir.

4. Dünya təsərrufatının və beynəlxalq iqtisadi münasibətlərin üzvü olmaq üçün milli iqtisadiyyat dünyanın qabaqcıl naililiyyətləri və ənənələri nəzərə alınmaqla təkmilləşdirilməlidir. Keyfiyyət problemi bazar iqtisadi münasibətlərinin inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə aktualdır.

5. Kİ-nin qabaqcıl təcrübəsinin öyrənilməsi dünya ba­za­rın­da məhsul istehsalı, ixpacı üzrə real və potensial rəqib olan ölkələrin si­ya­sə­ti­nin öy­rənilməsini nəzərdə tutmalıdır. Bunları bilmədən öl­kə­nin bu və ya digər məhsulunu stabil ixrac etmək təcrübi olaraq müm­kün de­yil­dir. Bu deyilənlər, xüsusən yüksək emal dərə­cə­si­nə malik yüngül sənaye məhsuluna aiddir.

6. ABŞ firmalarında TQM məhsulun key­fiy­yə­tinin təmin edilməsində ən geniş yayılmış metodlardır. Həm də bir çox firmalarda bu metodun reallaşdırılması üçün elə texniki va­si­tələr istifadə edirlər ki, onlar avtomatik olaraq məlumatların top­lan­ması, yığılması, emalı və statistik metodların tətbiqinin nə­ti­cə­lə­ri­ni menecerə verməyə qadirdirlər.



7. Kİ-də xeyli dərəcədə texniki, metodiki və normativ sənədlərə əsaslanmaq lazımdır. Bu sənədlər kompleksi bütövlükdə keyfiyyət sisteminin normativ-metodiki təminatını özündə ehtiva edir. Bu isə Kİ obyektləri və proseslərinin standartlaşdırılması və req­lamentləşdirilməsinin istifadə olunma­sının imkanları və zəru­ril­i­yi­ni müəyyən edir.

8. Beynəlxalq standartlar əsa­sında Kİ-yə total yanaşmanın pozitiv­liyinə baxmayaraq onun me­todoloji xarakterli müəyyən çatış­maz­lıqları vardır: Kİ prin­sip­lə­ri və keyfiyyət sisteminin elementləri kifa­yət qədər tam və ardıcıl form­alaş­­dırıl­ma­mış və təqdim olunmamışdır; məhsulun həyat döv­rü­nün bütün mərhələləri nəzərə alın­ma­­­mışdır; idarəedici təsirlər əsa­sən ümumi nəzarətə və istehsalın digər texniki məsələlərinə isti­qa­mət­lənmişdir.



9. Keyfiyyət sahəsində məq­sədlərə nail olu­n­ma­sının ən səmərəli metodu Kİ-yə sistemli yanaşma hesab edil­məlidir. Kİ-nin nəzəri və təcrübi irsinin təhlili ida­rə­etməyə mü­­asir sistemli yanaşmanın ənənələrinin, istiqamətlərinin daha geniş istifadəsinin zəruriliyini müəyyən etmişdir.

10. Obyektiv tə­yin olunmuşdur ki, Kİ sahəsində məqsədlər və vəzifələr bü­tün idarəetmə səviyyələrində diqqət mərkəzində durmalı və onlara nail olunmasının ən səmərəli meyarı istehlakçıların tələb­lərinin ödə­nilməsi olmalıdır.

11. Məhsulun yaradılması və onun keyfiyyətinin təmin edilməsi za­manı verilmiş tələblərdən meyllənmələrin Kİ sistemi çər­çi­və­sin­də qarşısının alınması və aradan qaldırılmasında operativlik böyük əhəmiyyətə malikdir. Operativlik nəinki baş vermiş meyl­lənmənin ən qısa müddətdə aradan qaldırılmasına, bundan da­ha çox qabaqlayıcı idarəedici təsirlərin işlənib hazırlanmasına yö­nəl­dil­məlidir ki, mənfi meyllər daha baş verməsin. Bütün bunlar olmadan firmanın dünya bazarında ləyaqətlə təmsil olunması və rəqabətə döz­mə­si praktiki olaraq mümkün deyildir.

12. Kİ hökmən keyfiyyət sa­hə­sin­də bütün fəaliyyətin yoxlanılmasının mümkünlüyü, şəffaflığı və real­lığını nəzərdə tutmalıdır. Buna nail olmaq üçün Kİ-ni daim tək­milləşdirmək və fasiləsiz olaraq inkişaf etdirmək lazımdır. Va­cib­dir ki, Kİ-nin təkmilləşdirilməsi epizodik və ya birdəfəlik aksiya olmasın, sistemli və müntəzəm xarakter daşısın.




Yüklə 317,57 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin