6. Ekspert qiymətləndilməsində etalon sırasının tərtibi
Kütləvi və seriyalı istehsal olunan sənaye məhsulunun keyfiyyəti qiymətləndirilərkən analoji sinfə və təyinata malik ən yaxşı ölkə nümunələrinin keyfiyyət səviyyəsi qəbul edilir. Ekspert qiymətləndilməsi təcrübəsində ekspertlərin mülahizələrini əsaslandırmaq üçün etalon sırasından istifadə olunur.
Məmulatın etalon sırası keyfiyyət səviyyəsinə görə ranqlanmış sıradır. Etalon sırası analoji sinif və təyinatlı ölkədə və xaricdə istehsal olunmuş məmulatlardan tərtib edilir, 4 nisbi qrupa bölünur: ən yaxşı, yaxşı, kafi, pis məmulat. Bu sıra müvafiq sənaye sahələri üzrə aparıcı mütəxəssislərin də cəlb olunduğu mütəxəssislər komissiyası tərəfindən tərtib edilir. Ranqlanmış məmulatların nisbi qruplara bölünməsi üçün belə üsul təklif edilir [5]: kompleks qiymətləndirmə nəticəsində ən yüksək və ən aşağı qiymət almış məmulat – analoqlar üçün yer müəyyənləşdirilir. Sonra alınmış interval 4 bərabər hissəyə bölünür. Keyfiyyət səviyyəsinin ədədi qiymətinə görə intervalın müxtəlif hissələrinə düşən məmulatlar göstərilən qrupları təşkil edir.
Xarici ölkələrdə istehsal edilən məmulat – analoqlar haqqında kifayət qədər informasiya almadıqda yaxud keyfiyyətin qiymətləndirilməsi üçün əsaslı işlənmiş metodika olmadıqda etalon sırası sadələşdirilmiş üsulla tərtib edilir. Bunun üçün məmulatın 2 – 3 aparıcı, əsas keyfiyyət göstəricisi seçilir. Belə göstəricilər məmulat – analoqun keyfiyyət səviyyəsini müəyyənləşdirir. Aparıcı keyfiyyət göstəricilərinin çəki əmsalları birlikdə 0,5 – 0,6 – dan az olmamalıdır. Sonra ilk köməkçi sıranın tərtibi yuxarıda şərh edilən qayda üzrə aparılır.
Məhsulun estetik keyfiyyət göstəricilərinin qiymətləndirilməsində qabaqcadan iki köməkçi sıranın tərtibi tövsiyə olunur: istehlak xassələrinin səviyyəsinə görə və formanın təkmilləşmə dərəcəsinə görə ranqlanmış sıralar. Sonra bu sıralardan istehlak səviyyəsinə həm də formanın təkmilləşdirmə dərəcəsinə görə eyni tipli qruplara düşən məmulatlar seçilir. Seçilmiş məmulatlar – etalonlar iki əlamətlə xarakterizə olunan etalon sırasını təşkil edir.
Etalon sıralarının tərtib edilməsi ekspert rəylərində müxtəlifliyi azaldan üsullardan biridir. Bundan başqa, ekspertlər eyni bir bal şkalasından istifadə edərək onun ayrı – ayrı intervallarının əhəmiyyətliliyini fərqli qəbul edirlər. Tətqiqatlar göstərir ki, bəzi ekspertlər son hədd qiymətlərini verməkdən çəkinir, onlar şkalanın orta qiymətlərindən fərqli yanaşırlar. Etalon sıraları qiymətləndirməni daha əyani edir. O, müqayisəni təhlil etməklə qiymətləndirilən məmulatın çatışmazlıqlarını aşkar etməyə, digər nümunələr üzərində bu və ya digər elementin daha müvəffəqiyyətli həll üsullarını nümayiş etdirməyə imkan verir. Etalon sıralarının yaradılması sonrakı qiymətləndirmə üçün psixoloji zəmin hazırlayır, bununla da daha bir – birinə uyğun nəticələrin alınmasına şərait yaradır.
Qeyd etmək lazımdır ki, etalon sırası dinamikdir, uzun müddət qiymətləndirmə üçün meyar ola bilməz. Yeni funksiyalı yeni məmulatların meydana çıxması, ictimai normaların və idealların dəyişməsi məmulatların etalon sıralarının strukturunun və tərkibinin dəyişdirilməsinə səbəb olur.
Ekspert qiymətləndirilməsində optimal bal şkalasının seçilməsini nəzərdən keçirək. Məlumdur ki, təcrübəli ekspert üçün 0,5 intervalla 5 bal qiymətləndirmə üçün tam kifayət edir. Çox sayda balı olan hər hansı şkala bir baldan digərinə keçmək üçün daha dəqiq meyarların işlənməsini tələb edir və təcrübə göstərir ki, mahiyyət etibarı ilə belə şkalalar tam istifadə edilmir.
Çox zaman keyfiyyətinin ekspert qiymətləndirilməsində iki əsas variantda balların paylanması tövsiyə olunur. Bu zaman “pis” qiyməti həmişə o bala uyğun gəlməlidir, çünki qiymətləndirmənin məqsədi məmulatın yararlılıq dərəcəsini yox, keyfiyyət səviyyəsini müəyyən etməkdir [6].
Bədii layihələndirmədə 0,1 bal intervallı 5 ballı sistem daha geniş tətbiq olunur.
Bəzi mütəxəssislər ekspertlərin balla qiymətləndirməsi metodikasına şübhə ilə yanaşır və onun digəri ilə əvəz olunmasını tövsiyə edirlər, çünki burada ekspertlərin səriştəliyi məsələsi meydana çıxır. Ekspertlərin səriştəliyinin müəyyənləşdirilməsi verilmiş növ məhsulun keyfiyyətinin qiymətləndirilməsinə komissiyanın hazırlığını müəyyənləşdirmək və qiymətləndirmənin yekun nəticələrini almaq üçün zəruridir. Birinci halda ekspertlərin qiymətləndirmə obyekti ilə yüksək tanışlıq dərəcəsi və bundan irəli gələn rəylərin əsaslandırılmış olması, ikinci halda ekspert rəylərinin çəki əmsallarının tapılması nəzərdə tutulur.
Məmulatla ekspertin tanışlıq dərəcəsini təyin etmək üçün məlumatlanma prosedur qaydalarından istifadə olunur. Əvvəlcə ekspert cədvəldə baxılan məmulatla tanışlığını səciyyələndirən tanışlıq əmsalını qeyd edir. Bu zaman onun qiymətləndirmə obyekti ilə heç bir tanışlığı yoxdursa, əmsal “0” götürülür. Əgər ekspert analoji elmi, mühəndis, bədii – layihələndirmə işlənməsi səviyyəsində tanışdırsa, əmsal “0,1” seçilir. Obyektivliyi təmin etmək üçün ekspert qrupuna məhsulun müəllifi (müəllifləri) daxil edilmir. Sonra hər bir ekspert, müstəqil olaraq, rəyinin arqumentasiya əmsalını müəyyənləşdirir.
Yuxarıda göstərilən əmsallar ona görə vacib sayılır ki, özü – özünü qiymətləndirmə heç də kifayət qədər obyektiv olmur və çox zaman öz – özünü qiymətləndirmə kollektiv qiymətləndirmədən yüksək olmur. Öz – özünü qiymətləndirmə kəmiyyətini təshih etmək üçün aşağıdakı prosedur qaydaları yerinə yetirilir: alınmış göstəricilərə görə hər bir ekspertin və ümumilikdə komissiyanın məlumatlanma əmsalı hesablanır. Ekspertin məlumatlanma əmsalı:
(2)
burada - i ekspertinin məlumatlanma əmsalı;
- i ekspertinin qiymətləndirilən məmulatla tanışlıq dərəcəsi;
- i ekspertinin rəyinin arqumentasiya əmsalıdır.
Şərti olaraq qəbul edilmişdir [6].
Əgər olarsa, i ekspert üçün məlumatlanma əmsalı: .
Komissiyanın məlumatlanma əmsalı ayrı – ayrı ekspertlərin məlumatlanma əmsallarını orta ədədi qiyməti kimi hesablanır:
(3)
burada - ekspert komissiyasının üzvlər sayıdır.
Praktiki nəticələr göstərir ki, götürülməlidir.
Əldə olunmuş nəticələr ekspertlərin məlumatlanma dərəcəsinə görə ekspert komissiyasının orta məlumatlanma əmsalına nəzərən ranqlanmasına imkan verir.
Stolüstü ventilyatorun estetik göstəricilərinin qiymətləndirilməsindən əvvəl hesablama qrupu ekspert komissiyasının məlumatlanma əmsallarını təyin edir. Bunun üçün hər bir ekspert məmulatla tanışlıq əmsalını və öz rəyinin arqumentasiya mənbəyini təyin edir (cədvəl 2,3).
Cədvəl 2
Ekspertin (şərti olaraq N:5) qiymətləndirilən məmulatla tanışlıq dərəcəsi
Ekspertin məmulatla tanışlıq dərəcəsi
|
|
Dostları ilə paylaş: |