9.Tədqiqatyönümlülük. Biologiya fənninin tədrisi şagirdin tədqiqatçılıq
bacarıqlarını inkişaf etdirir. Əldə etdiyi məlumatları ümumiləşdirmək,
eksperimentlər aparmaq, təbii mühitdə canlılar aləmi üzərində müşahidə
aparmaqla bitkilərin yetişdirilməsi, heyvanların bəslənməsi, insan sağlamlığının
qorunması kimi bacarıqlar formalaşdırır.
10.Müşahidəyönümlülük. Müşahidə yolu ilə canlı təbiəti daha yaxşı
öyrənmək mümkün olur. Belə ki, canlıları müşahidə etməklə şagirdlər onlarda
gedən bioloji hadisə və prosesləri, onların xarici mühitlə qarşılıqlı əlaqəsini, bir
sözlə, canlı təbiətin inkişaf qanunauyğunluqlarını daha yaxşı dərk edirlər.
|