UŞAĞA VERİLƏCƏK NAĞILIN SEÇİLMƏSİ VƏ ONUN PSİKOLOJİK İNKİŞAFA TƏSİRİ
Ayşe Baran Toprak
BDU-nun II kurs magistrantı
Nağılların uşaqların psixi inkişafında çox əhəmiyyətli və qiymətli rolu vardır. Nağıl danışılan zaman müddətində bir tərəfdən deyən adam ilə uşaq arasında ünsiyyət qurularkən digər tərəfdən də uşağın bütün zehni fəaliyyətləri hərəkətə keçər. Oxuduğu və ya dinlədiyi nağıllardakı şəxslər haqqında xəyallar quran uşaq, hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənər.
Ümumiyyətlə qız uşaqları qız, oğlan uşaqları oğlan şəxsiyyətləri ilə eyniləşdirərək gələcəkdəki şəxsiyyətlərinin təməllərini atarlar. 4-5 yaşına gəlmiş bir uşaq nağıllarda söylənən bir çox hadisənin əslində gerçək olmadığını bilir. Onsuz da bu məqsədlə nağıllara başlarkən deyilən və 'bir varmış bir yoxmuş "deyə başlayan ifadələrin məqsədi də uşaqlara bu mesajı verməkdir. Bunu yanında nağıl danışan adamın da uşağa zaman-zaman fövqəladə hadisələrin yalnız nağıllarda olacağını demələrində fayda vardır. Əslində uşaqların nağıllardan almaları lazım olan şey onların xəyal dünyasına xitab edərək, onların dünyasına girməkdir ki, bu şəkildə daha əyləncəli və asan öyrənərlər, gerçəkdə necə biri olmalarına dair lazım olan ipuclarını verməkdir.
Nağıllar hər zaman yaxşı olanların qalib gəldiyi, səbirli olanların mütləq məqsədinə çatdıqları, edilən yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox vaxt fiziki gücdən üstün olduğu, sevginin bir çox şeydən daha qiymətli olduğu, yoldaşlığın çox əhəmiyyətli olduğu, əl-ələ vermənin və birgəlik içində olmanın hər zaman daha çox uğurlar gətirdiyi, heç bir zaman ümidsizliyə kapılmamamız lazım olduğu və əlimizdən gələni etdiyimiz təqdirdə müvəffəqiyyətin bizi onsuz da tapacağı mesajlarını verirlər. Məsələn; Kəloğlan nağılını oxuyan və ya dinləyən bir uşaq çox vaxt çox güclü olmağımıza ehtiyac olmadığı, əgər ağlını istifadə etsə çox şeyi bacara biləcəyini düşünür. Və ya “göyçək fatma”, “pambıq şahzadə və yeddi cücələr”, “çirkin ördək balası" kimi nağıllar insanların başlanğıcda çətinliklər yaşasalar da sonunda mütləq yaxşıların qalib gələcəyini səbr əhəmiyyətini vurğulayırlar. Ümumi olaraq nağıllarda bütün cəmiyyətləri maraqlandıran ortaq ünsürlər olsa da ümumiyyətlə nağıllar içindən çıxdıqları cəmiyyətin dəyər, tutum və davranışlarını əks etdirir. Bu səbəblə uşaqlarımızın əvvəlcə öz nağıllarımızı oxumasını, digər mədəniyyətlərə aid nağılların isə yaxşı bir araşdırmadan sonra yaşa uyğun olaraq uşaqlarımıza təqdim edilməsi faydalı olacaq.
İndiki vaxtda sıx iş təzyiqləri səbəbi ilə ana-atalar uşaqlarına nağıl oxumaq üçün vaxt tapa bilməməkdən narahatdırlar. Ayrıca cizgi-filmlərinin və serialların həyatımıza girməsi ilə birlikdə uşaq nağıl oxumaq yerinə bu tip proqramları seyr edir. Üstəlik uşaqların bəzən özlərinə xitab etməyən serial və proqramları seyr və ya şiddət ehtiva edən və doğru mesajlar verməyən cizgi-filmləri izləmələri hələ şəxsiyyətləri yeni inkişaf etməkdə olan bu uşaqların səhv fiqurlarla eyniləşdirilməsi problemini cari vəziyyətə gətirməkdədir.
Ailələr, uşağın gündəlik həyat içində vizual və yazılı media ilə qarşı-qarşıya gəldiyi şou-biznes məşhurları, müvəffəqiyyətli iş adamları və siyasətçilər haqqında da, müsbət mesajlar ehtiva edən və uşağa yaxşını, doğrunu, çalışqan olmanın və çətinliklər qarşısında əsla qorxmadan əlimizdən gələnin ən yaxşısının edilməsi vacibliyini göstərən nümunə hekayələr izah edə bilərlər. Bu şəkildə uşaq ətrafında olub bitənlərdən ən müsbət şəkildə dərs alacaq, mənfi təsirlər minimuma enəcəkdir.
Nəticə olaraq uşağa veriləcək nağılın şüurlu seçilməsi, ola biləcək qorxuları aradan qaldıracaq. O halda, hansı yaşda hansı nağıl kitabını seçməliyik?
Uşağınız 0-1 yaşında isə ... Sadə və uşağınızın dünyasında olan obyektlərin, canlı rəngli şəkillərin olduğu kitabları seçə bilərsiniz. Körpələr iri şəkilli kitabları, körpə şəkillərini xoşlayırlar. Səhifələrdə hər hansı bir yazı olmaq məcburiyyətində deyil. Körpənizə, eyni kitabı dəfələrlə oxuya bilərsiniz; o bundan zövq alacaq. Oxuyarkən səs tonunuzu dəyişdirib, üzünüzdə ifadələr yaratmaq, uşağınızın sizi zövqlə dinləməsini təmin edəcək. Ancaq şişirdilmiş ifadələrdən qaçının. Şəkillərin adını söyləyərkən barmağınızla o rəsmi göstərin. Körpələr belə öyrənər. Bir az daha böyüdükdən sonra sadə ifadələr, təkrarlanan sözlər ya da qafiyəli cümlələrin yer aldığı kitablar oxuya bilərsiniz. Uşaq mənasını tam qavramasa da cümlələrin ahəngini, təkrarlanan ritmini, rəngli şəkilləri sevəcək. Bu cür kitablar, uşağınızın dilin ritmini öyrənməsində köməkçi olacaq.
Uşağınız 1-3 yaşında isə ... Böyük, parlaq şəkilləri olan, bir-birindən fərqli obyektlərin olduğu (heyvanlar, nəqliyyat vasitələri kimi), uşağınızın bildiyi şeyləri (məsələn yemək yemək kimi) edən uşaq qəhrəmanların olduğu, hər bir səhifədə bir neçə söz yazıların olduğu hekayə kitablarını seçə bilərsiniz. Bu yaşlardakı uşaqlar təkrarları sevərlər. Eyni nağılı dəfələrlə dinləməkdən həzz alırlar. Buna görə uşağınıza eyni kitabı təkrar-təkrar oxumaqdan çəkinməyin. Körpələr müşahidə edərlər. Əgər uşağınıza hər kitab oxumanızda, səhifələri çevirmək və yazıları soldan-sağa doğru izləmək kimi oxumaqla bağlı əsas anlayışları izah və şəkillərə işarə edib, adlarını söyləyir və şəkillər haqqında danışsanız, körpəniz böyüdükcə səhifələri çevirmə və şəkilləri işarələmə mövzusunda sizi təqlid edəcək. Bu yaşda uşaqlar uzun hadisələri təqib etmə və davamlılıq bacarığını hələ inkişaf elətdirmədən qısa hekayələr seçilməlidir.
Uşağınız 3-5 yaşında isə ... Diqqətə alınan bir mövzu ya da qəhrəman fiqurları olan və tanış vəziyyətlərin izah olunması vacib olan mövzuları ehtiva edən (məsələn parka gedən ailə kimi) nağıl kitablarını seçə bilərsiniz. Nağılın mövzusu sadə olmalı və nağıldakı şəkillər əhvalatın izahını dəstəkləməlidir. Uşağın xəyal gücünü hərəkətə keçirən nağılların olduğu kitablar, bu yaş qrupundakı uşaq üçün faydalı olacaq.
Uşağınıza şəkillərə baxaraq hekayə danışma imkanı təqdim edin. Bu dövrdə uşaqlar hekayət etməkdən çox xoşlanırlar.
Uşağınız 5-8 yaşında isə ... Qavrayış və dil cəhətdən inkişaf etmiş, yalnız yaxşı və doğrunu deyil, pis və səhv xarakterləri də ehtiva edən, uşağın bildiyi sözlərdən ibarət olan, oxumağı yeni öyrənənlər üçün qısa və böyük yazılarla yazılmış kitabları seçə bilərsiniz. Bu yaşlarda uşaq, gerçək və gerçək olmayan xarici hadisələri bir arada yaşayır. Mövzuları heyvanlar, divlər və təbiət olan nağılları, dastan və əfsanələri dinləməyə çox həvəsli olurlar. Uyğun uzunluqdakı bir kitabı sonuna qədər dinlər və dinlədiklərini çox yaxşı anlarlar. Oxumağı yeni öyrənən uşaq üçün kitabın səhifə sayı 20-yə keçməməli və kitab iri punklu hərflərlə yazılmış olmalıdır. 8 yaşlarındakı uşaqlara isə; 30 səhifəli və orta irili hərflərlə yazılmış kitablar seçilə bilər. Sonrakı yaşlar üçün kitabların səhifə sayı gedərək artırılmalıdır. Sətir silsilələri, uşağın təqibini asanlaşdıracaq genişlikdə olmalıdır. Ayrıca seçdiyiniz kitabların uşağınızın maraq sahəsinə girən, onu sıxmayacaq, bir dəfə də oxuya biləcəkləri kitablar olmasına diqqət edin.
Uşağınız 8-12 yaşında isə ... Bu yaş qrupundakı qız və oğlan uşaqlarının maraqları fərqliləşir. Oğlanlar daha çox qəhrəmanlıq, kəşf və macəralı hadisələrin yer aldığı həyəcanlı kitabları seçim edərlər; qızlar isə daha çox gündəlik həyat ilə əlaqədar ya da duyğularını tapa biləcəkləri kitabları sevərlər. Bu səbəblə uşağınızın xarakter və zövqünə uyğun, yaradıcılığını hərəkətə keçirən, yalnız mesaj qayğısı daşımayan, beyin fırtınası edə biləcəyi, yaxşının yanında sui də yer verən fərqli mədəniyyətlərin tanıdıldığı, təlimçi ya da mesaj verici xüsusiyyəti şişirdilməmiş kitabları seçim edə bilərsiniz. Maraq sahəsinə istiqamətli hər yeni məlumat və qəhrəman onu həyəcanlandıracaq, oxuma istəyini artırmağa başlayacaq.
Uşağınız 12 - dən yuxarı isə ... Uşaq kitabları; nağıl, hekayə, lətifə, şeir, tapmaca, roman, əfsanə və lətifələrdən ibarətdir. Yetkinlik dövrü və sonrasında isə; maraq sevgi məzmunlu hekayələrə, romanlara, tarixi mövzulara və şeirlərə sürüşər.
Ədəbiyyat
-
Çocuk Eğitiminde Masalların Rolü -Aliye Yılmaz
-
Masalların Çocuk Gelişiminde Etkisi-Yardımcı Doç.Dr.Mustafa Şahin
MÜNDƏRİCAT
FƏLSƏFƏ BÖLMƏSİ
Ч.Ф.Дашдамирова.Методологический поворот в осмыслении элементарных биологических структур............................................3
R.R.Mahmudova. “Cəsur şövq” haqqında əsərində brunonun etik görüşləri.................................................................................................8
Ф.М. Эфендиев, И.А. Исламов. Виртуальная реальность и сфера экономики............................................................................................12
Ü.T.Səlimova. Şəxsiyyətin sosiallaşması prosesinə təsir edən amillər...................................................................................................13
Cəhanbəxş Kiyani. Əttarin Nişapuri dövrünün sosial-mədəni mühiti....................................................................................................17
Əlirza Maliki.İranda Elat tayfalari ilə bağlı həyata keçirilən sosial siyasi tədbirlər Bəxtiyari və Qaşqay tayfalarinin timsalında................24
K.H.Pənahova . İslam mistisizminin görkəmli nümayəndəsi Cəlaləddin Ruminin təsəvvüf fəlsəfəsində eşq.......................................................33
E.V.Xasiyev. Elmin inkişaf mərhələləri................................................37
K.E.Sadıxova. Noosferə müxtəlif aspektdən yanaşmalar.....................41
L.N.Əliəskərli. Müasir dövrdə nəzəriyyə probleminin qoyuluşu.........43
Nübar Məsimova. F.deSössürin sistemində nitq fəaliyyəti və nitq.....46
E.V.Əfəndiyev. Etika və ondan kənarda baş verən davranişlar...........50
S.H. Səfərova. Kainatın müasir kosmoloji konsepsiyaları və inkişaf istiqamətləri..........................................................................................54
M. Ş.Məmmədova. İdeal obyekt anlayışı............................................57
Hümeyrə Mustafayeva. Qloballaşmanın milli dövlətlərə təsir imkanları haqqında bir neçə söz...........................................................................61
K.R.Xələfova. Insan resurslarinin idarə edilməsinə fəlsəfi baxış.........65
D.C.Vəliyev. Azərbaycanda multikulturalizm dünyaya nünunə kimi......................................................................................................70
PSİXOLOGİYA, PEDAQOGİKA
M.V.Vəliyev. Pedaqoji ustalığın formalaşması xüsusiyyətləri..............73
N.Ə.Salmanova. Müasir cəmiyyətdə ailə institutu...............................77
İ.M.Abdullayeva. Gənclik dövründə həyat yolu variantının seçimi…..82
R.Q.Cəbrayılova. Əcnəbi tələbələrin təlim motivasiyasi, adaptasiyasi və azərbaycan dilini mənimsəməsi metodlarinin təsviri və eksperimental-psixoloji təhlili..............................................................83
S.Ə.İsazadə. Sərvət dəyərlərinin psixoloji mahiyyəti...........................87
Y.X.Məmmədova. Məşğələlərdə nitq inkişafi üzrə işin təşkili..............92
Z.Ramilov. Məhkumların cəzaçəkmə müəssisəsinə psixoloji adaptasiyasının əsas aspektləri və adaptasiyanı çətinləşdirən amillər haqqında...............................................................................................96
