Azərbaycan respublikasinin təHSİl naziRLİYİ Qərbi Kaspi Universiteti



Yüklə 41,13 Kb.
səhifə4/7
tarix31.12.2021
ölçüsü41,13 Kb.
#113385
1   2   3   4   5   6   7
sevinc metodika

Fəaliyyət xətləri

Ədəbiyyat üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətləri əsas götürülmüşdür:



  • problemin həlli;

  • mühakimə yürütmə və əsaslandırma;

  • ünsiyyət;

  • tədqiqetmə;

  • tətbiqetmə;

  • təqdimetmə.[1,15]

Siniflər üzrə təlim nəticələri və məzmun standartları

VI sinif

VI sinfin sonunda şagird:

  • bədii əsərləri obrazların xarakterinə, hadisələrin məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;

  • bədii əsərlərin məzmununu müxtəlif formalarda (yığcam, geniş, yaradıcı) nağıl edir;

  • bədii əsərlərə janr xüsusiyyətləri baxımından münasibət bildirir, təsvir və ifadə vasitələrini müəyyənləşdirir;

  • bədii əsərlərin mövzu və ideyasını aydınlaşdırır, obrazları davranış və əməllərinə görə səciyyələndirir;

  • öyrəndiyi yeni söz, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə ədəbi nümunələrlə bağlı fikrini aydın ifadə edir,

  • müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir

  • müxtəlif səciyyəli yazılarda mövzuya münasibətini faktlarla əsaslandırır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədəbiyyat və həyat həqiqətləri

Şagird:

1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə izah edir.

1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.

1.1.3. Süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.

1.1.4. Bədii əsərlərin (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.

1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir.

1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətləri baxımından müqayisə edir.

1.2.2. Bədii nümunələrdəki qəhrəmanları davranış və əməllərinə görə səciyyələndirir.

1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual) rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.



2. Şifahi nitq

Şagird:


2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı diskussiya və təqdimatlarda istifadə edir.

2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini obrazlı sözlərdən və ifadələrdən istifadə etməklə şərh edir.

2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.

2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir.

3. Yazılı nitq

Şagird:


    1. Yazılı nitq bacarıqları nümayiş etdirir.

3.1.1. Mətni faktlarla, sitatlarla zənginləşdirir.

3.1.2. Bədii nümunələrdəki başlıca fikri anladığını nümayiş etdirir.

3.1.3. 1-1,5 səhifə həcmində rəy və təsvir xarakterli mətnlər (inşa, esse) yazır.[1,15-17]


Yüklə 41,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin