Azərbaycan respublikasinin təHSİl naziRLİYİ kollegiya qərari



Yüklə 21,3 Kb.
səhifə4/6
tarix10.01.2022
ölçüsü21,3 Kb.
#108075
1   2   3   4   5   6
3. Aralıq qiymətləndirmə

 

3.1. Aralıq qiymətləndirmə təhsil proqramında (kurikulumda) hər bir modul və onun tərkib hissəsi olan təlim nəticələrinin tədrisinin sonunda təhsilalanların əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən olunması məqsədilə aparılır.



3.2. Aralıq qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

3.3. Aralıq qiymətləndirmə iki hissədən ibarətdir:

3.3.1. modulların tərkib hissəsi olan təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi.

3.3.1.1. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi təhsil proqramı (kurikulum) üzrə nəzəri bilikləri yoxlamağa xidmət edir.

3.3.1.2. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi təhsilverən tərəfindən verilən tapşırığın bu Qaydanın 1.5-ci bəndində müəyyən edilmiş qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi vasitəsilə aparılır. Qiymətləndirmə bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq həyata keçirilir və onun nəticəsi jurnalda qeyd edilir.

3.3.1.3. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsinin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində təhsilalanlara elan olunur.

3.3.1.4. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi 1 dərs saatı ərzində aparılır.

3.3.2. modulun tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi.

3.3.2.1. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramı (kurikulum) üzrə tətbiqi bacarıqları yoxlamağa xidmət edir və istehsalat təliminə ayrılan vaxt hesabına aparılır.

3.3.2.2. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramının (kurikulumun) tərkib hissəsi olan hər bir modulun sonunda peşə təhsili müəssisəsində yaradılan Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın nəzarəti ilə təhsilverən(lər) tərəfindən aparılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiya peşə təhsili müəssisəsi tərəfindən tədris-istehsalat işləri üzrə direktor müavininin və yaxud baş ustanın rəhbərliyi ilə işəgötürən müəssisə və təşkilatların 1 nəfər nümayəndəsi, sahə üzrə 1 nəfər mütəxəssis və ixtisas üzrə modulları tədris edən pedaqoji işçilərdən ibarət tərkibdə yaradılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın tərkibi peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir.

3.3.2.3. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi üçün tapşırıq təhsilverən tərəfindən hazırlanır, metodiki komissiyada müzakirə edilir və peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir.

3.3.2.4. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsilverən tərəfindən verilən tapşırığın bu Qaydanın 1.5-ci bəndində müəyyən edilmiş qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi vasitəsilə aparılır. Qiymətləndirmə bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq həyata keçirilir və onun nəticəsi jurnalda qeyd edilir.

3.4. Modul üzrə yekun qiymət aşağıdakı kimi hesablanır:

 

Mq =((tn1 +tn2 + _+ tnk)/k)x40/100 + Sq x 60/100



 

Burada,


tn1 , tn2 , tnk –təlim nəticələrinin toplanan ballarının miqdarı,

                 Sq – səriştənin qiymətləndirməsi üzrə toplanan baldır.

3.5. Aralıq qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5)  ilə ölçülür və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılır. Aralıq qiymətləndirmədə təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.

3.6. Aralıq qiymətləndirmədə üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən iştirak etməyən tələbələr üçün növbəti 2 həftə ərzində aralıq qiymətləndirmə aparılır və onun nəticəsi jurnalda və tələbənin “Tələbə kitabçası”nda qeyd edilir.

3.7. Aralıq qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən tələbənin həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur və o yekun qiymətləndirməyə buraxılmır.
 


Yüklə 21,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin