Azərbaycan respublikasinin təHSİl naziRLİYİ Qərbi Kaspi Universiteti


Məzmun standartları üzrə işin təşkili metodikası



Yüklə 41,13 Kb.
səhifə3/7
tarix31.12.2021
ölçüsü41,13 Kb.
#113385
1   2   3   4   5   6   7
sevinc metodika

Məzmun standartları üzrə işin təşkili metodikası

Əsas standart - fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir. İki rəqəmlə işarələnir(1.1.; 1.2 və s.). Siniflər üzrə əsasən dəyişməz qalır

Alt-standart – əsas standartın tərkibidir. Alt-standartın üç rəqəmlə işarələnir(1.1.2; 2.1.3 və s.). Əsas vəzifəsi:

  1. Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır;

  2. Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır;

  3. Təlimdə inteqrativliyi təmin edir;

  4. Təlimin məzmununun davamlı inkişafını təmin edir. Sinifdən sinfə dəyişir.[2,73]

Biz məzmun standartları dedikdə məzmunun standartını, yəni məzmuna verilən rəsmi dövlət tələbini nəzərdə tutmalıyıq. Məzmun standartı cümlə formasında ifadə olunaraq özündə bilik və bacarıqları əks etdirir. Təlim nəticələrin, əsas və alt-standartlarda məzmun standartlarıdır. Məzmun standartı iki komponenti özündə birləşdirir:

  1. Bilik

  2. Fəaliyyət

Məzmun standartının bilik komponenti məzmununa görə fərqli formalarda özünü göstərir. Elə biliklər vardır ki o, fakt və hadisələri, məlumatları, tərif və anlayışları əhatə edir, onlardan ibarət olur. Bunlar məlumat xarakterli biliklərdir. Elə biliklər vardır ki, işin gedişatını əhatə edən qaydalardır, yəni bu proses nədən başlanacaq, necə davam edəcək və nə ilə yekunlaşacaq ardıcıllığına dair qaydaları özündə əks etdirir. Elə biliklər də vardır ki, müzakirələr zamanı əldə olunan yeni biliklərdir. Bu deyilənlər istər-istəməz biliyin növlərini – kateqoriyalarını yaradır. Birinci növ biliklərə deklorativ (faktoloji), ikinci növə prosedural, üçüncü növə isə kontekstual(konseptual) biliklər deyilir. Bəzi alimlər metokoqnitiv də qeyd edirlər[2,73]

Məzmun standartının fəaliyyət komponenti daha çox fellərlə ifadə olunur. Yəni fəaliyyət dedikdə biz hərəkəti, halı, vəziyyəti, prosesi ifadə edən sözləri – felləri başa düşürük. Fellər semantikasına görə müxtəlif olduğu kimi, fəaliyyətin də bu cür müxtəlif növləri orta çıxır. Müxtəliflik dedikdə



  • idraki (dərketmə, öyrənmə, oxuma, təhlil və tətbiqetmə, dəyərləndirmə və s.),

  • ünsiyyət ( izah etmə, nəql etmə, şərh vermə və s.)

  • hərəki (qaçmaq, yazmaq, oynamaq, çəkmək və s. fəaliyyət sahələri nəzərdə tutulur.

Bunlar fəaliyyətin növləri – kateqoriyalarıdır.[2,73-74]

Bir neçə alt-standartlarını nəzərdən keçirək və onu tərkib hisslərinə - bilik və fəaliyyət komponentinə ayıraq:

1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Heca vəznli şeirlərdə və sadə süjetli bədii nümunələrdə (əfsanə, nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır.

1.1.2. Heca vəznli şeirləri, sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hadisələrin məzmununa uyğun ifadəli oxuyur.[2,76]

Tünd rənglə işarələnmiş hissələr bilik, kursivlə verilənlər isə fəaliyyət komponentidir.



  • Bədii nümunələrin məzmunu – deklorativ;

  • Heca vəznli şeirlərdə və sadə süjetli bədii nümunələrdə (əfsanə, nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin mənası – deklorativ;

  • Heca vəznli şeirləri, sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hadisələrin məzmununa – deklorativ biliklərdir.

  • Mənimsədiyini nümayiş etdirir – idraki, ünsiyyət;

  • lüğətlərdən istifadə etməklə aydınlaşdırır – idraki;

  • ifadəli oxuyur– idraki fəaliyyətlə bağlıdır.[2,76]


Yüklə 41,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin