X sinif
X sinfin sonunda şagird:
canlıları öyrənən elm sahələrinin (embriologiya, paleontologiya, genetika)
xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları təqdim edir;
canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müasir avadanlıqlardan
istifadə etməklə izah edir;
bioloji proseslərin, onda baş verən dəyişikliklərin mexanizmini şərh edir;
insanın tarixi inkişaf mərhələlərini, insanda baş verən psixi dəyişiklikləri izah
edir;
yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar toplayır,
sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini
dəyərləndirir;
ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini
əsaslandırır;
qlobal ekoloji problemler və onların həlli yollarını, ekoloji tarazlığın
qorunmasının əhəmiyyətini şərh edir.
|