A.F.Səməndərova. Şəxsiyyətin hüquqi identikliyinin psixoloji səciyyəsi……………….......................................................................98
V.V.Сəfərova. Həzm sistemində başlayıb beyində bitən xəstəlik: autizm.................................................................................................101
Kaddafi Toprak. Kişilərdə orqazm pozuntuları................................. 103
T.Ə.Abdullayeva. Deviant davranış və onun yaranma səbəbləri…....105
Nedret Beytekin. Xarici tələbələrdə depressiya və adaptasiya problemi.............................................................................................109
A.Abdullayeva. Qadınların sosial-psixoloji baxımdan yaranan cinsi problemləri.........................................................................................112
M.V.Vəliyev. Azərbaycan mütəfəkkirlərinin əsərlərində gender problemi.............................................................................................115
G.R.İbrahimova. Təhsil sistemində monitorinq və onun növləri......119
M.Ə.Nəzirova. Müasir dərsə qoyulan tələblər...................................123
T.R.Məməmmədova .Şəxsiyyətin tərbiyəsində quran əxlaqı..............127
Ü.Ə.Məməmmədova. Boşanma və boşanmanın yaratdığı fəsadlar...130
G.M.SəlimliMüəllimin pedaqoji keyfiyyətlərinin peşə fəaliyyətinə təsirinin psixoloji məsələləri..............................................................135
G.V.Zeynallı. Təfəkkür psixi proses kimi………..............................138
SOSİOLOGİYA VƏ SOSİAL İŞ
A.Bağırlı.Azərbaycanda sosial müdafiə sistemi................................143
E.M.ƏlizadəAçıq hökumət konsepsiyasının Azərbaycanda tətbiqi xüsusiyyətləri.....................................................................................145
Ч.Ф.Бейбутова.Бренд как составляющая маркетинга...............150
N.R.Hacıyeva . Uşaq və yeniyetmələrə qarşı məişət zorakılığı sosial problem kimi......................................................................................153
A.İ.İsgəndərova. Sosial iş sferasında sosial ədalətin yeri və rolu.......157
R.M.Şəfibəyli. Azərbaycanda gənclər siyasətinin təşkili..................................................................................................160
C.Y.Ağalarov. Xronik alkoqolizm və onun müalicəsi........................163
A.N.BalayevaAzərbaycanda yaşlı insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət siyasəti..............167
R.Y.Məmmədzadə. Ali təhsil sistemində fəaliyyətin qiymətləndirilməsi metodları.............................................................................................172
A.Ə.Məmmədli. Dini tolerantlıq Azərbaycanda həyat tərzinin səciyyəvi xüsusiyyəti kimi.................................................................................175
V.Ə.Hacıyev. İdarəetmədə strategiyalar və onların təyinatı..............179
Н.A.Новрузов. K понятию социальной напряженности................181
A.N.Əliyeva. Əmək intizamının sosial nəzarət vasitəsilə möhkəmləndirilməsi...........................................................................185
F.Q.Vahidov. Asudə vaxtın sosiologiyasi: bəzi qeydlər....................188
G.S.Qasımova. Idarəetmə sistemində siyasi liderlik amili……….....193
S.S.Quliyev. Idarəetmə anlayışı, idarəetmə elmi mahiyyəti və predmeti..............................................................................................196
Р.А.Бугадинова. Проблемы добрачного поведения молодежи: представления об идеальном партнере..........................................201
R.H.Əliyev. Təhsil islahatları, təhsilin gedişində problemlərin aradan qaldırılması.........................................................................................203
A.Qasımova.Uşaqların müssisələrə yerləşdirilməsinin sosial-iqtisadi və psixoloji səmərəliliyiməsələləri....................................................206
A.B.Toprak. Uşağa veriləcək nağılın seçilməsi və onun psikolojik inkişafa təsiri......................................................................................212
Dostları ilə paylaş: |