AZƏRBAYCAN RESPUBLİKASİNİN TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCANDA SOSİAL SAHƏLƏRİN TƏNZİMLƏNMƏSİ İLƏ BAĞLI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
MUSTAFAYEVA NƏRMİN YAŞAR
UNEC SABAH
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Elmi rəhbər: Direktor: b/m. Tanrıverdiyev Səbuhi
Tələbə bilet nömrəsi1611209001112007
BAKU, 2019
TƏŞƏKKÜRNAMƏ
Mən ilk növbədə Sosial sahələrin dövlət tərəfindən tənzimlənməsi mövzusunu əhatəli araşdırmağımda və tədqiqat etməyimdə dəstək göstərən, zəngin bilik və təcrübələrini paylaşan diplom rəhbərim Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyevə dərin minnətdarlığımı bildirirəm. Bu mövzunu araşdırmaq mənə sosial sahədə bir çox tədqiqat aparmaq, yeni informasiyalarla tanış olmağıma kömək etdi. Əlavə olaraq, bu layihəni məhdud müddətdə yekunlaşdırmaqda mənə kömək edən valideynlərimə, dostlarıma və qrup rəhbərim Aytac Əjdərliyə təşəkkür edirəm.
XÜLASƏ
Sosial siyasət ictimai həyatın ən mühim tərkib hissəsidir. Dövlətin səmərəli sosial siyasəti sosial gərginliyi azaltmışdır. Sosial müdafiə sistemi isə rifahın, yaşayış şərtlərinin yaxşılaşmasında əsasdır. Sosial təminat- əhalinin zəruri yaşayış minimumu olmadığı şəraitdə sosial əhəmiyyətli əlavə xərclər çəkilməsi, sosial xidmətlərin göstərilməsi və güzəştlərin müəyyən edilməsidir. Azərbaycan Respublikasının qarşıya qoyduğu mühüm məqsəd sosial təminat, sosial müdafiəni təmin etmək, əhalinin həyat səviyyəsini yüksəltməkdir. Həyat səviyyəsi tələbatın təmin edilməsini təcəssüm edir. Onu xarakterizə edən mühüm göstəricilər məşğulluq səviyyəsi, istehlak olunan maddi nemətlərin və xidmətlərin həcmi, əhalinin gəlirləri, əmək-mənzil şəraiti, ərzaq və qeyri-ərzaq məhsullarının istehlak səviyyəsi, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafıdır. Əhalinin həyat səviyyəsini müəyyən etmək üçün bu göstəricilərin hər birinin ayrı-ayrılıqda təhlil olunması və ümumiləşdirilməsi vacib olduğu üçün onlar nəzərdən keçirilmişdir. Onu xarakterizə edən digər mühüm göstərcilər məşğulluğun təmin edilməsi, əhalinin pul gəlirləridir. İşçilərə maaş formasında verilən, pensiya, təqaüd, müavinətindən gələn vəsait pul gəlirləridir. Həmçinin, əhaliyə ödənilən pensiya, təqaüddə daxil olmaqla sosial ödənişlərdə təhlil edilib.
Dostları ilə paylaş: |