Azərbaycan respublikasinin təHSİl naziRLİYİ kollegiya qərari



Yüklə 21,3 Kb.
səhifə5/6
tarix10.01.2022
ölçüsü21,3 Kb.
#108075
1   2   3   4   5   6
4. Yekun qiymətləndirmə

 

4.1. Yekun qiymətləndirmə təhsilalanların peşələr üzrə bilik, bacarıq, səriştə səviyyəsini və müstəqil işə hazırlığını müəyyənləşdirmək məqsədi ilə istehsalat təcrübəsinin sonunda keçirilir.



4.2. Yekun qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

4.3. Yekun qiymətləndirmə iki hissədən ibarətdir:

4.3.1. ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsi.

4.3.1.1. İxtisas (sınaq) istehsalat işləri təhsil proqramına (kurikuluma) uyğun olaraq istehsalat təcrübəsinin son ayı ərzində yerinə yetirilir. Bir tələbənin ixtisas sınaq işi ən çox 8 saat ərzində qiymətləndirilir. İxtisas (sınaq) istehsalat işlərinin siyahısı və məzmunu işəgötürənlərlə razılaşdırılmaqla peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. İxtisas (sınaq) istehsalat işlərinin təşkili, keçirilməsi və qiymətləndirilməsi məqsədilə tədris-istehsalat işləri üzrə direktor müavininin rəhbərliyi altında peşə təhsili müəssisəsi tərəfiindən  İxtisas (sınaq) istehsalat işləri üzrə komissiya (bundan sonra – Komissiya) yaradılır. Komissiyanın tərkibinə tələbənin təhsil aldığı peşə təhsili müəssisəsinin tədris-istehsalat işləri üzrə direktor müavini, baş usta, ixtisası tədris edən istehsalat təlimi ustaları, istehsalat təcrübəsi keçirilən müəssisənin 2 nəfər nümayəndəsi daxil edilir. Komissiyanın tərkibi peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. Komissiyanın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledicidir.

4.3.1.2. İxtisas (sınaq) istehsalat işləri istehsalat təcrübəsi keçirilən müəssisədə yerinə yetirilir. İxtisas (sınaq) istehsalat işləri tədris emalatxanalarında, tədris istehsalat və təsərrüfat sahələrində də yerinə yetirilə bilər.

4.3.1.3. İxtisas (sınaq) istehsalat işinin konkret məzmununu müəyyən etmək mümkün olmayan texnoloji peşələr, o cümlədən maşın, aqreqat, qurğu sistemlərinə, yaxud istehsalat sahələrinə xidmətlə əlaqədar peşələr üzrə təhsilalanların qiymətləndirilməsi Komissiya tərəfindən istehsalat təcrübəsi prosesində əldə edilmiş istehsalat göstəriciləri və ya müəssisə, tikinti və digər iş yerlərində müstəqil işə hazırlığın yoxlanması yolu ilə müəyyənləşdirilir.

4.3.1.4. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi təhsil proqramı (kurikulum) üzrə zəruri bacarıqları əhatə etməklə tətbiqi bacarıqları yoxlamağa xidmət edir.

4.3.1.5. Ixtisas (sınaq) istehsalat işini qiymətləndirərkən tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi və başqa göstəricilər), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, qabaqcıl metodların tətbiqi, avadanlığın sazlanması və nizamlanması, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, elektrik enerjisinə və materialIara qənaət üzrə təhsilalanların bacarıq və vərdişləri nəzərə alınır.

4.3.1.6. İxtisas (sınaq) istehsalat işinin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılır. İxtisas (sınaq) istehsalat işində tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.


Yüklə 21,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin