İ Ş Ç İ Q R U P EKSPERTLƏR QRUPU
İşçi qrupun rəhbəri-təşkilatçısı
e k s p e r t
texniki işçilər
e k s p e r t
təşkilatların nümayəndələri
e k s p e r t
məsləhətçi-ekspert
e k s p e r t
Şəkil 1. Ekspert komissiyasının tipik strukturu
İşçi qrupun rəhbəri (təşkilatçısı) ekspert qrupunu formalaşdırır. O, problemin qoyuluşunu həyata keçirir, qrupun fəaliyyət sahəsini müəyyənləşdirir, ekspert-mütəxəssislərin ilkin siyahısını tərtib edir, bu siyahının keyfiyyət tərkibini təhlil edir və siyahını dəqiqləşdirir, ekspertlərin işdə iştirakı üçün razılığını alır, ekspert qrupunun yekun siyahısını tərtib edir.
Qrupda eksperlərin sayı müxtəlif amillərin və şərtlərin çoxluğundan, həll olunan problemin vacibliyindən, mövcud imkanlardan asılıdır. Mütəxəssislər hər bir namizədin keyfiyyəti təhlil edilərək seçilir. Bu zaman müxtəlif üsullardan istifadə olunur, məsələn, ekspert kimi keçmiş fəaliyyətinin nəticələrinin statistik təhlili əsasında namizədin qiymətləndirilməsi, namizədin verilmiş sahə üzrə mütəxəssis kimi kollektiv şəkildə qiymətləndirilməsi, ekspertliyə namizədin özü-özünü qiymətləndirməsi, namizədin səriştəliliyinin analitik müəyyənləşdirilməsi.
Ekspert qrupuna qiymətləndirilən məhsulun yaradılması və istismarı sahəsində yüksəkixtisaslı və xüsusi hazırlıq keçmiş işçilər: tədqiqatçılar, konstruktorlar, texnoloqlar, dizaynerlər, əmtəəşünaslar, iqtisadçılar və s. daxil edilir. Qrupa daxil olan ekspertlərin sayı orta qiymətlərin dəqiqliyinə qoyulan tələbdən asılıdır və burada 7-dən 20-dək adam ola bilər. Qiyabi sorğu zamanı sorğuda iştirak edən ekspertlərin sayının yuxarı həddi məhdudlaşdırılmır.
Ekspert komissiyasının işinin əsas mərhələlərinin siyahısı və ardıcıllığı aşağıdakılardan ibarətdir:
məhsulun keyfiyyətinin ekspert qiymətləndirilməsi üzrə işlərinin təşkili və aparılmasına məsul olan şəxslərin təyin edilməsi;
ekspert və işçi qrupların formalaşdırılması;
qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin təsnifatlaşdırılması və nomenklaturasının təyini;
ekspertlərin sorğusunun aparılması üçün anket və izahat yazılarının hazırlanması;
qiymətləndirmə və ekspertlərin sorğusunun keçirilməsi;
ekspert qiymətlərinin işlənməsi;
məhsulun keyfiyyətinin (və ya keyfiyyət göstəricilərinin) ekspert qiymətləndirilməsi nəticələrinin təhlili və tərtibi.
Araşdırmalar göstərir ki, ekspert metodlarından istifadənin nəticələrində subyektivliyin azaldılması və uyğun olaraq obyektivliyin yüksəldilməsi ekspert işlərinin təşkili, hazırlığı və keçirilməsi qaydalarına riayət edilməsindən xeyli dərəcədə asılıdır. Xüsusilə bu, ekspert qiymətləndirilməsinin təşkilinə və keçirilməsinə məsul şəxsin təyin edilməsindən, həmçinin ekspert komissiyasının formalaşdırılmasından asılıdır.
Dostları ilə paylaş: |