4. Canlılar və ətraf mühit
Şagird:
təkamüldə ekoloji amillərin rolunu izah edir, məruzə və referatlar
hazırlayır;
regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar
hazırlayır.
1.4. Fəaliyyət xətləri
Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində
şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə
əlaqəlilik əsasında tətbiq olunur.
Biologiya fənninin tədrisində altı fəaliyyət xətti əsas götürülür.
1. Problemin həlli.
2. Müqayisə, təhlil və tədqiq etmə.
3. Ümumiləşdirmə, təsnifetmə, mühakimə və tətbiq etmə.
4. Əməkdaşlıq və ünsiyyət.
5. Təşkil və təqdim etmə.
6. Eksperiment aparma (nəzəri biliklərin tətbiqi).
Dostları ilə paylaş: |