2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin mexanizmini şərh edir,
təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin mexanizmini müxtəlif üsullarla
əsaslandırır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə və referatlar
hazirlayır.
3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri faktlarla izah edir, referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında referat, təqdimat
hazırlayır.
3.2.2. Sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini
dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
Dostları ilə paylaş: |